Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO
25-05-2020, 19:00
384

Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO

Üveysi İsmayılovun Rüstəm Usubovun kürəkəni olduğu deyilir; onun mərmər monopoliyasına nəzarət etdiyi bildirilir 

Azərbaycanda korrupsiyada ən çox adı hallandırılan dövlət qurumlarından biri də Dövlət Gömrük Komitəsidir.  

Dövlət Gömrük Komitəsinə 2018-ci ildə yeni sədr təyin olunmasına və strukturda bir sıra dəyişikliklər olmasına baxmayaraq, hələ də komitənin ünvanına səslənən iradlar, tənqidlər azalmayıb.  

Ölkə başçısının "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 20 aprel 2018-ci il tarixli, 6 nömrəli Sərəncamına əsasən qurumun şəffaf olması, bu sahədə hesabatlılığın təmin edilməsi, bürokratik əngəllərin aradan qaldırılması, korrupsiya və digər hüquqpozmaların qarşısının alınması məqsədilə həmin ilin may ayının 8-də  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Gömrük Komitəsi arasında memarandum imzalandı. Lakin bu memarandumun imzalanmasının üzərindən 2 ilə ötsə də, hələ də Gömrük Komitəsi şəffaf fəaliyyəti barədə ictimaiyyətə doğru-düzgün məlumat verə bilməyib.  

Məlumata görə, komitənin rəhbər şəxslərinin böyük qismi isə Avropada və ölkədə biznes şəbəkələrini genişləndirməkdə davam edirlər. 

Faktlarla, sənədlərlə təqdim olunan bu tip yazılara isə Gömrük Komitəsi tərəfindən rəsmi münasibət bildirilmir.

Maraqlıdır ki, indiyədək Gömrük Komitəsinin rəhbər şəxslərinin - sədr müavinlərinin, idarə rəislərinin adları korrupsiyada, dəyəri on milyonlarla ölçülən biznesdə hallandırılırdısa, indi aylıq məvacibləri hazırkı bazar sistemində normal dolanışığa ancaq yetərli olan idarə rəislərinin müavinlərinin də adı hallandırılır.  

Arqument.az-a verilən məlumata görə, öz şəxsi biznesini yaradan məmurlardan biri də Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavini Üveysi İsmayılovdur.  

Məlumata görə, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavini Üveysi İsmayılovun Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində 3 mərtəbəli obyekt inşa etdirir. 

İdarə rəsinini müavinin inşa etdirdiyi obyektin ümumi sahəsinin 150 kvadrat metrdən artıq olduğu, obyektin ticarət mərkəzi kimi fəaliyyət göstərəcəyi deyilir. 

Jurnalist Həbib Müntəzir yazır ki, Baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovun kürəkənidir. Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavini olmaqla yanaşı, ölkədə mərmər monopoliyasına nəzarət edir. 

Qardaşı Üzeyir İsmayılov Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəridir.

Aylıq vəzifə maaşı ümumilikdə 1300-1800 manat olan İdarə rəsinin 3 mərtəbəli ticarət mərkəzini hansı vəsaitlə tikdirdiyi artıq şübhə doğurmur. 

Həmin obyektlə bağlı sənəd də əldə etmişik. 




Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Arqument.az-ın şifahi suallarını cavablandırmayıb.

Mayın 14-də göndərilən rəsmi sorğuya da sözügedən qurumlardan heç bir cavab verilməyib. 

Oxşar xəbərlər

Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
AzTV-nin əməkdaşını avtomobillə gömrük generalının qardaşı oğlu vurub öldürüb
Aztv-nin əməkdaşını öldürən Gömrük generalının qardaşı oğlu imiş -EKSKLÜZİV
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Azərbaycana keçmək istəyən şəxsin bel çantasında narkotik aşkarlandı
Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ?
Gömrük Akademiyasının sözçüsü koronavirusa yoluxub
Bakıda iki cangüdənlə gəzən tələbə kimdir? – (FOTO)
Gömrük əməkdaşları üçün seminar keçirilir
“Xəzər Dəniz Gəmiçiliyi” cərimələndi
Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu
Siqaretləri ehtiyat təkərinin içərisində keçirmək istədi
“Yuyucu toz” yükü gətirən avtomobildə “İphone” markalı telefonlar aşkar edildi
Sifarişlərlə bağlı qərar 3 günə qüvvəyə minəcək - DGK
Gömrükçülər avtomobildə dərman preparatları aşkarladılar
Azərbaycan bu il 58 milyon dollarlıq polietilen ixrac edib
Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi sistemində işləyən qohum və tanışlarının siyahısı
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi
Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi sistemində işləyən qohum və tanışlarının siyahısı
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
“Gəncə paxlavası”ndan 105 min dollar çıxdı
Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı
Əli Əsədovdan iki mühüm QƏRAR
Səfər Mehdiyevlə bağlı siyahı yayıldı: - Yüksək vəzifələrə təyinat prinsipi…
Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir - Şahin Ələsgərov
Gömrük generalının oğlunun İngiltərədəki şirkətləri - Fotolar
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
Səfər Mehdiyev deputata savaş açır..