“Prezident belə biabırçılığa dözən adam deyil”
27-05-2020, 10:30
238

“Prezident belə biabırçılığa dözən adam deyil”

Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin Yenisabah.az-a müsahibəsi:

- Çingiz müəllim, icra başçılarının, digər yüksək rütbəli məmurların həbsi çoxları üçün gözlənilməz oldu. Siz necə, rüşvətxor və korrupsioner məmurların bir gün cəzalandırılacağına inanırdınızmı?

- Mən hər zaman inanırdım. Həmişə bizim prezidentə inanıram, mən onu çoxdan tanıyıram və bilirdim ki, belə şeyləri gözdən qaçırmazdı, o belə biabırçılığa dözən adam deyil. Ona görə mən o adamların bir gün cəzalandırılacağına inanırdım. Tək sonuncu baş verən hadisələrdə deyil, bundan əvvəl də cəzalandırılanlar olub. Son on beş ildə nə qədər rüşvətxor işdən çıxarılıb, nə qədər vəzifədən uzaqlaşdırılanlar olub. Heyif ki, bunlar insanların yadına düşmür. Rüşvətxorluqla mübarizə çoxdan aparılır, sadəcə indi daha ciddi formada oldu.

- Son vaxtlar hakimiyyət komandasında yenilənmə baş verir. Sizcə, gənc kadrların irəli çəkilməsi ölkədə korrupsiyanın önünü kəsəcəkmi?

- Mən hesab edirəm ki, cavanlara yol verilməlidir. Vəzifədə nə qədər çox cavan kadrlar olarsa, o qədər yaxşıdır. Bu proses bütün dünyada gedir, həmçinin bizdə də. Baxın, Rusiyaya, orada nazirlər çoxsu cavandırlar. Mən düşünürəm ki, bu yalnız Azərbaycanda deyil, bütün dünya ölkələrində bu proses gedir. Və təbii ki, bu həyatdır, istəsən də, istəməsən də yaşlılar gedir, cavanlar gəlir. Bu hər zaman olub və olacaq da.

- Belə bir iddia var ki, rüşvət verən olmasa, alan da olmaz. Məmurlar arasında rüşvətin populyarlaşmasında həm də cəmiyyəti günahlandıranlar var, bununla razısınız?

- Yox, bu fikirlərlə razı deyiləm. Düzdür, mən özüm heç vaxt rüşvət verməmişəm, heç vaxt da almamışam. Artıq müəyyən bir yaşım var və 33 ildir Yazıçılar İttifaqının katibi vəzifəsindəyəm. Və mən bu vəzifəyə seçilirəm, təyin olunmuram. Bu illər ərzində bir adam deyə bilməz ki, bir qəpik kimdənsə nə isə almışam. Mən rüşvət verən adamları başa düşürəm, onları məcbur belə vəziyyətə salırlar, onlar da məcbur qalıb pul verir.

Digər tərəfdən də mən hər həftə çıxışlar edirəm, insanlarla görüşürəm, mən bu görüşlərdə yüzlərlə, minlərlə adamdan soruşmuşam ki, ASAN xidmət yaradılıb, kim orada rüşvət verib? İndiyə qədər neçə adamdan bunu soruşmuşam və inanın, bir nəfər belə mənə deməyib ki, “Mən Asan xidmətdə rüşvət vermişəm”. Milyonlarla adam var ki, oranın xidmətlərindən istifadə edir və rüşvət vermir. Görünür bu vəziyyətdən asılıdır.

Bir misal çəkim, əvvəllər bir insanın xəstəsi vardısa və təcili xaricə getməli idisə, xarici pasportu tez almaq üçün pul tapıb verirdi. Sonra başa düşdülər ki, bu, belə olmaz, bir sistem yaratmaq lazımdır, kim pasportunu tez almaq istəyirsə pul verə bilər, amma qanuni yolla. ASAN xidmətə getsin, dövlət rüsumunu ödəsin və bir günə pasportunu alsın. Onları da başa düşmək lazımdır, elə hər mövzuda cəmiyyət pisdir demək olmaz, cəmiyyət pis deyil, sadəcə insanlar məcbur qalıblar.

Ona görə elə bir sistem yaradılmalıdır ki, insanlar rüşvət verməyə məcbur olmasınlar. Bu baxımdan mən ASAN xidməti çox dəstəkləyirəm. Bir neçə il bundan öncə mənə desəydilər ki, bütün sənədləri, arayışları gedib belə bir yerdən rahat almaq mümkün olacaq inanmazdım. Hesab edirəm ki, bu sistem nümunədir və belə də olmalıdır. Belə olarsa, heç kəs rüşvət verməyəcək.

İnsanları qınamaq olmaz, ona görə ki, rüşvətxorlar qəsdlə insanları belə vəziyyətə salırlar. Ona görə sistem dəyişməlidir ki, insanlar rüşvət verməsinlər. Rüşvət insanı alçaldır, həm verəni, həm də alanı. Rüşvəti alan da başa düşməlidir, o bilir ki, bu qanunsuzdur, rüşvətxor özü öz yerini çox yaxşı bilir, bilir ki, Allahsız iş görür və vicdansızdır.

- Çingiz müəllim, bizə orta məktəbdə öyrədirdilər ki, ədəbiyyat həyatı real surətlər vasitəsilə əks etdirən söz sənətidir. Sizcə, müasir ədəbiyyat real həyatı əks etdirirmi?

