Ərdoğandan şok açıqlama: Nə Rusiya, nə də İran…
26-09-2019, 17:30
10 277

Ərdoğandan şok açıqlama: Nə Rusiya, nə də İran…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “Foks Nyus” nəşrinə müsahibə verib.
Axar.az xəbər verir ki, Ərdoğan müsahibə çərçivəsində Türkiyənin müttəfiqləri barədə də danışıb.
Nəşr Ərdoğana “Ötən həftə rus və iranlı həmkarlarınızı qonaq etdiniz. Ən yaxın müttəfiqləriniz onlardır?” sualını ünvanlayıb:
“Belə deyim, bu proses “Ankara prosesi” deyil, “Astana prosesi”dir. Astana prosesi çərçivəsində atdığımız addımlarda əvvəllər ABŞ səfir səviyyəsində iştirak edib. Soçi razılaşması ilə İdliblə bağlı ilk addımı atdıq və bunun ikincisini Ankarada, üçüncüsünü Tehranda etdik. Burada təbii ki, ölkələrlə ən yaxın münasibətdə olduğumuz və ya olmadığımızı söyləmək yanlış olar. Strateji tərəfdaşlıq baxımından nə Rusiya, nə də İran NATO ölkəsidir. Biz NATO-da ABŞ-la bərabərik. NATO daxilindəki birliyimiz yəqin ki, bir şeylərdən xəbər verir. NATO daxilindəki bu strateji əməkdaşlığımızın digər sahələrə də təsir göstərməsini istəyirik”, - Ərdoğan bildirib.Moskvanın 2-2.5 saatlıq məsafədəki qonşu, Rusiya ilə Türkiyənin tarixən güclü bağlarının olduğundan bəhs edən Ərdoğan İranın da eyni məsafədə olduğunu, həmçinin bu ölkə ilə Qəsri-Şirin sülh müqaviləsinə əsaslanan münasibəti qeyd edib.
Qeyd edək ki, Qəsri-Şirin sülh müqaviləsi 1639-cu ildə Osmanlı və Səfəvi imperiyaları arasında, Azərbaycan dilində bağlanıb.

Oxşar xəbərlər

NATO-nun güc nazirləri toplanır
Söz verirəm: əgər Tiflis NATO-ya qəbul edilsə... - Lavrov
 Zakir Həsənov NATO admiralı ilə görüşdü
NATO admiralı Azərbaycana təşəkkür etdi
Türkiyə Prezidenti BU TARİXDƏ ABŞ-a səfər edəcək
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
“Ərdoğan Vaşinqtonda qonağım olacaq” - Tramp
Putindən Suriya açıqlaması: Bunu bacardıq!
Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Ərdoğan yenidən Rusiyaya gedəcək
Soçidə Putinlə Ərdoğanın görüşü başladı
Ərdoğanla Putin telefonla danışıb
Ərdoğanın nüvə açıqlamasına Rusiyadan baxış
“Bir az qırağa durun” – Ərdoğandan sərt çıxış
İlham Əliyevin Putinə zənginin əsas səbəbi nə idi? – “Təxribatlar bir-bir onun diqqətinə çatdırılıb...”
Ərdoğan Avropanı hədələdi: Bir daha işğal desəniz…
Ərdoğan bugun Bakıya gəlir
Ərdoğan Səudiyyə və Misiri “topa tutdu”
Ərdoğanın bu hərəkəti gündəm oldu
Ərdoğan Trampla söhbətdə Aralıq dənizindəki gərginlikdən danışdı
Ərdoğan Qərbə meydan oxudu: Ölümdən qorxmayan millət
“Tovuzda ermənilərin təxribatı Rusiyadan qaynaqlanırdı” – Deputat
Nazarbayev Bakıda fəxri sədr seçiləcək
Ərdoğandan təcili toplantı
Tramp: “Dünya liderləri mənə deyir ki, Ərdoğana zəng et, o, yalnız səni dinləyir”
Türk ordusu 30 kilometr irəlilədi: Hədəf məhv edildi
Ərdoğandan prinsipial mövqe: Trampın masasına getmədi
Türkiyədə ölkə boyu toy, nişan və digər mərasimlər qadağan olunacaq
Hərəkətə keçməyimiz an məsələsidir - Ərdoğan sərt danışdı
Ərdoğan ABŞ-a gedir: Çantada nələr var? - Ən kritik görüş...