Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı durumu açıqladı
9-05-2020, 16:00
281

Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı durumu açıqladı

"Möhtərəm Prezidentimiz İlham Əliyev artıq bir ölkənin, bölgənin lideri statusunu dəfələrlə üstələyən, qlobal miqyasda söz və nüfuz sahibi olan, dünyaya yeni baxış, ədalətli meyarlar təqdim edən şəxsiyyət kimi tanınır. Bu gün cənab Prezidentin timsalında Azərbaycan Respublikası dünyanın enerji xəritəsinin və yeni nəqliyyat-logistik meyarlarının müəyyənləşməsində mühüm rol oynayan, beynəlxalq təhlükəsizliyin təminində əsaslı töhfələr verən, sivilizasiyalararası əməkdaşlığı uğurla həyata keçirən qüdrətli ölkədir. Tam müstəqil siyasət yürüdən Prezident İlham Əliyevin qlobal liderliyi həm də Azərbaycanın davamlı artan beynəlxalq nüfuzunu şərtləndirir. Son 17 il ərzində o qədər böyük nailiyyətlərə, genişmiqyaslı inkişaf dinamikasına nail olmuşuq ki, sözün düzü, onların hamısını qeyd etmək çox vaxt aparar. Bütün bu tarixi uğurları mən bir ifadədə birləşdirmək istərdim. Bu, tarixin ən qüdrətli Azərbaycanıdır. Tarix boyu həsrətində olduğumuz ən möhtəşəm, güclü, rifahlı Azərbaycan məhz müasir dövrün reallığıdır, ən əsası isə Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin təntənəsidir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

O bildirib ki, müasir elmi-texniki inkişaf səviyyəsi milli təhlükəsizliyə qarşı yönələn potensial təhdidlərin sırasını genişləndirərək, ölkəmizin təhlükəsizlik sisteminin XXI əsrin çağırışlarına uyğun qurulmasını labüdləşdirir və çevik yanaşma tələb edir: "Əminliklə demək olar ki, Prezident İlham Əliyev tərəfindən qurulmuş çoxşaxəli təhlükəsizlik sistemi ölkəmizə yönələn bütün qəsdlərin və təhdidlərin qarşısını almağa qadirdir. Hazırda bu sahədə əsaslı normativ baza yaradılmışdır, maddi-texniki təminat ən yüksək səviyyədədir, ciddi kadr potensialına malik sistem fəaliyyət göstərir. Son illər respublikamızda uğurla həyata keçirilən siyasət, ilk növbədə, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafına yönəlib. Cənab Prezidentin haqlı olaraq bəyan etdiyi kimi, Azərbaycan bu gün dünyada sülh və sabitlik adası olaraq tanınır, bütün dünyada sülh və sabitliyə töhfə verir. NATO-nun sülhyaratma missiyalarının tərkibində terrorçuluqla mübarizədə fəal iştirak edir".

R.Usubov vurğulayıb ki, dünyada sülh, sabitlik və təhlükəsizlik problemlərinin həllinə, eləcə də tolerant və multikultural ideyaların təbliğinə xidmət edən qlobal formatlı forumlar, konfranslar Bakı şəhərində keçirilir: "Bu təşəbbüslər Azərbaycanın Şərqlə Qərbi təkcə əlverişli tranzit və enerji-kommunikasiya imkanları ilə deyil, həm də mədəni-mənəvi tellərlə bağlayan ölkə olduğunu bir daha göstərir. Belə tədbirlər sayəsində Azərbaycan hazırda dünyada demokratiya yolunda inamla irəliləyən, multikultural dəyərlərə sadiq olan, sürətlə inkişaf edən, təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi tanınır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər həm də Ermənistan rəhbərlərinin "Dağlıq Qarabağ ermənilərinin Azərbaycanda yaşaması üçün tolerant mühitin olmaması” kimi əsassız iddialara ən tutarlı cavabdır. Hər bir münaqişənin sonu sülhlə yekunlaşır. Eləcə də Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsi də gec-tez nizamlanacaq. Ötən əsrin 70-80-ci illərində necə ki Heydər Əliyev Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının mehribanlığına, həmrəyliyinə nail olmuşdusa, əminəm ki, Prezident İlham Əliyev də işğal olunmuş torpaqların azad edilməsini, oradakı hər iki xalqın təmsilçilərinin qüdrətli Azərbaycan bayrağı ətrafında birləşərək təhlükəsiz yaşamasını təmin edəcək. Çünki Prezidentimizin yürütdüyü siyasət nəticəsində artıq sadə erməni vətəndaşları, münaqişədən əvvəl Azərbaycanda yaşayan ermənilər anlayırlar ki, onların düşməni erməni şovinistləri, separatçılıq ideyalarıdır. Bu şovinizm dalğası erməni xalqını ötən əsrin 90-cı illərində susdurub, nəticədə də belə böyük faciələrə məruz qoyduğunu anlayırlar. Sadə ermənilər, o cümlədən Dağlıq Qarabağda yaşayan ermənilər bilirlər ki, onların təhlükəsizliyini, rifahını, gələcəyini təmin edəcək bir qüvvə var ki, o da Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycandır".

Oxşar xəbərlər

"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"
Tanınmış diplomat Daşqın Şikarov Mehriban Əliyevanı təbrik etdi
Prezident İlham Əliyev: "Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində iştirak edən yeganə ölkədir"
Əli Əhmədov: ""Qarabağ Azərbaycandır!" Hərəkatı yaratmalıyıq"
“Azərbaycan Ordusu dünya səviyyəsində ən müasir orduya çevrilib” - Gürcü ekspert
Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
“Bu gün bütün sahələrdə islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir”
Əli Əhmədov: "Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub"
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
SOCAR-ın Prezidentin çıxışına absurd və gülməli cavabı: “Prezident İlham Əliyevin SOCAR-a ünvanlanan tənqidini “dəqiq və haqlı” sayırıq”...
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti ilə görüşüb
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
"AŞPA elə bil, erməni diasporalarının sifarişini yerinə yetirir"
Milli mətbuatın yaranmasından 145 il ötür
"İlham Əliyevin bu çıxışı həm də digər ölkələrə açıq mesajdır" - ŞƏRH
“Bir mayor və iki erməni əsgərini öldürmüşəm” Qazimizdən ölkə başçısına müraciət + VİDEO
Prezident İlham Əliyev dövlət başçılarının "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşündə iştirak edib
“Bəzi marginal qüvvələr hələ də destruktiv və məkrli siyasi xətlərini davam etdirməkdədir”
Heydər Əliyev nə mümkündürsə, edirdi ki, respublikanın sərvətləri ölkəyə, vətəndaşlara xidmət etsin
“AXC-Müsavatın yaratdığı anarxiya Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı”
İlham Əliyev Bakıda məktəb açılışında iştirak edib - Foto
“İp Man”ın mesajı: Çin dünyaya meydan oxuyur - TƏHLİL
Yeni Baş nazirdən ilk açıqlama
"Biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq"
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olundu
Mixail Qusman: “Bu, Heydər Əliyevin tarixi addımı idi” – MÜSAHİBƏ