"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür
20-09-2019, 10:30
242

"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür

"Əsrin müqaviləsi"nin imzalanmasının bu gün 25 ili tamam olur.
"APA-Economics"in məlumatına görə, “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə 1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında imzalanıb.
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı - "Neftçilər günü” kimi qeyd olunur.
“Əsrin müqaviləsi”ndə 8 ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının - 13 neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (hazırda “Equinor”), “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub.
Heydər Əliyevin rəhbərliyi və səyi nəticəsində hazırlanaraq imzalanmış müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarı, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən sayılır.
“Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlərlə daha 34 saziş imzalanıb.
Müqavilə Azərbaycanda neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 mln. tondan 2010-cu ildə 51 mln. tona çatıb – hasilat 5,6 dəfə artıb.
1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinə dair Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verilib. 1998-ci ildə AÇG neftinin fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməsinə başlanılıb.
1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqlinə dair Azərbaycan və Gürcüstan arasında saziş imzalanıb. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilib.
Bununla belə, "Əsrin müqaviləsi" çərçivəsində hasil olunmuş neftin ixracı üçün yeni kəmərə ehtiyac yaranmışdı. Odur ki, Ümummilli Lider Heydər Əliyev yeni neft kəmərinin tikilməsi təşəbbüsü ilə çıxış edib. Müxtəlif siyasi, iqtisadi və xarici maneələrə baxmayaraq, 2002-ci ildə Heydər Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin təməli qoyulub. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırılıb. Hazırda BTC, nəinki respublika və region, eyni zamanda beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb edən layihə sayılır.
Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur, bunun gələcəkdə 60 milyon tona çatdırılması mümkündür. Uzunluğu 1768 km olan BTC ilə hazırda Azərbaycandan, əsasən, AÇG nefti və “Şahdəniz” kondensatı daşınır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
“BTC Co.”nun səhmdarları bunlardır: BP (30,1%), “AzBTC” (25%), “Chevron” (8,9%), “Equinor” (əvvəlki “Statoil”) (8,71%), TPAO (6,53%), “Eni” (5%), “Total” (5%), “Itochu” (3,4%), “Inpex” (2,5%), “ExxonMobil” (2,5%) və “ONGC (BTC) Limited” (2,36%).
Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana nəql edilir.
2017-ci il sentyabrın 14-də isə Bakıda növbəti saziş imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. "Yeni əsrin müqaviləsi" adı alan saziş Azərbaycan Hökuməti, SOCAR, BP, “Chevron”, “Inpex”, “Equinor” (əvvəlki “Statoil”), “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətləri tərəfindən imzalanıb.
Bununla da, AÇG nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Yeni sazişlə AÇG neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılıb, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 mlrd. ABŞ dolları bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1% təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.
Hazırda AÇG-də tərəfdaşların iştirak payı belədir: BP – 30,37%, “AzACG” (SOCAR) – 25%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Statoil” – 7,27%, “ExxonMobil” – 6,79%, TP – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Limited” (OVL) – 2,31%.
Ümumilikdə 1997-ci ilin noyabr ayından 2019-cu ilin 1 sentyabrına AÇG-dən 492 mln. ton neft hasil edilib ki, bunun da 287 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb. Bu dövr ərzində AÇG-dən 161 mlrd. kubmetr təbii qaz hasil olunub.
Qeyd edək ki, "Əsrin müqaviləsi"nin Azərbaycan üçün iqtisadi-sosial əhəmiyyəti qədər, siyasi əhəmiyyəti də çox böyükdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var.

Oxşar xəbərlər

Xoşbəxt Yusifzadə: "Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatı var"
Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"
Əli Əhmədov: "Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub"
İlham Əliyev Neftçilər Günü ilə bağlı mərasimdə
Prezident açıqladı: Bundan sonra neft gəlirləri...
ARDNF-a indiyədək 155 mlrd. dollara yaxın vəsait daxil olub
Səngəçal terminalına göndərilən neft və qazın həcmi açıqlanıb
Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib
SOCAR-ın Prezidentin çıxışına absurd və gülməli cavabı: “Prezident İlham Əliyevin SOCAR-a ünvanlanan tənqidini “dəqiq və haqlı” sayırıq”...
SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər
Səudiyyə Ərəbistanı qisas almağa başladı
ABŞ hərəkətə keçdi: Hərbi texnika göndərilir
Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər
SOCAR-ın idarəsi Neftçala çöllərinə erməni bayrağı düzür – Video
SOCAR-da qruplar arası savaş - Vasif Əmirov vitse prezidentlik yolunda...
Rövnəq Abdullayevin otel biznesi -''SOCAR''ın pulları ''FETO''ya xərclənib?
Dünya enerji bazarını alt-üst edəcək kəşf: Çin inqilabı başlayır
“Neft müharibəsi”: Qalib kim oldu? - GƏLİŞMƏ
“Ölkəsinin yox ediləcəyindən qorxur” – Şahzadə haqda sensasion iddia
“SOCAR Polymer” ixracını 33 faiz artırıb
Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ
“Aprel neft sənayesi tarixinin ən ağır ayı ola bilər”
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR
ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Neft emalı zavodları bağlanır
Kür çayı Xəzərə qovuşdu
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini 50 faiz azaltdı