Kasıb rektorun milyonluq villaları, bahalı maşınları,dəbdəbəli həyatı haqda..
8-06-2020, 09:43
1 831

Kasıb rektorun milyonluq villaları, bahalı maşınları,dəbdəbəli həyatı haqda..

“Bizim rektor əsl şəxsiyyətdir! Var olun, hörmətli rektorumuz İbrahim Cəfərov”
Bu başlıq facebook səhifəsinə ADAU-nun tələbəsi tərəfindən qoyulmuş bir yazıdan götürülmüşdür. Sosial şəbəkələrdə bu təhsil ocağının tələbələri demək olar ki, hər gün öz “sevimli rektorları” barədə “ürək” sözlərini yazmaqdadırlar. Bəs, hörmətli rektoru öz tələbələrinə sevdirən ən əsas keyfiyyətlər və cəhətlər hansılardır?
Gundelik-baku.com bunu hörmətli rektor haqqında  KİV-lərdə yazılan son materiallarda araşdırmağa cəhd edəcəkdir.
    

Rüşvətsiz və korrupsiyasız idarəçiliyindən dəm vuran ADAU rektoru elə də kasıb deyilmiş. Əksinə, ölkəmizin yeganə təhsil ocağının rəhbəri lüks və eyş-işrətli həyat tərzi sürürmüş. Rektorun villaları, bahalı son model maşınları, rektorluğu dönəmində Bakıda və Gəncədəki göydələnlərdə almağa macal tapdığı bir neçə bahalı mənzilləri varmış. Hətta, iddialara görə, universitet rəhbəri bu ilin əvvəlində (27-29 yanvar 2019) Türkiyənin İzmir şəhərində EGE universitetində işgüzar səfərdə olarkən həmin turizm bölgəsindən xoşu gəlib və İzmirdə dənizkənarı ərazidə bahalı villa da alıb. Həmin səfər zamanı rektorun rəhbərliyi altında ADAU-dan İzmirə gedən digər şəxslərin də məhz rektorun yeni evində qonaq olduqları , xeyir-dua verdikləri bildirilir.
Rektorun var-dövləti barədə bilgilərin sübutu kimi redaksiyamıza fotoşəkillər təqdim edən, adlarının açıqlanmasını istəməyən professor-müəllim heyəti bildirir ki, İbrahim Cəfərov övladlarına aldığı inomarka maşınların özü qədər dövlət nömrə nişanları da uzun illərdir hamıda maraq doğurur. Belə ki, ADAU rektoru üçün universitetdən ayrılan "BMV" markalı xidməti avtomaşının da, özünün və ailə üzvlərinin mülkiyyətində olan maşınların da nömrələrinin sonu "333"-dür və bu təsadüfi hal deyil. Deyilənlərə inansaq, rektor məhz "333" rəqəmini öz uğuru hesab edir və bu səbəbdən xidməti maşınından başqa, hər birinin dəyəri azı 5-10 min manat olan eyni sonluqlu nömrələri ailə maşınlarına da almağı vacib hesab edib.
Həqiqətən maraqlıdır, hazırda rektorun öz xidməti maşını (10 AA 333) da, digər Cəfərovların idarə etdikləri son model - "BMW" və "Hyunday Elantra" markalı avtomaşınlar da nömrə sonluğunda "333" rəqəmini gəzdirir. Rektoru ara-sıra universitetə gətirən (GL/MERSDERES ) 10xx374 dövlət nömrə nişanının sonluğunun da yaxın vaxtlarda "333" olacağı aldığımız xəbərlər sırasındadır.
Verilən məlumata görə, rektor bir neçə il əvvəl Göygöl rayonu Aşıqlı-Köşkü kəndində "Noxudluq" deyilən ərazidə özünə mini villa da tikdirib. 10 sotdan artıq torpaq sahəsində yerləşdirilən villa-daçanın tikintisinə isə azı 200 min manat vəsait xərcləndiyi deyilir.
Bundan əlavə, Gəncənin Totanlı ərazisindəki 3 mərtəbəli villanın dəyəri milyonlarla ölçülür. Hazırda həmin villanın üzündə aqlaylanma və digər bəzəmə-tamamlama işləri aparılır.
Digər məlumata görə, ADAU rektoru illər əvvəl universitetin müəllimləri üçün tikilib istifadəyə verilmiş mehmanxana tipli yataqxanadan özünə bir neçə mənzil alıb və çox zaman da özünü "kasıb və sadə" göstərsin deyə oradakı mənzillərində qalır.


Oxşar xəbərlər

AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib
Paşinyanın bahalı qol saatı və ucuz gediş saatı
AZƏRBAYCANDA VARLILAR ÜÇÜN LÜKS HƏYAT TƏRZİ BAHALAŞIR - Yeni vergilərin tətbiqi nə vəd edir?
ADAU-da məmurlara maaş necə yazılıb və ayrılan pullar hansı cibə girib? - Sənəd
Cəfər Cəfərovun Prezidentə «ŞÜBHƏLİ SƏDAQƏTİ» -
“Universitetlərin açılması yoluxma sayını 4 dəfə artıra bilər” - Rektor
Yeni rektor onları özünə müşavir TƏYİN ETDİ
“Ənənəvi təhsilin bərpası COVİD 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər” - Ədalət Muradov
Kamal Abdulla təqaüd proqramını müzakirə etdi
Mətanət İsgəndərli iş adamına ərə gedən keçmiş modelin Bodrumdakı villasında - VİDEO
“Barselona“ Messiyə yeni qiymət qoydu
Prezident Anatoli Torkunovu təbrik etdi
Rusiyada tələbələrə məktəblərdə dərs demək hüququ verilir
Koronavirusa görə son kurs tələbələrinə hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ AÇIQLAMA
Nüfuzlu universitetin nümayəndəsi ADU-da - Foto
İcra başçıları lüks maşınlarını “NAZ-Lifan”a dəyişir - əslində onların özünü dəyişmək vaxtıdır...
ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı
"Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
Avropanın qabaqcıl ali təhsil müəssisələri Magistr Proqramı ilə Bakıda tədris fəaliyyətinə başlayır
Azərbaycanda ən populyar avtomobillər hansılardır?
Müəllimlərin işə necə gələcəyi açıqlandı - Rəsmi
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Murat Yıldırım model xanımından danışdı
Universitetdə toplantı
“Qaçqınkom”un sədri  Rövşən Rzayev  xanım şikayətçiləri döydürür-ŞOK VİDEO
Təhsil naziri yeni müşavir təyin etdi