"Əlimdən gələni əsirgəməyəcəyəm ki..." - Səfir
16-02-2021, 14:24
106

"Əlimdən gələni əsirgəməyəcəyəm ki..." - Səfir

"Zati-aliləri Prezident İlham Əliyev. İndoneziya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim etməkdən şərəf duyuram".
Bunu İndoneziyanın Azərbaycan yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid Prezident İlham Əliyev tərəfindən fevralın 16-da etimadnaməsi qəbul edilərkən deyib.
"İcazə verin, həmçinin Sizə Prezident Coko Vidodonun İndoneziya hökuməti və xalqı adından səmimi salamlarını çatdırım. Prezident Coko Vidodo İndoneziya ilə Azərbaycan arasında, xüsusilə iqtisadiyyat sahəsində daha güclü əməkdaşlığın və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi arzusundadır. Təşəkkür edirəm", - H.Hamid bildirib.
H.Hamid deyib: "Zati-aliləri, İndoneziya ilə əlaqələrə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm. Zati-aliləri cənab Prezident, İndoneziyanın Azərbaycandakı səfiri təyin olunmağımdan şərəf hissi duyur, vəzifəmin məsuliyyətini tam dərk edirəm. Səfir olduğum müddətdə hər iki ölkənin hökumətləri və xalqları arasında dostluğu və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə, qarşılıqlı anlaşmanı və dostluğu yaxşılaşdırmağa səy göstərəcəyəm. İndoneziya ilə Azərbaycan arasındakı əlaqələrin yeni səviyyəyə çatdırılması üçün əlimdən gələni əsirgəməyəcəyəm ki, Zati-alinizin və hökumətinizin tam dəstəyi ilə ölkələrimiz arasında əməkdaşlıq davam etdirilsin. Azərbaycan Respublikasına inkişaf, Azərbaycan xalqına isə rifah diləyirəm".

Oxşar xəbərlər

İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi
İlham Əliyev İndoneziya və Belarus səfirinin etimadnaməsini qəbul etdi - FOTO
İlham Əliyev İndoneziya prezidentinə başsağlığı verdi
İlham Əliyev Nərgiz Qurbanovanı səfir təyin etdi
Prezident Həsən Həsənovla bağlı sərəncam imzaladı
"Buna görə sizə çox minnətdarıq" - Dövlət başçısı
İlham Əliyev əfqanıstanlı həmkarına məktub göndərdi
İlham Əliyev bu səfirləri geri çağırdı (SƏRƏNCAM)
İlham Əliyev üç ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul etdi
Prezident yeni səfir təyin etdi
Zelenski İlham Əliyevi təbrik etdi
Prezident İlham Əliyev İsveç səfirinin etimadnaməsini qəbul edib
Daha bir səfir geri çağırıldı
Gürcüstanın Baş nazirindən İlham Əliyevə MƏKTUB
İndoneziyada Covid-19-a qarşı ilk peyvənd Prezidentə vurulacaq
İlham Əliyev İranın yeni səfiri ilə görüşdü - FOTO
Zurabişvili Mehriban Əliyevanı təbrik etdi
Şahzadə İlham Əliyevi təbrik etdi
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident Elman Abdullayevə yeni vəzifə verdi
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
İlham Əliyev həmsədrləri qəbul edib
"Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir" - İlham Əliyev
İtaliya Prezidenti İlham Əliyevi təbrik edib
Eldar Həsənov səfir vəzifəsindən
Dövlət Komitəsində Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
İlham Əliyev Niderland səfirinin etimadnaməsini qəbul etdi - FOTO
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video
Tamerlan Qarayevə ağır itki
Prezident Əfqanıstanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR