Azərbaycanlı deputatdan TRAMPA DƏSTƏK
31-05-2020, 10:00
214

Azərbaycanlı deputatdan TRAMPA DƏSTƏK

ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin dezinformasiyaya görə məsuliyyətə cəlb edilməsi ilə bağlı qərarı düzgün addımdır.

Bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, D.Tramp 1996-cı ildə ABŞ-da qəbul edilmiş “Kommunikasiya Müdafiə Aktı”nın 230-cu paraqrafının ləğvi ilə bağlı qərar qəbul edib:

“Həmin paraqrafa görə texnoloji şirkətlər öz sosial şəbəkələrində, platformalarında yayılan informasiyalarn məzmununa görə məsuliyyət daşımırdılar. ABŞ Prezidentinin məlum qərarından sonra isə artıq məsələ fərqli şəkildə qoyulur. Yəni bir az da açıq desək, “Facebook”, “Twitter” və digər sosial şəbəkələrdə yayılan dezinformasiyaya görə həmin platformalar birbaşa məsuliyyət daşıyacaqlar və məhkəmə qaydasında bu məsələyə baxılacaq.

Yəni bundan sonra sosial şəbəkələr məsuliyyətdən kənar qalmayacaq. İnformasiya yayılırsa, ona görə məsuliyyət məhz bu şirkətlərin üzərinə düşəcək. Hesab edirəm ki, bu, çox düzgün və vaxtında atılmış bir addımdır. Məsələ ondadır ki, bu gün sosial şəbəkələr təhqir, söyüş, terrora, vətəndaş itaətsizliyinə, vətəndaş müharibəsinə çağırış, hakimiyyətlərin qeyri-qanuni yolla zəbt edilməsi, konstitusion quruluşların zorla devrilməsinə çağırış məkanına, platformasına çevrilib və buna görə də heç kim məsuliyyət, cavabdehlik daşımır. Bu isə qəbuledilməzdir.

Biz bunun dəfələrlə Azərbaycana münasibətdə də şahidi olmuşuq. Antimilli ünsürlər məhz sosial şəbəkələrin yaratdığı belə qeyri-qanuni imkanlardan istifadə edərək Azərbaycana, dövlətçiliyə qarşı yalan, böhtan, təhqir dolu fikirlər səsləndirirlər, insanları terrora dəstəyə çağırırlar.

Trampın qərarı göstərir ki, təkcə ABŞ deyil, dünyanın digər ölkələri də dövlət üçün çox ciddi təhlükə mənbəyi, dezinformasiya mərkəzinə çevrilmiş sosial şəbəkələrə qarşı qanunvericilik qaydasında addımlar atmalıdır”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb.

ABŞ Prezidenti, həmçinin “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.

Qeyd edək ki, daha əvvəl "Twitter" sosial şəbəkəsi prezidentin yalan paylaşımlarından birini açıqlayıb. Şirkət Trampın mesajı altında dövlət başçısının yalanını iddia edən maddəyə xəbərdaredici nişan və istinad yerləşdirib.

Oxşar xəbərlər

“Aldanmaq adamı məsuliyyətdən azad etmir” - Elman Nəsirov
Siyavuş Novruzovdan sosial şəbəkələrlə bağlı TƏKLİF
Şahid: Yaqubluya qarşı ifadə verməmişəm - VİDEO
"Kontakt Home"un rəhbəri olduğu deyilən deputat DANIŞDI
“Məni də yaxşı tanıyırlar, Gülər Əhmədovanı da...” - QALMAQAL
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
Metronun yeni stansiyasına Polad Həşimovun adı veriləcək? - Rəsmi açıqlama
BNA-nın işdən çıxarılmış şöbə müdirinə “BakuBus”da vəzifə verilib? - Açıqlama
Nazirlikdən sosial şəbəkədə yayılan foto ilə bağlı açıqlama
Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələyib
Azərbaycan Prezidenti Paşinyanın faşist ideologiyasına dağıdıcı diplomatik zərbə endirdi
Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi
Kremlə növbəti hədə: Qəzəb, yoxsa "seçki manevri"?
"Hakim partiya kadr islahatlarından kənarda qalmayıb” – YAP katibi aydınlıq gətirdi
Toy və nişan mərasimləri keçirilə bilər
"Bakcell" adı hallanan toyla bağlı MƏLUMAT YAYDI
Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkə
"Bu gün bir sıra dövlətlər virusla mübarizədə Azərbaycan modelini öz ölkələrində tətbiq etməyə çalışırlar"
Çingiz Abdullayev: Şair və yazıçıları söyənlər AYB-dən çıxarılacaq
Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?
Putin: "Məndə “Twitter” yoxdur və mən Trampı izləmirəm"
30-dan çox insanı toya dəvət etdiyinə görə yeni evlənənlər 430 dollar cərimələndi
"Koronavirus peyvəndini mənim rəhbərliyim altında rekord vaxta buraxacağıq..."
"Hər kəs çox yaxşı bilir ki, Orduda smartfon telefondan istifadə etmək qəti qadağandır"- Ekspertlər
Ünvanlı sosial yardımın alınması qaydası dəyişir
Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır
Bağlanmış banklarda əmanətləri qalan şəxslərin nəzərinə - Bu gündən...
Monopolistlərin yenə "çiçəyi çırtladı" - Vətəndaş isə əlavə xərcə düşəcək
Tramp Türkiyəni sanksiyalarla hədələyib
Mirşahin Tofiq Yaqublunu aclığı dayandırmağa ÇAĞIRDI