"Koronavirusa qalib gəlmək bizim intizamımızdan və məsuliyyətimizdən çox asılıdır"
7-05-2020, 13:00
189

"Koronavirusa qalib gəlmək bizim intizamımızdan və məsuliyyətimizdən çox asılıdır"

Ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə dönüş bizim intizamımızdan və məsuliyyətimizdən çox asılıdır və biz bu dönüşə mütləq nail olmalıyıq.
Bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.
K.Bayramov bildirib ki, xüsusi karantin rejiminin yumşalmasına baxmayaraq, Operativ Qərargah tərəfindən qoyulan tələblərə hər kəs riayət etməlidir:
"Hər birimiz anlayırıq ki, bugünkü vəziyyət yorğunluğumuza, məişət və digər həyati problemlərin yaranmasına səbəb olub, adi həyat tərzimiz pozulub. Böyük əksəriyyətimiz üçün dörd divar arasında qalmaq olduqca çətindir. Lakin, çox təəssüf ki, indi çıxış yolumuz yoxdur. Özünütəcrid rejiminə alışmalıyıq, dözməliyik.
Xüsusi dəyəri olan odur ki, qeyd etdiyim intizam və məsuliyyət hər gün cəmiyyətimizin möhkəmliyini, həmrəyliyini və birliyini göstərir, koronavirus pandemiyasına qalib gələcəyimizə böyük ümid verir! Bu gün həkimlərimiz və tibb işçilərimiz fədakarcasına fəaliyyət göstərirlər.
Bəlkə də, son onilliklər ərzində ilk dəfə olaraq onların işinin vacibliyini, əvəzedilməzliyini bu qədər dərindən dərk etdik. Bu gün pandemiya ilə mübarizədə çoxsaylı könüllülərimiz, sadə vətəndaşlarımız, jurnalistlərimiz öz səviyyəsində töhfələrini verirlər. Gəlin, onların əməyini yerə salmayaq, əksinə onlara öz dəstəyimizi göstərək - xüsusi karantin rejiminin yumşalmasına baxmayaraq, Operativ Qərargah tərəfindən qoyulan tələblərə, tətbiq edilən məhdudiyyətlərə ciddi riayət edək, şəxsi gigiyena qaydalarına əməl edək, sosial məsafə tələbini gözləyək! Bu çətin dövrdə yüksək vətəndaş məsuliyyətini, bu gün bizdən tələb olunan ən yüksək insani keyfiyyətlərimizi nümayiş etdirək".

Oxşar xəbərlər

"Xüsusi karantin rejimi hələ bir müddət də davam etməlidir" - Deputat
"Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir"
Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR - Hələ 5-6 ay...
Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”
“Kimliyindən asılı olmayaraq hər bir kəs karantin qaydalarına əməl etməlidir” – Mahir Abbaszadə
Oqtay Əsədov iclaslara niyə gəlmir? - İntizam Komissiyası AÇIQLADI
Azərbaycanda daha 27 nəfər koronavirusa yoluxdu
Dərslər çox güman belə keçiriləcək - Təhsil komitəsinin sədr müavini açıqladı
"Əhali ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdır"
Azərbaycanda karantin rejiminin yumşaldılması erkən verilmiş qərardır? - RƏSMİ
Karantin rejimi sentyabrın 1-dən ləğv edilir? (VİDEO)
“Koronavirus təhlükə olaraq qalır”
Azərbaycanda karantin rejiminin tələblərini pozan polislər cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ + VİDEO
Tərtərdə karantin rejiminin vəziyyəti ilə bağlı növbəti reyd keçirilib
Azərbaycana giriş-çıxış və yerli hava uçuşları DAYANDIRILDI
Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
“Koronavirus pandemiyası könüllülük prioritetlərinin də miqyasını genişləndirib”
Karantin bitdikdən sonra sənəd qəbulunun və imtahanların tarixləri elan ediləcək
Siyəzəndə karantin rejimini pozanlar cərimələnib
"Maska və əlcək taxmayanlar qaydanı pozmuş sayılır" - DİN
“Xüsusi karantin rejimi uzadılmalıdır, lakin 10 rayonun “sarı” zonaya keçirilməsi mümkündür”
ÜST-dən məktəblərin açılması ilə bağlı XƏBƏRDARLIQ: - Mövcud epidemioloji vəziyyət dəyişə bilər
Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur?
“Qışda COVID-19 adi xəstəlik kimi olacaq”
İri ticarət mərkəzləri və ictimai nəqliyyat qadağası ilə bağlı AÇIQLAMA
Azərbaycanda toyların keçirilməsinə 3-4 il qadağa qoyula bilər
Milli Məclisin iclası iyulin 5-ə qədər təxirə salındı - Parlamentdə koronavirus təhlükəsi...
Deputat Sahil Babayevin işçilərindən Əli Əsədova şikayət etdi - "Əlillik almada süni maneələr yaradılır"