Zamanın burulğanlarından qürurla çıxan Müzamil Abdullayev - O, Ulu Öndəri sevgi ilə anır və onun davamçısı Müzəffər Ali Baş Komandan  İlham Əliyevin haqq işini dəstəkləyir
1-04-2021, 16:07
90

Zamanın burulğanlarından qürurla çıxan Müzamil Abdullayev - O, Ulu Öndəri sevgi ilə anır və onun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin haqq işini dəstəkləyir

Müzamil Abdullayevi bir dəfə görənlər  onu ikinci dəfə də görməyə can atardılar. Çünki onun şəxsiyyəti, sözün həqiqi mənasında qaməti, qürurlu, vüqarlı davranışı ilk görüşdə diqqəti cəlb edərdi. Və bir maqnit kimi insanları özünə çəkərdi. 
Müzamil Abdullayev həyatda öz savadı, istedadı və zəhməti hesabına addım-addım irəliləyib. 
Gənc  Abdullayev hələ sovetin vaxtında 2 ali təhsil almışdı.
1961-1966 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, sonra Krasnodar Politexnik İnstitutunda  şərabçı-texnoloq kimi əlavə təhsil almışdır.
1967-1969-cu illərdə Kişinyov Kənd Təsərrüfatı İnstitutunun aspiranturasında oxumuş, dissertasiyasını müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.
Bu elə bir dövr idi ki, asan yolla alim olmaq, dissertasiya müdafiə etmək indiki kimi  mümkün deyildi. Həmin dövrdə alimlik dərəcəsi almaq üçün, yüksək vəzifəyə təyinat,  hökmən Moskvanın razılığından sonra həyata keçirilə bilərdi.
Bir müddət  Kirovabadda ( indiki Gəncə ) şərab zavodunda baş mühəndis, sonra Mərkəzi Komitədə çalışmaq və yenidən  Xanlar aqrar-sənaye şərab istehsalı zavodunun baş direktoru olmaq. Bəli bu işlər çox ciddi və məsuliyyət tələb edən məsələlərdən idi. Ulu öndərimiz Heydər Əliyev bu işlərdə məhz Müzamil Abdullayevə dəstək olmuşdur. 




Yəni  cavan Abdullayev həm praktiki olaraq istehsal sahələrində rəhbər vəzifələrdə, həm də Mərkəzi Komitədə indiki  dillə desək siyasi işdə özünü təsdiq edirdi. Belə şəxsiyyətlərin Azərbaycanda olması Ulu Öndərimiz Heydər Əliyev üçün də uğurlu kadrların yetişməsi demək idi.


Artıq özünü həm istehsalatda-praktiki sahədə, həm də idarəetmədə təsdiq etmiş 46 yaşlı Müzamil Abdullayev hökumətdə - Nazirlər Soveti sədrinin 1-ci müavini və Dövlət Aqrosənaye Komitəsinin sədri vəzifəsinə təyinat alır. 
Aqrosənaye Komitəsinin nə olduğunu bilməyənlər üçün onu qeyd edək ki, bu qurumda ölkənin xeyli sayda nazirliyi, komitələri birləşmişdi. Yəni Müzamil Abdullayevə belə bir nəhəng sahə etibar edilmişdi. 
Sonradan, yəni 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək Müzamil müəllim  kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
Yəni bu insan Ulu Öndərimiz Heydər Əliyevə olan inamı, etibarı, savadı və bacariğı hesabına bu zirvəyə yüksəlib. 

Müstəqillik dönəmində Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə gəlməsində Müzamil Abdullayev bütün enerjisi ilə çalışıb, Ulu Öndərin siyasi xəttinin qələbəsi uğrunda qətiyyətlə mübarizə aparıb. 
Həmin dövrün şəkillərinə diqqətlə baxanda bir neçə məqam diqqəti cəlb edir. Fotolarda Ulu Öndərin Müzamil Abdullayevə hörmət və ehtiramla yanaşması, ona rəğbətlə, hətta öz övladı  kimi qayğı ilə baxması  xüsusi olaraq  diqqəti cəlb edir. Yəni Ümummilli liderin nəzərləri hər mənada Müzamil Abdullayevin üzərində olub və ona inanıb. 
Amma nə etməli ki, tarixin siyasi burulğanlar dövrü olur. Müzamil müəllim də həmin dövrü yaşamalı oldu. Ancaq bu onun Heydər Əliyev dühasına hörmət və sevgisini zərrə qədər azaltmadı. Əksinə həbsxanadan çıxan kimi, yəni Heydər Əliyevin əfv fərmanından sonra Müzamil Abdullayev Ulu Öndərin Sülh üzrə Nobel mükafatı alması üçün ilk təşəbbüsü göstərib. 
Təsəvvür edirsiniz,  dünyanın ən böyük mükafatına. 
Müzamil Abdullayev  təkcə özünün əfv olunmasını deyil, Heydər Əliyevin hakimiyyəti dönəmində  50 mindən artıq insanın əfv olunmasını, öz ailəsinə qovuşmasını önə çəkib. 
Müzamil Abdullayev öz təşəbbüsündə xüsusi olaraq qeyd edirdi ki, söhbət təkcə 50, 60, lap 100 min məhkumu əfv etməkdən getmir. 
Heydər Əliyev 1993- cü ildə hakimiyyətə gəlməklə, Dağlıq Qarabağ döyüşlərinin ən dəhşətli vaxtında atəşkəs sazişini imzalamaqla  regiona sülh gətirdi, kütləvi qırğınların qabağını aldı. Bunu həyata keçirmək böyük siyasi iradə, cəsarət tələb edirdi. 
Bəli, həmin dövrdə dövlət katibi işləyən Lalə Şövkət xanım da dahi Hüseyn Caviddən misal çəkirdi:

Kəssə, hər kim tökülən qan izini,
Qurtaran dahi odur  Yer üzünü. 

Bütün bunları düşünərək, Müzamil Abdullayev zamanı qabaqlayaraq Ulu Öndərin Sülh üzrə Nobel mükafatına təqdim olunmasına təşəbbüsdə bulunmuşdur. 
Siyasi burulğanlar arxada qaldı, hər şey öz yerini tapdı, kimin kim olduğu bəlli oldu. 
Bu gün də Müzamil Abdullayev öz ağlını, savadını, bacarığını xalqımızın inkişafı və rifahı üçün sərf edir. 
Və ən əsası Müzamil Abdullayev Ulu Öndəri şükranlıqla, minnətdarlıqla və sevgi ilə xatırlayır. Və onun davamçısı Müzəffər  Ali Baş Komandan, Şuşa Fatehi İlham Əliyevin haqq işini ürəkdən dəstəkləyir.

Oxşar xəbərlər

Müzamil Abdullayev  Ulu Öndəri minnətdarlıq hissi ilə xatırlayır- Sabiq nazir  dövlətə, dövlətçiliyə bağlı şəxsiyyətdir
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
Azərbaycanın kimyaçı alimi vəfat etdi - FOTO
Prezident Türkiyənin kənd təsərrüfatı və meşə nazirini qəbul etdi
“Dizel işi”ndə ittiham olunan sabiq nazir öldü
Ata Abdullayevi nə qədər həbs gözləyir? - Vəkildən açıqlama
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirildi
Ata Abdullayev bu əməllərinə görə də həbs OLUNUBMUŞ - O zaman şərti iş alıbmış...
Sabiq nazir dəm qazından boğularaq öldü
“Neftçi”nin keçmiş futbolçusu qəflətən vəfat etdi
Ermənilər Zəngəzurdan geri çəkilir?
Şəhidlik zirvəsinin 20 yaşlı fatehi Cavid Abdullayev - VİDEO
Faiq Ağayev sədr müavini təyin olundu
Daşınmaz əmlakla bağlı tariflər də artırılıb - SİYAHI
Həsən Abdullayev vəfat etdi
600 ailə Hadruta köçmək istəyir – Prezidentə müraciət edildi
Azərbaycanda əmək haqqı 22 faiz artıb
Ermənistan ərzaq böhranı astanasındadır
Azərbaycanla Çin müştərək aqrar-sənaye kompleksi yaradacaq
Tərxis olunmasına bir neçə gün qalmış şəhid olan əsgər - VİDEO
BDU-nun dosenti vəfat etdi
Jurnalistə nazirlikdə vəzifə verildi
Bu qurumun adı dəyişdirildi
"Azərbaycan bizim əzəli dostumuzdur" - Pakistan XİN
Qərbi azərbaycanlılar bu ərazilərə köçürülsün – Çaxmaqlı
Misir Mərdanovla Elşad Abdullayevdən İLGİNC FIRILDAQ: - Satışa çıxarılan ABU-nun Moskva filialı necə yaradılıb?
Azərbaycanda orta aylıq əmək haqqı 707 manata düşdü
Azərbaycanda orta aylıq əməkhaqqı neçə manatdır?
Ramiz Mehdiyevin dissertasiya işi yararsız olduğundan... - İTTİHAM