"Bugünkü Ermənistan da məhz Hitler Almaniyasının yolunu gedir"
9-05-2020, 13:00
288

"Bugünkü Ermənistan da məhz Hitler Almaniyasının yolunu gedir"

Azərbaycan bir daha dünyaya göstərdi ki, müharibəni problemin həlli hesab etmir.
Bu sözləri  Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində 1941-45-ci il müharibəsi və onun nəticələri barəsində çox konkret və məzmunlu danışıb. Bu müharibədə Azərbaycan xalqının qəhrəmanlıq göstərdiyini, eyni zamanda böyük itkilərə məruz qaldığını bir daha faktlarla sadalayıb. Ölkə başçısı bu gün müharibə qatillərinin, cinayətkarların qəhrəmanlaşdırılmasının yolverilməzliyini vurğulayıb.
Hesab edirəm ki, bu çıxış tarixinə, həmin ağır dövrdə vətəndaşlarının qəhrəmanlığına yüksək qiymət verən liderin mövqeyidir. Bununla da, Azərbaycan bir daha dünyaya göstərdi ki, müharibəni problemin həlli hesab etmir".
Deputat bildirib ki, hər hansı bir dövlət digər bir dövlətin ərazisini beynəlxalq hüquq normalarına zidd olaraq işğal edəcəksə o, layiqli cəzasını alacaqdır.
"Ümumən götürdükdə faşist Almaniyasının Avropa ölkələrini işğal etməsi, SSRİ-yə qarşı müharibə başlaması dünyanın xəritəsinin yenidən qurulması üçün göstərilən cəhd idi. Paralellik aparsaq, bugünkü Ermənistan da məhz Hitler Almaniyasının yolunu gedir. Bu baxımdan Ermənistan da işğalçılıq siyasətinin ağır cavabını almalıdır".
"Azərbaycan Böyük Vətən müharibəsinin nəticələrini qəbul edir, bu müharibədə həlak olan vətəndaşlarının ruhunu əziz tutur, veteranlara böyük hörmətlə yanaşır və bu gün də özünün ərazi bütövlüyünü qorumaq üçün bütün addımları atır", - deputat söyləyib.
O, sonda qeyd edb ki, Hitler Almaniyasının taleyi bugünkü Ermənistan üçün də ciddi nəticə olmalıdır.
Məlumat üçün bildirək ki, İkinci Dünya müharibəsi illərində 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub.

Oxşar xəbərlər

Mixail Qusman Mehriban Əliyevanı təbrik etdi
"Onlar faşizm ideologiyasını bu gün təbliğ edirlər, faşizmə xidmət edən adamların heykəlini qoyurlar"
Əliyev Paşinyanı darmadağın etdi: Nikol yalana əl atdı
“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
"Kontakt Home"un rəhbəri olduğu deyilən deputat DANIŞDI
Mixail Qusman: “Bu, Heydər Əliyevin tarixi addımı idi” – MÜSAHİBƏ
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
9 Mayda Azərbaycanın payı: Faşizm necə davam edir? - TƏHLİL
Əli Həsənov: "Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır"
“Azərbaycan Ordusu 21-ci əsrin ordusudur”
Bahar Muradova: "Ermənistan rəhbərliyi Njdeyə heykəl qoymaqla dövlət siyasətlərinin faşizm ideologiyasına söykəndiyini birmənalı şəkildə ortaya qoyur"
Moskvaya müharibələri əvvəlki kimi idarə etmək çətin olacaq... - TƏHLİL
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
"Mən vətəndaşlardan minlərlə məktub alıram" - İlham Əliyev
Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri
Deputat: "Əli Əsədovun yeni Baş Nazir vəzifəsinə təyin edilməsi yerində verilən qərardır"
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
Aydın Hüseynov Novruzovun digər vəzifəsini də tutacaq?
Sergey Markov: "Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi"
Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
Aqil Abbasın etirazına spikerdən dəstək
Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
Prezidentin yeni yaratdığı Şura hansı işi görəcək? - Deputat
Siyavuş Novruzovun boş qalan yerinə İlham Əliyev təqdimat verəcək - Açıqlama
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"