İcra başçıları lüks maşınlarını “NAZ-Lifan”a dəyişir - əslində onların özünü dəyişmək vaxtıdır...
14-05-2020, 23:30
194

İcra başçıları lüks maşınlarını “NAZ-Lifan”a dəyişir - əslində onların özünü dəyişmək vaxtıdır...

Ölkənin icra başçıları lüks maşınlarını “NAZ-Lİfan”la dəyişirlər. Daşkəsən icra başçısı Əhəd Abıyev də belə edib. Belə bir kampaniya əvvəl də vardı. Sonra yenə hər şey yaddan çıxdı. Bahalı maşınlardan düşüb yerli maşına minmək çıxış yoludurmu? Maşın dəyişməklə düşüncəni dəyişməyin fərqi nədir?

Ağ Partiyanın rəhbəri Tural Abbaslı hesab edir ki, bu proses və ümumən yanaşma köklü ola bilməz. Müsahibimiz xatırladır ki, bundan öncə də prezident bu istiqamətdə çıxışlar etmişdi: “Prezident İlham Əliyev məmurlara demişdi ki, bahalı maşın alıb sürürsüz, yerli maşın almırsız. Ondan sonra yerli məmurlar yerli maşınlar almağa başladılar. Naxçıvanda bu maşınların istehsalı ilə bağlı proses sürətləndi. Nazirliklərin qarşısına reklam üçün “NAZ-Lifan” maşınlar düzdülər. Amma bu, təbii ki, reklam xarakteri daşıyırdı”.

T.Abbaslı hesab edir ki, daha sərfəli maşınlardan istifadə edərək, büdcənin qorunmasına xidmət etmək olar. Onun fikrincə, səmimiyyət faktoru bu məsələdə kənara qoyulmalıdır: “Onsuz da bu məmurlara yerli maşınlardan istifadə etmək tapşırığı verilsə, onlar işə gələndə “NAZ-Lİfan”la gəlib, onu nazirliyin qabağına qoyacaq, evə gedəndə isə “Bentli” maşınlarına minəcəklər”.

T.Abbaslı hesab edir ki, dövlət bu məsələdə özü qərar verməlidir: “Dövlət olaraq qərar verilə bilər. Dözümlü, ekonomik maşınlar var. Dövlət məmurları ondan istifadə etsinlər. Konkret hamının “NAZ-Lİfan” alması ilə bağlı qərar vermək məntiqli deyil. Çünki qərar verilsə, bütün məmurlar o maşından alacaqlar, amma iki ay sonra onun xərci borcunu ödəməyəcək və heç kim də ondan istifadə etməyəcək”.

Sosioloq Əhməd Qəşəmoğlu da hesab edir ki, hazırda Azərbaycan prezidentinin problemi kadr problemidir. Onun sözlərinə görə, prezident İlham Əliyev də dəfələrlə məmurlardan narazılığını bildirib: “Bu insanlar tamam başqa psixologiya ilə formalaşmış insanlardır. Onlar sizin, bizim kimi düşünmürlər. Başqa psixologiyaları var ki, bu da pul toplamaqla bağlıdır. Arxalarında da daim adamlar olub, onları qoruyub. Onlarla da müəyyən əlaqələr quraraq kefləri istəyən kimi yaşayıblar. Son günlər bir neçə icra başçısı tutuldu. Yerdə qalanlar əl-ayağa düşdülər ki, biz yaxşıyıq, onlar kimi deyilik. Bunu sübut etmək üçün də bahalı maşınlarını ucuz olana dəyişdilər. Amma anlamadılar ki, bu, sadəcə olaraq maskalanmaq xarakteri daşıyan bir işdir”.

Müsahibimiz hesab edir ki, indiki halda özlərinə qarşı inam, etimad yaratmaq üçün ucuz maşın sürmək çıxış yolu deyil. Onun sözlərinə görə, prezidentin çağırışlarına cavab vermək üçün onların başçılıq etdiyi rayonlardan müsbət xəbərlər gəlməlidir. Bu xəbərlər əsasən insanlar arasında münasibətlərin ədalət prinsipi ilə həll olunması, orda korrpusiyanın olmaması ilə bağlı olmalıdır: “Prezidentin xeyli informasiya kanalları var. Prezident gözəl bilir ki, kim nə edir. Bir maşını dəyişməklə gözə kül üfürmək lazım deyil. Kim yeni tələblərlə işləyə bilirsə, işləyəcək. Arxalandıqları adamlardan xahiş etsinlər ki, onları kənarlaşdırsınlar, meydanı tərk etsinlər. Bu şəkildə davam etmək mümkün olmayacaq. Rəhbərlik tərəfindən tamam başqa kurs götürülüb. Buna uyğunlaşa bilirsə, işləsinlər. İşləyə bilməyənlər də çıxsınlar”.
“Yeni Müsavat”

Oxşar xəbərlər

“Yerli hakimiyyətlər xalqın iradəsi ilə formalaşmalıdır”
Prezidentdən sahibkarlara mane olan məmurlara XƏBƏRDARLIQ
İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - Video
İdman avtomobilləri, biznes və torpaq alveri:Adil Vəliyev nə işlə məşğuldur -VİDEO
Prezident fərman İMZALADI
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Oteli bağlatdırıb, 20 qadınla birlikdə karantinə girən kral dünya gündəmində... - FOTO
“Maşın” şouda onlar yarışacaqlar - Siyahı
Bundan sonra ayda cəmi bir dəfə onlayn sifariş verə bilərik
Nizami rayon İcra başçısı Arif Qasımov vəzifədən gedir?
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
Sahil Babayev kimlərin sosial müdafiəsini təşkil edir? - Şok detallar
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
AZƏRBAYCANDA VARLILAR ÜÇÜN LÜKS HƏYAT TƏRZİ BAHALAŞIR - Yeni vergilərin tətbiqi nə vəd edir?
Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi
Qusarın icra başçısı canını çox istəyirmiş..
Milli Məclisin yeni şöbəsindən gözləntilər: “Problemlər zamanında həllini tapacaq”
"Azərsun”un yük maşını Ukraynada yenə yoxa çıxdı – 20 ton yağ oğurlandı
Deputat icra başçılarını tənqid etdi
Kasıb rektorun milyonluq villaları, bahalı maşınları,dəbdəbəli həyatı haqda..
“Əlli yaşında təhsil alan icra başçısı nə bilir xalq nədir...”
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
“Köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır, kim yerləşdirib onları?”
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI