Karantin sərtləşdirilsin, yoxsa? - Məşhurlar son günlərin ən vacib sualına cavab verir
7-05-2020, 23:00
231

Karantin sərtləşdirilsin, yoxsa? - Məşhurlar son günlərin ən vacib sualına cavab verir

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur.

Virusa yoluxanlar sağalanları iki dəfə üstələyir. Bu isə ölkədə epidemiya ilə bağlı vəziyyətin kəskin olduğunu düşünməyə əsas verir. Hətta tibb elmləri dosenti, professor Adil Qeybulla Cebhe.info-ya koronavirusla bağlı durumu təhlil edərkən virusun ikinci dalğa ilə geri döndüyünü deyib. Baş infeksionist Cəlal İsayev isə insanlarımızın koronavirusla bağlı qaydalara əməl etmədiklərini, məsələnin ciddiliyinin fərqinə varmadıqlarını əsas gətirib. Baş infeksionist belə olan halda karantin tədbirlərinin yenidən sərtləşdiriləcəyi və yumşalmaların ləvgini istisna etməyib. Operativ Qərargah da son günlərin monitorinqi əsasında qərar veriləcəyini açıqlayıb.

Maraqlıdır, cəmiyyətin digər təbəqələri bununla bağlı nə düşünür? Karantin tədbirlərinin sərtləşdirilməsinə və yumşaldılmaların ləğvinə ehtiyac varmı?

Millət vəkili Aydın Mirzəzadə Cebhe.info-ya açıqlamasında məsələyə fərqli yanaşılmasının vacibliyini vurğulayıb:



“Koronavirus hansı bölgədə daha çox yayılırsa, karantin tədbirləri orada sərtləşdirilməlidir. O bölgələrdəki bu günə qədər nəinki koronavirusa yoluxma, heç təhlükə də yoxdursa, orada sərbəstlik yaratmaq lazımdır. Vaxtaşırı mətbuat, telekanallar sosial şəbəkə vasitəsilə o fərqi göstərməlidir ki, koronavirusun geniş yayıldığı bölgələrdəki insanlar qaydalara riayət etməkdə maraqlı olsunlar. Bununla yanaşı, hesab edirəm ki, koronavirus çox yayıldığı bölgələrdə maska taxılmasını məcbur etmək lazımdır. Çox təəssüf ki, havaların istiləşməsi, yaz əhval-ruhiyyəsi insanlarda bir qədər rahatlıq yaradıb. Mən Bakı küçələrində nadir hallarda maskalı insanlar görürəm. Ticarət obyektlərində, apteklərdə işləyənlərin maska taxmasını ikiqat məcbur etmək lazımdır. Açıq etiraf edim ki, ticarət işçilərinin əksəriyyəti maskadan istifadə etmir. Mən ticarət obyektləri və apteklərə gedəndə, ehtiyat maska götürürəm. Orada işləyənlərə paylayıram ki, maskada xidmət edin. Düşünürəm ki, koronavirus çox yayıldığı ərazilərdə sərtləşmə olmalıdırdır. Yoxsa bu, xəstəliyin daha geniş yayılmasına və o sərhəddən çıxaraq bütün ölkəni bürüməsinə səbəb ola bilər”.

Professor Adil Qeybullanın sözlərinə görə, yay fəslinə doğru karantin rejiminin təkrar sərtləşdirilməsi insanlarda əlavə, xüsusilə psixoloji aspektdə problemlər yarada bilər:



“Düşünürəm ki, yumşalmalar davam etsə, yaxşıdır. Amma karantin şərtlərinə riayət davam etməlidir. İnsanların sosial məsafə gözləməsi, maska taxması, sanitar-epidemioloji qaydalara riayət etmələri çox mühüm şərt olmalıdır. Görünən odur ki, bu qaydaların pozulması ilə insanlar bir-birlərini xəstələndirirlər. Əllərin tez-tez yuyulması çox mühüm və Ümumünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunmuş, hamı üçün əlçatan üsuldur. Təcrübələr göstərir ki, məsələn, ABŞ-da yoluxma ən çox liftdə baş verir. Ona görə də əllərin yuyulması vacibdir. Deyilən şərtlər gözlənildiyi halda bu dövrü normal keçirə bilərik. Amma insanların əksəriyyətində vətəndaş məsuliyyəti yoxdur. Bu istiqamətdə nəzarəti artırmaq lazımdır, nəinki karantin tədbirlərini sərtləşdirmək... ”

Tanınmış müğənni-bəstəkar Elza Seyidcahanın fikrincə, karantin tədbirləri sərtləşdirilə bilər:



“Təbii ki, insanlar virusun yayılmasının qarşısının alınması üçün qeyd olunan şərtlərə əməl etməzlərsə... Əvvəlki ilə müqayisədə karantin tədbirləri yumşaldılıb və postların əksəriyyəti qismən yığışdırılıb. Amma insanlar öz sağlamlıqlarını qorumaq üçün hökumətin tövsiyyələrinə əməl etməlidirlər. Müəyyən vaxta qədər yenə də günlərimizi maska, əlcək və spirtlə davam etdirməliyik. Görürsüzmü, hələ də bizim sahə ilə bağlı işlər, toy, büsat məclisləri açılmayıb. Çünki bu cür məclislərdə insanların toplu yığışması baş verəcək, istər-istəməz insanlar bizə yaxınlaşıb, görüşəcəklər və şəkil çəkdirəcəklər. Bu da yoluxma riski yaradacaq və sevginin qurbanı olacağıq. Bu baxımdan, bəzi qadağalar yerində qalır. Buna baxmayaraq, karantinin ən sərt günlərində və indi də efirlərə gedirik, xalqımızla ünsiyyətdə oluruq. Təbii ki, sağlamlığımızı qoruyuruq. Hətta getdiyimiz gözəllik salonlarında maska, spirt və əlcəkdən istifadənin şahidi oluruq. Göydə Allah, yerdə isə dövlətimizin qanunları bizim üçün labüddür ”.

Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, karantin sərtləşdirilməməlidir:



“İnsanlarda psixologiyanın dözümlülük limiti bitib. Həm maddi, həm də psixoloji cəhətdən qadağaların tükənməzliyi insanlarda aqressiya yaradar. Artıq insanlar həqiqəti, doğrunu və səhvi qəbul etmirlər. Artıq Rusiya kanallarında ölkənin böyük şəhərlərində insanların üsyan etdikləri ilə bağlı məlumatlar verilir. Təbii ki, bu dediklərim insanların psixologiyası baxımından vacibdir. Bu gün əslində çox suallar var. Hələ də xəstəliyin doğrudan var olduğuna şübhə ilə yanaşanlar var. Hər kəs öz sağlamlığının məsuliyyətini daşımağı və özünə cavabdeh olmağı öyrənməlidir. Yetkin, ağıllı insanlarıq və bizə koronavirusla bağlı xəbərdarlıq edilir. İnsanların öz məsuliyyətlərini daşıması məcbiriyyətdir. Əgər karantinin ciddi dövründə göstərilən rəqəmlər istədiyimiz nəticəni verməyibsə, demək, problemə başqa həll variantı tapmaq lazımdır. Belə bir durumda karantin tədbirlərini sərtləşdirmək olmaz”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da karantin tədbirlərinin sərtləşdirilməməsi tərəfdarıdır. QHT rəhbəri hesab edir ki, bu gün bütün məsuliyyəti sosial izolyasiyadan, maddi çətinlikdən psixoloji durumu zədələnən vətəndaşların üzərinə yıxmaq düzgün deyil:



“Mənə görə karantin təsbirləri sərtləşdirilməməlidir. Nəzərə almaq lazmdır ki, uzunmüddətli izolyasiya da psixoloji təsir göstərir. Bütün ölkələrdə və Azərbaycanda karantin tədbirləri ilə bağlı yumşalma gedib. Amma ölkəmizdə insanların qanuna adaptasiyası çətin keçdiyinə görə yoluxma artır. Bu məsələdə yalnız vətəndaşları sıxmaq düzgün deyil. Bəzi xidmət qurumlarının fəaliyyətsizliyinə görə biz əziyyət çəkirik. Hər gün avbuslarda sıxlıq yaşanır, hərəkət intervalı çoxdur. Bunu tənzimləsinlər. Xidməti tənzimləyə bilməyən qurumları da cərimələnsinlər. İzolyasiyanın çətinlikləri ortaya çıxacaq. Bəzilərinin işə adaptasiyası çətin gedəcək, işin keyfiyyəti aşağı düşəcək. Məsələn, şəhərdə avtomobil sürənlərə nəzər yetirirəm. Bir ay evdən çıxmayanlar avtomobili qəribə, psixoloji gərginlik içində idarə edirlər. Uzun müddət evdə oturmağın da zərərli təsirləri və psixoloji vəziyyəti var. Düşünürəm, cərimə təkcə vətəndaşlara deyil, qurumlara qarşı da olmalıdır. Hamısını hüquq-mühafizə orqanlarının üzərinə atıblar. Amma digər qurumlar da bu prosesdə iştirak etməli, normal xidmət göstərməli və vəziyyəti tənzimləməlidirlər”.

Oxşar xəbərlər

“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq” - Baş infeksionist
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
“Yoluxmaların artması artıq ikinci dalğa deməkdir” – ADİL QEYBULLA
Virusla bağlı kritik məqam: - “Azərbaycanda ilk dalğa hələ bitməyib”
“Yenidən sərtləşdirməyə getməyəcəyik” - Baş infeksionist
Həkim-infeksionist: “İkinci dalğa qaçılmazdır, daha çox yoluxma...”
Rayonlarda da həftə sonu sərt karantin rejimi tətbiq ediləcək?
Nazirlər Kabineti rəsmisi həyəcan təbili çalır: “Yoluxma yenidən artır”
"Avqustun 5-dən sonra vəziyyət ciddiləşə bilər" - Açıqlama
Toyların keçirilməsinə icazə veriləcək? - Açıqlama
“Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz” - Nəticə çıxarmalıyıq!
Abşeron yarımadasında sürəti 25 metr/saniyədən çox olan küləkli günlərin sayı artıb - ETSN
Karantin rejimi sentyabrın 1-dən ləğv edilir? (VİDEO)
Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR - Hələ 5-6 ay...
Bu əlamətlər yaranarsa, koronavirusa görə yoxlanmaq vacibdir - Baş infeksionistdən XƏBƏRDARLIQ
Gələn həftə rayonlara gediş-gəliş bərpa edilə bilər - AÇIQLAMA
"Əhali ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdır"
"Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir"
Bakının ev bazarı nə zaman dirçələcək? - Ekspert zaman verdi
Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - AÇIQLAMA
“Operativ Qərargah tam tərkibdə istefaya getməlidir” – Sərt mövqe
Ukraynada son sutkada koronavirusdan ölənlərin sayında antirekord qeyd olunub
Rayonlara gediş-gəlişlə bağlı deputatdan açıqlama: ““Kimliyindən asılı olmayaraq...”
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
“Azərbaycanda ikinci dalğa olmayacaq”
Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
Fransada karantin rejimi yenidən sərtləşdirilir
“Sadə xalqın üzərinə bu qədər getmək olmaz”
Azərbaycanda karantin rejimi daha da sərtləşdirilir
Avqust karantinin son ayı olacaq?