Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
9-06-2020, 20:30
148

Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır

Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır.
Bunu Prezident İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışından sonra həkim kollektivi ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Bu gün çox əlamətdar bir gündür. Ölkəmizdə modul tipli üç xəstəxana açılır. Bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunacaq və beləliklə, koronavirusla bağlı mübarizədə növbəti önəmli addım atılır.
Modul tipli birinci xəstəxana bir ay bundan əvvəl, mayın 7-də açılmışdır və hazırda bu xəstəxanaların sayı dördə çatıb. Mən mayın 7-də açılış mərasimində qeyd etdim ki, bu xəstəxanaların sayı 10-a çatmalıdır. Ümid edirəm ki, yaxın gələcəkdə - təxminən ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcəkdir. Beləliklə, bizim əlavə iki min çarpayımız olacaqdır və bu, koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcək.
Sevindirici hal ondan ibarətdir ki, bu 10 xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım da göstərmişlər və bu proses davam edir. Amma hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək.
Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır. Son 10 gün ərzində yoluxanların sayı artır. Bu da ondan irəli gəlir ki, yumşalma dövründə bəzi vətəndaşlar məsuliyyətsizlik göstərmişlər. Buna baxmayaraq, vəziyyət tam nəzarət altındadır. Bizim xəstəxanalarda kifayət qədər yerlərimiz var, reanimasiya şöbələrimizdə də həmçinin. Eyni zamanda, əlavə iki min çarpayılıq 10 xəstəxanada koronavirus xəstələrinin müalicəsi nəzərdə tutulur. Bu günə qədər hələ ki, buna ehtiyac yoxdur. Ancaq biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin.
Onu da bildirməliyəm, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir".

Oxşar xəbərlər

Yeni tədris ilində 47 məktəb binası istifadəyə veriləcək
“Virusa yoluxmalar daxildə daha çox aşkarlanır”
Gürcüstanda koronavirusa yoluxanların sayı 1568 nəfərə çatıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 1596 nəfərə çatıb
Bakıda bu xəstəxana müvəqqəti bağlandı - SƏBƏB
Bu əlamətlər yaranarsa, koronavirusa görə yoxlanmaq vacibdir - Baş infeksionistdən XƏBƏRDARLIQ
Hindistanda gün ərzində 2500 nəfər koronavirusa yoluxub
İcra başçısı karantin qaydalarını belə pozdu - FOTO
Suriyada koronavirusla mübarizə aparılırmı? - VİDEO
İranda daha 2 596 nəfər koronavirusa yoluxdu, 87 nəfər öldü
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Baş həkim: "Sona qədər koronavirusa qarşı mübarizədə iştirak edəcəyik"
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Koronavirusa yoluxan şəxs neçə gün sonra digərləri üçün təhlükəli deyil? - Açıqlama
Azərbaycanda koronavirusa yoluxan həkim evdə öldü
Gürcüstanda koronavirusa yoluxanların sayı 1 600-ü ötdü
"Xüsusi karantin rejimi hələ bir müddət də davam etməlidir" - Deputat
“Belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz“ - İlham Əliyev
“Belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz“ - İlham Əliyev
“Məktəblər və universitetlər açılmayacaq” - İlham Əliyev
Azərbaycanda koronavirusa yoluxan qadının əri həkimlərə hücum etdi — YABA İLƏ
Gürcüstanda koronavirusa yoluxanların sayı 1447 nəfərə çatıb
“Hərarətim 38,7 dərəcəyə yüksələndə təlaşlanmağa başladım”
Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradıldı
Koronavirus Qafqazda: Hansı ölkə daha çox “dirənir? - ARAŞDIRMA
Doğum xərclərini ödəyə bilmədilər - Körpələrini xəstəxanaya satdılar
TƏBİB “Semaşko”yla bağlı açıqlama yaydı
Azər Maqsudov: “Bakıda iki nəfəri ilan sancıb”
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi - STATİSTİKA
Paşinyan əzilir: Ermənistan hakimiyyətinə yeni təhdid - ŞƏRH