Əli Həsənov və əlaltıları həbs edilə bilər
11-05-2020, 10:07
839

Əli Həsənov və əlaltıları həbs edilə bilər

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda audit yoxlamalar davam edir. Yoxlamalar, əsasən, jurnalistlər üçün tikilən binalarla bağlı aparılır. Buna görə də audit yoxlamalarına binanı inşa edən "Portos İnşaat” da cəlb edilib. 


 
Məlumatlı şəxslər audit yoxlamalarının ciddi yeyinti izinə düşdüyünü bildirirlər. Təxminlər doğrulsa, "Portos İnşaat”, "Jurnalist Evi” MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vuqar Səfərli barədə cinayət işinin açılması qaçılmaz olacaq.
Gundelik-baku.com bildirir ki, yeyinti faktlarının aşkarlanmasına şübhə yoxdur. Yoxlamanın sonunda Vüqar Səfərli ilə birgə keçmiş şefi Əli Həsənov və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli də həbsxanaya onunla yol yoldaşı olacaqlar.
Dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə əvəzsiz, ödənişsiz mənzil vermir. Bu praktika ancaq Azərbaycandadır. Bu, cənab prezidentin müstəsna xidmətidir. Nə yazıq ki, Əli Həsənov və Vüqar Səfərli ölkə Prezidentinin bu nəcib və xeyirxah missiyasından da sui-istifadə etməkdən çəkinmədilər. Artıq hər kəsə bəlli olduğu kimi, bu adamlar cənab Prezidentin mətbuatın və televiziyaların inkişafını stimullaşdırmaq niyyəti ilə davamlı olaraq ayırmış olduğu milyonlarla manat vəsaitləri bölüşdürərkən də sırf şəxsi maraqları mövqeyindən çıxış edərək çoxsaylı əyintilərə yol veriblər.
Əli Həsənovun göstərişi ilə jurnalistlərin binasında mənzillərin pulla satılması, həyat yoldaşı Sona Vəliyevaya yaxın şəxslərə verilməsi təkcə biabırçı hadisə deyildi, həm də dövlətin və Prezidentin siyasətini sabotaj etmək idi. Mənzillərin bölgüsü zamanı ciddi total saxtakarlıqlar baş verdi. Ə.Həsənov mənzilləri baş redaktorların qohumlarına (baş redaktorların bacısı əri, qardaşı oğlu, bacısı oğlu, kürəkəni, digər qohumlarına, eləcə də “münasibət”də olduqları katibələrə və s.) və həyat yoldaşı S.Vəliyevanın kitablarını yazan şəxslərə, o cümlədən rəfiqələrinə, qohumlarına verdi. Jurnalistlər binasının açılışı zamanı isə Ə.Həsənov utanamadan ölkə rəhbərinə yalan danışdı: “Cənab Prezident, hər şey şəffaf olub, mənzillər ədalətli bölünüb”.
Müşfiq Ələsgərlisui isə haqq səsini ucaldan jurnalistlərin səsini kəsməklə məşğul ili. Kimini reket siyahısına salırdı,kimisini başqa cür şantaj edirdi.
Əli Həsənovun qeyri-rəsmi ruporuna çevrilmişdi.
Yuxarıda qeyd etdiyimiz şəxslər həbs edilə bilər. Mediada səslənən konkret faktlar və millət vəkilləri Fəzail Ağamalının, Vahid Əhmədovun, MTRŞ-nin sabiq sədr müavini Qafar Cəbiyevin və digər tanınmış şəxslərin çıxışları buna tam əsas verir.
Eləcə də Prezident İlham Əliyevin yeni Baş Prokuror Kamran Əliyevi onlayn qəbul edərkən "Azərbaycanda korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq" deyərək cəmiyyətə çağırış etməsini də yada salaq. Mətbuatda yer alan faktlardan və sübutlardan görünür ki, bu üçlüyün həbsi realdır.

Oxşar xəbərlər

Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
“Korrupsioner məmurların əmlakları müsadirə olunmalıdır” - Partiya sədri
Əli Həsənov daha bir media rıçaqını itirir
“Döşəyinin altından rahatlıqla 100 min çıxarıb verirsə...” - KİVDF işi ilə bağlı son durum
“Jurnalistlərin binası” ilə bağlı araşdırma başlandı
Əli Həsənov hökuməti belə aldadırmış
MŞ və Amaşov ətrafında həlqə daralır -sunami irəlidədir
"Demək, oğurlamısan ki, indi də təhvil verirsən" — Elçin Şıxlıdan Əli Həsənovu ifşa edən açıqlamalar
“Vüqar Səfərli ayaq yoluna gedəndə bəzi baş redaktorlar qapının arxasında növbəyə dururdular…”
Büdcədən “Jurnalist binaları”nın tikintisinə nə qədər vəsait ayrılmışdı... - RƏQƏMLƏR
Vüqar Səfərlinin həbsinə TƏDARÜK GEDİR
Vüqar Səfərli ayrılan pulları necə yeyibsə...
Bağlanan bank və sığorta şirkətlərinin rəhbərləri - HARADA İŞLƏYƏ BİLƏR?
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Azər Kərimli 12 deputata rəhbərlik edəcək
Əli Həsənov üçün sanılı günlər başladı - Təkcə onun qollarına qandal vurulmayacaq...
Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..
“Günay Sığorta”da yeni TƏYİNAT
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
“VÜQAR SƏFƏRLİ DEDİ Kİ, EV VERİBLƏR, BƏSİNİZDİR…”
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Prezidentinin köməkçisi KİVDF rəhbərliyi ilə görüşür – Ev bölgüsü müzakirə olunacaq
Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...
Serj Sarkisyanın səhhəti pisləşdi
Əli Həsənov səhhətindən danışdı - Yenilənib
"Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI
Zakir Həsənov Çinə gedəcək