Baş Prokurorluqda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilib
12-05-2020, 20:00
222

Baş Prokurorluqda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilib

Cari il mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni təyin olunmuş Azərbaycan Respublikasının Baş prokurorunu qəbul edərkən prokurorluq orqanlarında islahatların dərinləşdirilməsi ilə bağlı bir sıra mühüm və fəaliyyətin təkmilləşdirilməsinə yönəlmiş fundamental xarakterli tapşırıqlar müəyyən edib. Həmin tapşırıqların prokurorluq orqanlarının rəhbər şəxslərinə çatdırılması və onlardan irəli gələn qarşıda duran vəzifələrin icrası məqsədilə mayın 12-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokrorluqdan verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə ölkə ərazisində qüvvədə olan xüsusi karantin rejimi qaydalarına riayət edilməklə videokonfrans rejimində keçirilmiş müşavirəyə Prokurorluğun Mərkəzi aparatının, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı Şəhər prokurorluqlarının rəhbər heyəti, rayon (şəhər) və ərazi hərbi prokurorları və digər şəxslər qatılıblar.
Əməliyyat müşavirəsində çıxış edən Baş prokuror göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya bir daha dərin təşəkkürünü ifadə edib. Qeyd olunub ki, Azərbaycan Prezidentinin hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi ilə həyata keçirilən mütərəqqi daxili və xarici siyasət nəticəsində ölkəmizin dayanıqlı inkişafı təmin edilib, cəmiyyətimizdə sabitlik, hüquq qaydası və qanunçuluq bərqərar olub, Azərbaycan dinamik inkişaf edən dövlətə çevrilib.
Bildirilib ki, dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq hazırda ölkəmizdə yeni dövrün çağırışlarından irəli gələn tam və hərtərəfli islahatlar reallaşdırılır və dövlət idarəçiliyinin bütün sferalarında mütərəqqi kompleks tədbirlər həyata keçirilir. Bu islahatların əsas istiqamətlərindən birini təşkil edən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi Azərbaycan Prokurorluğunu da əhatə etməli, islahatların geniş vüsət aldığı hazırkı şəraitdə prokurorluq orqanları da öz fəaliyyətini yenidən nəzərdən keçirməli və dövrün tələblərinə uyğun şəkildə təşkil etməlidir.
Qarşıda mühüm vəzifələrin dayandığı xüsusi qeyd edilərək prokurorluq orqanlarında bir sıra struktur dəyişikliklərinin və kadr islahatlarının həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb. "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş əsas fəaliyyət istiqamətləri üzrə görülən tədbirlərin kəsərliliyinin artırılması, prokurorluğun üzərinə qoyulan vəzifələrin icrası istiqamətində əsaslı dönüş yaradılması, iş yükünün əsassız olaraq artırılmasına, bürokratizmə və lüzumsuz sənəd dövriyyəsinə gətirib çıxaran təcrübə və müddəaların aradan qaldırılması, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə etməklə cari fəaliyyətin səmərəliliyinə və operativliyinə nail olunması, müasir və mütərəqqi standartların tələblərinə əməl edilməklə şəffaflığın ən yüksək səviyyədə təmini diqqət mərkəzində saxlanılmaqla, həyata keçiriləcək islahatların son nəticədə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qalxmasına və qanunla icrası prokurorluğun üzərinə qoyulmuş vəzifələrin daha çevik yerinə yetirilməsinə xidmət edəcək əsas tələblər kimi müəyyənləşdirilib.

Tədbirdə çıxış edən müşavirə iştirakçıları prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib, faydalı müzakirələr və fikir mübadiləsi aparılıb. Əməliyyat müşavirəsində qarşıda duran vəzifələrin icrası ilə bağlı müfəssəl Fəaliyyət Planı qəbul olunub və onun qısa müddətdə icraya yönəldilməsi aidiyyəti idarə rəhbərlərindən tələb edilib.
Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının kollektivi adından əminliklə bildirib ki, Azərbaycan Prokurorluğunun kollektivi öz fəaliyyətini göstərilən etimada layiq səviyyədə qurmaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda öz xidmətlərini göstərəcək.

Oxşar xəbərlər

Bu rayonun prokuroru vəzifəsindən azad edildi
Vasif Talıbov Naxçıvan Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri olub
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
İlham Əliyev yeni baş prokuroru videoformatda qəbul etdi - FOTO
Prezident Baş prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyini irəli sürdü - FOTO
Azərbaycanda nazir müavini işdən çıxarıldı
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı
Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
Yeni Baş prokurorun təyin edilməsi Milli Məclisin gündəliyinə daxil edilib - RƏSMİ
İlham Əliyev üç ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul etdi
Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Nöqsana yol verən prokuror köməkçisi işdən qovuldu
Kamran Əliyevdən növbəti təyinatlar
Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib
İran vətəndaşları üçün viza rüsumunun məbləği AZALDILDI
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub
Toğrul Muxtarov Baş Prokurorluqda məsul vəzifəyə təyin edildi
İlham Əliyev sərəncam imzaladı
Kamran Əliyev onları yüksək vəzifəyə təyin etdi
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var - RƏSMİ
48 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 hakim isə korrupsiya əməllərinə görə istintaqa verilib
Kamran Əliyev parlamentin iclasında: “Baş Prokurorluq cinayətkarlığa qarşı mübarizəni gücləndirəcək”
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
Şəxsiyyət vəsiqələrini dəyişmək istəyən Naxçıvan vətəndaşlarının nəzərinə