İdman avtomobilləri, biznes və torpaq alveri:Adil Vəliyev nə işlə məşğuldur -VİDEO
9-05-2020, 10:30
620

İdman avtomobilləri, biznes və torpaq alveri:Adil Vəliyev nə işlə məşğuldur -VİDEO

Adil Vəliyev Sabunçu  rayonuna rəhbər təyin olunduğu ilk vaxtlarda Bakıxanov qəsəbəsində kosmetik işlər görməklə missiyasını başa çatmış saydı.
O gündən bəri rayonun hər hansı ərazisində abadlıq, yenidənqurma işlərinə rast gəlinmir. İstər Sabunçu rayonuna daxil olan Bakının bəzi kəndləri olsun, istər Bakıxanov qəsəbəsi, istərsə də Sabunçu vağzalının ətrafındakı vəziyyət.
A.Vəliyev onu tənqid edən media qurumlarını təhdid etmək, məhkəməyə verməklə hədələyərək mətbuatla mübarizəyə başladı. Halbuki, icra başçısı rayonda aşıb-daşan problemlərin həlli ilə məşğul olmalıydı. Rayon üçün böyük işlər gördüyünə özünü inandıran icra hakimi əslində heç  biznesini də gizlədə bilmədi.
Ayda 1000 manat maaş alan icra başçısının qəfildən KİV-lərdə bahalı maşın kolleksiyası üzə çıxanda susdu. Xeyli  vəsait hesabına şəkilləri, videoları saytlardan sildirə bildi. Sildirməyə bilməzdi.
Çünki, icra başçısının maşın kolleksiyasında qiyməti nə az, nə çox 150-300 min manatdan başlayan "Ferrari”, "Porshe” kimi bahalı avtomobillər vardı.




Məlum oldu ki, A.Vəliyevin "Porsche” avtomobil salonu var. "Sarı gəlin” restoranı və digər ticarət obyektlərinin olması da ictimaiyyətə sirr deyil. Yəni icra başçısı bizneslə məşğuldur.
Rayonun əhalisinin problemləri, onları narahat edən qayğılarla maraqlanmaq əvəzinə, sahibi olduğu «Euro style» LTD şirkətinin gəlirlərinin artırılması istiqamətində fəaliyyətini davam etdirib. Üstəlik torpaq alveri.
Sabunçu rayonunda qanuni yolla torpaq alıb ev tikdirmək istəyən vətəndaşların haqsızlıqlar, bürokratik əngəllərlə üzləşir.
Əksinə pulunu verənlər üçün açıq bazardır, hasarla tik. Saytımızın ünvanına göndərilən video elə bu günlərdə çəkilib.
Anaşkin küçəsində şıdırğı torpaq alverini əks etdirir. 
Əminik ki, Adil Vəliyevin valyuta ehtiyyatları həbs edilən Vilyam Hacıyevinkindən on qat çoxdur. Mövzuya qayıdacağıq.







Adil Vəliyevin milyonlarla manatlıq maşın kolleksiyası
Adil Vəliyevin milyonlarla manatlıq maşın kolleksiyası
Adil Vəliyevin milyonlarla manatlıq maşın kolleksiyası

Oxşar xəbərlər

Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Biznesmen icra başçısı rayonun problemlərini niyə həll etmir? - Özünü toxunulmaz sayır?
Sabunçuda 8 bina sökülür - Köçürülmə başlanılıb
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Salyanda pambıq zavodunun həyətində Rəsulzadənin heykəlinin qapalı qalmasına Ramiz Mehdiyev səbəb olub- İttiham...
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
“İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”
Qəzənfər Ağayev hökumətdən küsüb? – İddia
Xəzər Aslanovun Xızıda “yaşıl soyqırım”ı davam edir…
Gənc icra başçısı baş redaktoru cərimələtdi
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Nabranda sahibkarlar imdad diləyir- obyektlər buldozerlə uçurulur
Nizaminin başçısı Arif Qasımovun vəzifəsindən azad olunacağı və həbs ediləcəyi iddia olunur
Gədəbəyin icra başçısı İTTİHAM OLUNUR... - VİDEO-müraciət
Xətai icra başçısının mərkəzdə otlayan qoyunları-VİDEO
Bakıda maskalılar sürücünün 10 min dollar pulunu alıb
"Yardımlı rayonuna yardım edin, bizi Mirzəyev klanından qurtarın..." - Sakinlər müraciət etdi...
Qəbələ icra hakimiyyəti aksiya məsələsinə aydınlıq gətirdi - VİDEO
Azərbaycanda daha bir hakim koronavirusa yoluxdu - FOTO
İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video
“Yerli hakimiyyətlər xalqın iradəsi ilə formalaşmalıdır”
İcra başçısı şikayət edən sakinlərlə görüşdü – Fotolar