Gürcüstan ruhaniləri millətçiliyi alovlandırır
1-06-2020, 12:00
146

Gürcüstan ruhaniləri millətçiliyi alovlandırır

“Gürcüstandakı azərbaycanlılar həmişə mövcud hakimiyyətə münasibətdə loyallıqları, ölkənin ərazi bütövlüyünün qorunmasında göstərdikləri fədakarlıqla fərqləniblər. Onlar heç vaxt separatçılığa, bölücülüyə müsbət münasibət bəsləməyiblər”.
Bunu Oxu.Az-a açıqlamasında politoloq Qabil Hüseynli Marneulidə Azərbaycanın görkəmli dövlət xadimi Nəriman Nərimanovun abidəsinin sökülməsi tələbinə münasibət bildirərkən deyib.
Marneulidə N.Nərimanovun heykəli 1983-cü ildə ucaldılıb. Həmin vaxtdan heç bir bərpa işləri aparılmadığından, abidə qəzalı və baxımsız vəziyyətə düşüb. 
Bu yaxınlarda abidənin təmir-bərpa işləri Marneulinin icra başçısı Zaur Darğallının təşəbbüsü ilə həyata keçirilib.
Amma bu, Marneuli və Hucabi yepiskopu Georginin qəzəbinə səbəb olub. Din xadiminin fikrincə, Nərimanov Gürcüstanın ərazi bütövlüyünün pozulmasında böyük rol oynayıb və hakimiyyətə abidənin sökülməsi üçün bir həftə vaxt verib.
Ekspert Qabil Hüseynli qeyd edib ki, son zamanlar gürcülərin içərisində bəzi radikal millətçilik əhval-ruhiyyəsi yayan təxribatçı şəxslər peyda olub.
Onun sözlərinə görə, həmin millətçilər gürcülərin azərbaycanlılarla müqayisədə üstünlüyünü təbliğ edir və uzağa gedən təhlükəli şüarlar səsləndirirlər.
“Gürcüstan kimi demokratiyanın inkişaf etdiyi ölkədə millətçilik azarını yayanlar, sözsüz ki, Gürcüstanın özünə qarşı çıxış etmiş olurlar”, - deyə Q.Hüseynli əlavə edib.
N.Nərimanovun Marneulidəki heykəlinin sökülməsi tələblərinin səsləndiyi bir zamanda paralel olaraq Kvemo Kartli və Kaxeti bölgələrində gürcülər və azərbaycanlılar arasında ədavəti qızışdırmağa cəhdlər edilir.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, həmin şəxslər etnik azərbaycanlıların sıx yaşadıqları bölgələrdə illər ərzində toplanmış problemlərdən təhrif olunmuş vətənpərvərlik düşüncələrinə əsaslanaraq mənfi kontekstdə istifadə edirlər.
DTX-nin Dövlət Təhlükəsizliyi Departamenti irqi ayrı-seçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə məhdudlaşdırılması, milli zəmində düşmənçilik və diskriminasiya, milli şərəf və ləyaqətin alçaldılması maddələri üzrə istintaqa başlayıb.
Politoloq Q.Hüseynli söyləyib ki, Gürcüstanın xüsusi xidmət orqanları şovinist qüvvələri cəmiyyətdən təcrid etməyə çalışırlar.
O, proseslərin mənfi məcraya yönəlməsində erməni faktorunun da rolunu istisna etməyib:
“Belə məlumatlar var ki, Gürcüstanda təxminən bir milyona yaxın erməni uzun illər boyu assimilyasiyaya uğrayaraq, gürcü soyadlarını qəbul ediblər. Ancaq onlar erməni kimi qan yaddaşlarını unutmayıblar. Belə adamlar Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək niyyətindədirlər. Azərbaycanlılarla gürcülər arasında qarşıdurma yaratmağa çalışanlar arasında xeyli vəzifəli şəxslər də var”.
Politoloqun fikrincə, Azərbaycan-Gürcüstan münasibətlərinin korlanmasında maraqlı olan üçüncü qüvvənin – “beşinci kolon”un da əli var.
“Son zamanlar Gürcüstandakı “beşinci kolon”a təlimat gəlib ki, ölkədə qarşıdurma yaratsın. Eyni zamanda, bölgədə strateji xarakter daşıyan Azərbaycan-Gürcüstan münasibətlərini korlamağı qarşılarına məqsəd qoyublar.
Müəyyən din xadimlərinin proseslərə cəlb olunması və qızışdırıcı rol oynaması da təsadüfi deyil. Gürcüstanın hakimiyyət orqanları baş verən hadisələrin siyasi anatomiyasını çox gözəl dərk edir”, - deyə Q.Hüseynli şərhində bildirib.

Oxşar xəbərlər

Gürcüstanda azərbaycandilli məktəb bərpa olundu
Bakıda 14 əsrlik unudulmuş abidə ilə bağlı nazirlikdən RƏSMİ AÇIQLAMA
Müslüm Maqomayevin abidəsinin ucaldılacağı yer məlum olub
Gürcüstanı qarışdıran “qara əllər”: “Azərbaycanlı fəallar dindirilir, Yepiskop isə merə ultimatum verir”
Zibilxanaya çevrilən “Qum hamamı” təmizlənir - Fotolar
Qədim məbəd dövlət nəzarətinə götürüldü
Mədəniyyət Nazirliyi, eşidirsiniz: 8 min illik tarix məhv olur - Foto
Husilər 3 alayı darmadağın etdi: İrana hücum olacaq?
Prezident bu sözü təsadüfən demədi: Hərbi variant…
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
Albaniyanın birinci xanımı saxlanıldı
Bakının mərkəzində yaradılan yeni yol qovşağı nə vaxt istifadəyə veriləcək? - Açıqlama
Qərbi Azərbaycan Respublikası: nələr ediləcək? – Plan
Gənc icra başçısı baş redaktoru cərimələtdi
Prezident və birinci xanım İçəri Şəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olublar - Yenilənib, Fotolar
Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə siyasətini bir daha sübut edir
“Zaura rəva bilməzdim belə şeyi səsləndirsin...”
Bakıda 7 ildən sonra bu yol açıldı
Niyazi Bayramov şəhərdə aparılan abadlıq işləri ilə tanış oldu
Deputatın oğlunun kazino tikintisi haqda qalmaqallı xəbər - Fotolar
Müharibə başlasa... - Ermənistanda daş üstdə daş qalmayacaq
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
“Quruyan ağacların yerinə yeniləri əkilir...” - Nərimanov İcra Hakimiyyətindən açıqlama
“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi
Baş infeksionistdən Zaur Baxşəliyevin tənqidlərinə CAVAB: “Onun haqqında yüksək fikirdə idim”
“Nikol Paşinyan xarici dövlətlərin maraqlarına xidmət edir”
Prezident İlham Əliyev: "Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməz ruhunun təcəssümüdür"