Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edib.
Gündəlik Bakı xəbər verir ki, macarıstanlı naziri salamlayan Prezident İlham Əliyev deyib:
- Cənab nazir, xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Bu vaxt ölkəmizə səfər etməyiniz müsbət haldır və bizim söhbət aparmaq üçün imkanımız olacaq. Bilirəm ki, bir neçə ay əvvəl siz həmkarınızla ikitərəfli iqtisadi komissiyanın işi ilə əlaqədar məsələləri müzakirə etmisiniz. Mənə bu barədə məlumat verilib və hesab edirəm ki, işlər düzgün istiqamətdə gedir.
Əlbəttə, strateji tərəfdaş olan Azərbaycan və Macarıstan müxtəlif sahələrdə fəal əməkdaşlığı davam etdirməlidir. Biz Avropa Komissiyası ilə əlaqələrimizdə sizin dəstəyinizə görə minnətdarıq. Bildiyiniz kimi, biz Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsindəyik, pandemiya və müharibə səbəbindən bu müzakirələr müvəqqəti dayandırılıb. Lakin sazişin müddəalarının mütləq əksəriyyəti artıq razılaşdırılıb və əminəm ki, qarşıdan gələn aylar ərzində daha böyük irəliləyiş olacaq. Əlbəttə, ikitərəfli gündəliyimiz çox vacibdir. Dost ölkələr olan Azərbaycan və Macarıstan iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığı fəallaşdırmalıdır. Xüsusilə də, işğal altında olan ərazilərimizin azad edilməsindən sonra orada yenidənqurma sahəsində çoxlu imkanlar mövcuddur. Həmin ərazilər tamamilə viran qoyulub və yəqin ki, siz də həmin videomateriallarla tanışsınız. Oralar darmadağın edilib və biz həmin əraziləri sıfırdan yenidən qurmalıyıq. Söhbət Azərbaycanın böyük bir hissəsi – 10 min kvadratkilometrdən artıq ərazidən gedir və biz bu işi tərəfdaşlarımızla əməkdaşlıq şəraitində icra etmək istəyirik. Mən artıq bir neçə dəfə bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlığa dəvət edəcəyik. Macarıstan Azərbaycanın ən yaxın dostlarındandır. Əminəm ki, Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq.
Digər sahələrdə də imkanlar mövcuddur. Bilirəm ki, kənd təsərrüfatı və texnologiya sahələrində böyük potensial var. Biz azad olunmuş ərazilərdə müasir infrastruktur və şəhərsalma layihələrinin icrasını planlaşdırırıq. Beləliklə, görüləcək işlərin həcmi böyükdür və əminəm ki, səfəriniz çərçivəsində həmkarlarınızla bu məsələləri ətraflı müzakirə edəcəksiniz. Bir daha Azərbaycana xoş gəlmisiniz.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib:
- Sizinlə videokonfrans vasitəsilə görüşmək imkanına görə təşəkkür edirəm. Cənab Prezident, bildiyiniz kimi, bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi bərpa olunmalıdır. Son bir neçə onillik ərzində Azərbaycanın bu hüququ pozulmuşdu və biz bununla bağlı mövqeyini gizlətməyən ölkələrdən olmuşuq. Biz bu məsələ ilə bağlı mövqeyimizi aydın ifadə etməkdə davam edəcəyik. Cənab Prezident, əmin ola bilərsiniz ki, biz bu baxımdan hər zaman balanslı yanaşma nümayiş etdirəcək, həqiqəti söyləyəcək və mövqeyimizi açıq ifadə edəcəyik. Cənab Prezident, ölkəmizin Baş naziri Sizə salamlarını çatdırmağı tapşırıb.
Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Macarıstanın Baş nazirinə çatdırmağı xahiş edib.
****
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Macarıstanın xarici işlər və ticarət nazirini qəbul etdi - Yenilənib
10
mart
13:32

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident Macarıstanın xarici işlər və ticarət nazirini qəbul etdi
Azərbaycan və Macarıstan XİN başçıları arasında görüş başladı
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti ilə görüşüb
Macarıstan XİN başçısı Azərbaycana gəlir
Prezident İranın xarici işlər nazirini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
İlham Əliyev Mun Hini qəbul etdi
İlham Əliyev İran XİN başçısı ilə Xudafərini müzakirə etdi
Prezident Türkiyənin XİN başçısını qəbul etdi
Prezident Böyük Britaniyanın dövlət nazirini qəbul etdi
Çavuşoğlu ilə Ceyhun Bayramov bu məsələləri müzakirə edəcəklər
Azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılacaq
Ceyhun Bayramov Brüsselə getdi
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşdü
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
Azərbaycan XİN-dən Belçika Parlamentinin qəbul etdiyi qətnaməyə CAVAB
Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşəcək
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə müzakirə apardı
Çavuşoğlunun Azərbaycana səfər proqramı AÇIQLANDI
Prezident Fransanın dövlət katibini qəbul etdi
Prezident Pakistanın Baş Qərargah rəisini videoformatda qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq - Prezident İlham Əliyev
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
Ceyhun Bayramov Lavrovla bəyanatın icrasını müzakirə etdi
“Bunun nə üçün baş verdiyini xalqımıza izah etmək çətin olacaq” – İlham Əliyev
İlham Əliyev İtaliya nümayəndə heyətini qəbul edib - FOTO
Zelenski İlham Əliyevi təbrik etdi
İlham Əliyev videoformatda qəbul keçirdi
- İtaliyada azı 15 milyon doza COVID-19 peyvəndi məhv ediləcək
- Aİ rusiyalıların dondurulmuş aktivlərinin məbləğini açıqladı
- Zelenski 220 şirkətə qarşı sanksiya tətbiq etdi
- Rusiya Almaniya səfirliyinin 100-dən çox əməkdaşını ölkədən qovub
- Məşhur rejissor Roma Papasının xahişilə yeni film çəkəcək
- Türkiyə prezident seçkisində xaricdən verilən səslər rekord qırır
- Türkiyədə sandıqların 98%-i açıldı - Ərdoğan liderdir (CANLI/YENİLƏNİR)
- Azərbaycanda ən çox kimə səs verilib?
- Türkiyədə vətəndaşlar Ərdoğanın qələbəsini qeyd edir
- Macarıstan prezidenti Ərdoğanı təbrik etdi
- “Qalib bütün Türkiyə olacaq” - AK Parti
- İlham Əliyev Ərdoğanı təbrik etdi
- Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- Ailəyə ən çox bağlı olan 3 bürc
- Maşının yük yerindən 7 kiloqram narkotik tapıldı
- Hövsanda anbardan 30 min manatlıq oğurluq olub
- Yatmazdan əvvəl telefonu boş stəkana qoyun – SƏBƏB
- Azərbaycan nefti bahalaşdı
- “Konyaspor” Mahir Emrelini transfer etmək istəyir
- Nazirliyə ayrılan xidməti minik avtomobillərinin sayı artırıldı
- Yaxşı gecə yuxusu üçün ideal içki açıqlandı
- Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı
- Hamiləlikdə bu vitaminin azlığı uşaqda şizofreniyaya səbəb olur
- Ötən gün yol qəzasında 6 nəfər ölüb