Dövlət başçısının tələblərinə bu rayonda əhəmiyyət verilmir- İbrahim Mustafayev nə iş görür bilən yoxdur
8-05-2020, 18:46
1 254

Dövlət başçısının tələblərinə bu rayonda əhəmiyyət verilmir- İbrahim Mustafayev nə iş görür bilən yoxdur

Deyəsən ölkədə baş verən proseslərin Gədəbəy rayonuna heç bir aidiyyatı yoxdur. İcra başçısı İbrahim Mustafayev ya prezidentin çıxışlarını izləmir, ya da başı tamam başqa şeylərə qarışıb.
Axı prezident son günlərdə karonovirusla bağlı təşvişini neçə dəfə dilinə gətirib. Elə dünənki çıxışında da bir daha narahatlıqla xəstəliyin tempinin artmasından danışıb. Cəzaların sərtləşməsinin vacibliyini  vurğulayıb:
“Bir çox inkişaf etmiş ölkələrdə vəziyyət acınacaqlıdır, böhranlıdır. O ölkələr bilmirlər ki, bu böhranla necə bacarsınlar.  Azərbaycandan fərqli olaraq... Amma digər tərəfdən, biz görürük ki, o ölkələrdə, inkişaf etmiş ölkələrdə, məsuliyyət və nizam-intizam yüksək səviyyədə olan ölkələrdə onlar məsafə saxlayırlar. Televizorda biz görürük, haradasa növbə varsa, adamlar arasında 1,5-2 metr məsafə saxlayırlar, maska taxırlar. Amma bizdə məsafə saxlayan var? Açın, istənilən kanalı baxın, dünən mən baxmışam. Bankın qabağında bir-birinin yanında durublar, maska taxmayıblar. Müxbirlər soruşurlar ki, nə üçün maska yoxdur? Elə bil ki, uşaqdırlar, məktəb uşaqlarıdır, min cür bəhanə gətirirlər, “ay yadımdan çıxdı”, “ay havada maska lazım deyil”, “ay cibimdədir”. Belə şeyə biz dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir. 
Belə adamlara qarşı ciddi cəza tədbirləri olacaq. Bütün aidiyyəti orqanlara bu gün müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin! Biz vətəndaşları qorumalıyıq. Hansısa intizamı pozan, məsuliyyətsiz adama görə, imkan verə bilmərik ki, vətəndaşlarımız ölsün, xəstələnsin. Ona görə bu qaydalara hər kəs riayət etməlidir. Özü də bundan sonra uzun müddət ərzində...”
Gundelik-baku.com bildirir ki, vətəndaşlar arasında məsuliyyətsiz olanlar çoxdur. Bəs icra başçıları arasında? Məsələn Gədəbəy icra başçısı. İbrahim Mustafayev görmür ki, rayonun küçələrində alver qızışıb,insanlar arasında ara məsafəsini gözləyən yoxdur,  sanki ölkədə karantin rejimi tətbiq edilmir. Sanki insanların üstünü yoluxma qorxusu almayıb.
 Deyə bilərsiniz ki, rayonda karantin qaydaları Bakıya nisbətən yumşaldılıb. Axı bu yumşalmadan da əvvəl Gədəbəydə bu qaydaları vecinə alan yox idi.
Turizm obyektləri əvvəldən necə vardısa eləcə də işləyirdi. Əlbətdə, hansı obyektin sahibi icra başçısına “yol” tapa bilmirdisə qapısı qıfıllı qalırdı. 
Statistika aparılıbmı ki, aprel ayının əvvəli və ortaları üçün rayonda yoluxma sayı nə qədər olub? Rayon rəhbərliyi isə tədbir görmür. 
Ümumiyyətlə son günlər ölkədə aparılan ciddi kadr islahatlarının şahidiyik. Görünən budur ki, bu islahatlar fonunda hazırkı yeniliklərlə ayaqlaşmayan məmurlar təqaüdə göndərilir, daha perespektivli kadrlarla əvəzlənir, korrupsionerlər isə ümumiyyətlə həbs olunur. 
 Amma bəzi icra başçıları da var ki, indiki halda onların adını və fəaliyyətini də yada salmaq lazımdır ki, yuxarlar da, aşağılar da, belələrinin dəyişdirilməsinin vacibliyini hiss eləsin.

 Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Prezident İlham Əliyevin 28 avqust 2018-ci il tarixli sərəncamına əsasən sözügedən rayona icra başçısı təyin olunub. O gün bu gün bu başçı haqqında heç bir bilgi yoxdur. Nə iş görür, hansı işləri görməyi düşünür bilən yoxdur.

 Elə isə gəlin İbrahim Mustafayevin kim olduğuna, əvəllər hansı vəzifələrdə çalışdığına diqqət çəkək.

 Ümumiyyətlə, yüksək vəzifələrə təyin olunan insanların xidmətləri, iş təcrübələri əsas götürülür və bu şəxslərin öncəki fəaliyyətinə diqqət edilir. Yəni, bu səxsi hansısa keyfiyyətlərinə görə icra başçısı təyin etmək olar sualı tam aydınlaşdırılır. Elə isə İbrahim Mustafayevi niyə icra başçısı olmalı idi? Onu prezident İlham Əliyevə təqdim edərkən hansı üstünlük və keyfiyyətləri əsas götürülüb? Onun şəxsi işində nə yazılıb?

 Vikipediyada, hətta icra hakimiyyətinin rəsmi saytında belə İbrahim Mustafayev barədə bir cümlə var: ” Mustafayev İbrahim Ənvər oğlu Azərbaycan Respublikası Prezidenti Administrasiyasında çalışıb.

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib”. Şəkili belə yoxdur….

Oxşar xəbərlər

Gədəbəyin icra başçısı İTTİHAM OLUNUR... - VİDEO-müraciət
İlham Əliyev ölkə iqtisadiyyatının vəziyyətindən DANIŞDI
“İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır” - Prezident
Rayonlarda da həftə sonu sərt karantin rejimi tətbiq ediləcək?
"Avqustun 5-dən sonra vəziyyət ciddiləşə bilər" - Açıqlama
Məmurların korrupsiya əməllərinə göz yuman qurumlar bunlardır - SİYAHI
Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları - FOTOFAKT
Meymunlar arasında da sosial məsafə virusdan qoruyur - ARAŞDIRMA
Zibil zibilə qarışıb
"Əhali ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdır"
“İcra başçılarının həbsləri vicdanını itirmiş digər məmurlara mesajdır”
UEFA: "Bu vəziyyətdə futbol oynamaq mümkün deyil"
“Qara maska” xəbərdarlığı: “Heç bir qoruyuculuğu yoxdur”
Pandemiyadan ən çox zərər çəkən inkişaf etmiş ölkə məlum oldu
"Biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq"
GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTINDƏ QƏBULA GEDƏN VƏTƏNDAŞLARI ƏLƏ SALIRLAR: İDDİA-VİDEO/FOTO
Heydər Əliyev nə mümkündürsə, edirdi ki, respublikanın sərvətləri ölkəyə, vətəndaşlara xidmət etsin
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
“Xəyanətkar qüvvələrə Ermənistanın Xalq artisti fəxri adı verlisə, təəccüblənməyin”
"Koronavirusa qalib gəlmək bizim intizamımızdan və məsuliyyətimizdən çox asılıdır"
Biri yerin üstündə, digəri altında: Virus və zəlzələ eyni mərkəzdən dünyaya “hücum edir”?
Rusiyadan təxliyyə edilən 33 azərbaycanlının koronavirus testi pozitiv çıxdı
Kasıblara qəpik-quruş, zənginlərə milyardlar
Nizaminin başçısı Arif Qasımovun vəzifəsindən azad olunacağı və həbs ediləcəyi iddia olunur
Merkel: “Pandemiyanın hələ başlanğıcındayıq”
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Azərbaycan koronavirus peyvəndini hansı ölkədən alacaq? - TƏBİB-dən açıqlama
Oqtay Əsədov iclaslara niyə gəlmir? - İntizam Komissiyası AÇIQLADI
Azərbaycanın və dünyanın pande-paradoksları…
Kamran Həsənlidən telekanallara SƏRT İTTİHAM - “Baxanlar xəcalət çəkirlər“