Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
20-05-2020, 23:00
377

Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”

“Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilərin” və qondarma “andiçmə” şousunun təşkili Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.
Qeyd olunur ki, həmin “seçkilər” Azərbaycan Konstitusiyası, həmçinin, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir.
“Beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilən qondarma “seçkilərin” nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur və ola da bilməz. Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejim təcavüzkar Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni güc tətbiqi, ərazilərinin beşdə birinin işğalı, qanlı etnik təmizləmə və yüz minlərlə məcburi köçkünün fundamental hüquqlarının pozulmasının nəticəsidir”, - deyə bildirilir.
XİN-in açıqlamasında qeyd olunub ki, Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi əhəmiyyəti olan Şuşa şəhərində “andiçmə” adı altında təşkil edilən təxribatda təcavüzkar Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı, özünü “demokrat” kimi təqdim edən birinin demokratiya anlayışına qara ləkə sürməsindən başqa bir şey deyil:
“Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalının davam etdiyi və Dağlıq Qarabağın azərbaycanlı əhalisinin zor gücünə didərgin salınaraq seçki hüquqlarından məhrum edildiyi bir şəraitdə hər hansı “seçki” və ya “andiçmə”dən danışmaq hüquqa ziddir. Həm də heç bir sağlam məntiqə sığmır. Beləliklə, hamılıqla pislənir və rədd edilir.
Müharibə hələ bitməyib və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasını bütün mümkün vasitələrlə təmin etmək hüququna malikdir. Ermənistan rəhbərliyinin bu kimi təxribatçı fəaliyyəti münaqişənin sülh yolu ilə həlli cəhdlərini, demək olar ki, heçə endirməklə, bölgədə gələcək hərbi qarşıdurmanın və gərginliyin artmasına xidmət edir.
Heç kəs şübhə etməsin ki, işğal olunmuş ərazilərimiz işğaldan azad olunacaq. Beynəlxalq tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və məcburi köçkünlərin fundamental hüquqları təmin ediləcək”.

Oxşar xəbərlər

İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
ABŞ Konqresi Azərbaycan ərazilərinin işğalını tanıdı - FOTO
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
XİN: Ermənistanın təhrikedici cəhdləri ilə bağlı həmsədrlər məlumatlandırılıb
ABŞ-dakı konsulumuz Paşinyanı belə qarşıladı
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
İcma Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yaydı
Akopyan “sülh nağılı”nı unutdu, “silaha sarılır”... - TƏHLİL
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
Müharibə başlasa... - Ermənistanda daş üstdə daş qalmayacaq
Həmsədrlər Qarabağa səfər edəcəklər
Azərbaycan ABŞ Dövlət Departamenti və Konqresə məktublar ünvanlayıb - RƏSMİ
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
Almaniya XİN: “Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq”
AŞPA Qarabağı, işgəncə altında olan girovları unudur, kin yuvasına çevrilir
XİN: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə siyasətini bir daha sübut edir
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
Meksikada Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatından danışıldı
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"