- 100 faiz, bəli! Baxın bizdə Qarabağdan nə qədər yazıblar. Bu mövzuya nə qədər kitab həsr edilib. Ədəbiyyat xalqın güzgüsüdür. Və əsl yazıçı xalqın əbədiyyətdə vəkilidir, ədəbiyyatda yox. Biz bu gün Nizamini, Nəsimini oxuyanda başa düşürük ki, o dövrdə insanlar necə yaşayıb. Bu belə də olmalıdır. Ernest Heminquey demişdi ki, yazıçının vicdanı etalon metrə kimi olmalıdır. Əgər sən kiməsə yaltaqlanıb, xoş görünmək, yazıb tərifləmək istəyirsənsə, yazıçı deyilsən. Yazıçı nöqsanları da görməlidir, səhvləri də, cinayətləri də. Amma yazıçı hər zaman öz xalqının vəkili olmalıdır. Ədəbiyyat hər zaman insanları qaldırıb, onları yaxşı insan olmağa səsləyib. Kitab oxuyan adam məhz belə layiqli, vicdanlı olur. Oxumayanın isə təbii ki, vicdanı da olmur, çünki o, vicdan nədir başa düşmür. Ədəbiyyat xalqın güzgüsüdür.

- Məmurların silsilə həbsi detektiv yazarlarımız üçün mövzu sayıla bilərmi? Son vaxtlar baş verən hadisələri nə vaxtsa ədəbiyyata gətirməyi düşünürsünüzmü?

- Baxın, XIII əsrdə Dante Aligeri “İlahi komediya”nı yazmışdı. XIX əsrdə Balzak “İnsan komediyası”nı yazdı. XX əsrdə Con Qolsuorsi “Müasir komediya”nı yaratdı. Mən də XXI əsrdə “Kriminal komediya”nı yazdım. Son 30 ildə bütöv həyatımız elə kriminaldır, nəinki Azərbaycanda, bütün dünyada. Görürsünüz. İndi Amerikada da, Fransada da, İngiltərə, Rusiyada da hansı proseslər gedir. Təbii ki, mən öz kitablarımda bu məsələlərə də toxunuram.

Oxşar xəbərlər

Lukaşenkonun gizlin sirrləri üzə çıxdı - Ruhi xəstəxanada müalicə alıb
Çingiz Abdullayev: Şair və yazıçıları söyənlər AYB-dən çıxarılacaq
Yunus Oğuzun “Çingiz xan” romanı çapdan çıxdı
Lənkəran məmurları: keçmiş qatil, cinayətkar oğulun "dayağı" və "humanitar diktator"
“90-cı illərdə qızların 70 faizi fahişə olmaq istəyirdi” - Çingiz Abdullayev
Goranboyun icra başçısı avtobioqrafiyasını təzələyir...
“Yerli hakimiyyətlər xalqın iradəsi ilə formalaşmalıdır”
“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”
Goranboyun icra  başçı  avtobioqrafiyasını  təzələyir Mantyor, ofisiant, kankan, qum-çınqıl  satan icra başçıları
“Əli İnsanov çaşıb, başından yekə hərəkətlər edir”
“Bir məmur illərlə eyni postda oturanda reallığı itirir” - deputat
Ramiz Mehdiyevdən sonra sifarişli mitinqlər də dayanıb
“Həyat yoldaşını 1-2 milyona “yığdıran” məmur...” - Afaq Bəşirqızı
Onların taladığı pulları necə geri qaytarmaq olar? - GƏLİŞMƏ
Taleyi ilə barışan icra başçıları: Növbə kimindir? - VİDEO
“Camaatın ailəsi dağılır”, “Rəhmətə gedən oldu, toy qaldı”, “100 ofisiant işsiz qalıb”
Rüşvətxor və korrupsionerlərin “qara günləri” başlayır
Eldar Həsənovun şərləyərək həbsə aldığı Nizami Qocayev danışdı
ANS bərpa olunur — RƏSMİ
“Əlli yaşında təhsil alan icra başçısı nə bilir xalq nədir...”
Təhsilə ayrılmış dövlət vəsaiti hara yoxa çıxır
“İcra başçıları var ki, məmnuniyyətlə vəzifəsindən gedərdi”
“Bəlkə də Əli İnsanovla Ramiz Mehdiyev artıq bir yerdədir”
“Prezident maska taxırsa, niyə başqası edə bilməz?“ - İlham Əliyevdən XƏBƏRDARLIQ
“Məmur həbslərinin çox ciddi əhəmiyyəti olacaq”
“Azərsu”-nun korrupsioner Mingəçevir rəisi bu dəfə Prezidentə qarşı: SAHİBKARLAR ŞƏHƏRİ TƏRK EDİRLƏR
Müxalifət çalxalanır - Milli Şura REAL, Altay Göyüşov Sevinc Osmanqızı ilə üz-üzə...
“O məmurlar Rusiyanın tapşırıqlarına əməl etmək məcburiyyətində qalıblar” – Fəzail Ağamalı
"İndiki estrada ifaçılarının səviyyəsi aşağıdır" - Eldar Mansurov
Əli Kərimlinin isterik kövrəkliyi və qəzəbi