İcra başçısının “yaylaq biznesi” haqda maraqlı məlumatlar
29-06-2020, 15:30
603

İcra başçısının “yaylaq biznesi” haqda maraqlı məlumatlar

Ölkə başçısı və Baş prokurora məktub ünvanlayan Kəlbəcər rayon Kilsə kənd sakini, məcburi köçkün Atayev Zabil Mansur oğlu Daşkəsən rayon İcra Hakimiyyətindən şikayətçidir. 
“AzPolitika.info” bildirir ki, Z.Atayev Daşkəsənin icra başçısının müavini Namiq Süleymanovun qanunsuz hərəkətlərilə üzləşdiyini yazır.
Şikayətçi bildirir ki, rayonun icra başçısı Əhəd Abıyevin göstərişini yerinə yetirən N.Süleymanov yaylağa köç edərkən onun qarşısını kəsib: “Daşkəsənin icra başçısının müavini Namiq Süleymanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özbaşınalıqla məşğul olur. O, bu hərəkətləri icra başçısı Əhəd Abıyevin göstərişi ilə edir.
27.05.2020-ci il tarixdə yay mövsümünün gəlişi iləəlaqədar olaraq öz köçümü yaylağa apararkən Namiq Süleymanov rayonun giriş postunda bizi qanunsuz olaraq saxlatdırdı. Mən Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən 04.05.2020-ci il tarixdə yaylaq ərazisində torpağın icarəyə verilməsi ilə bağlı müqaviləni ona təqdim etdim. Buna baxmayaraq, Namiq Süleymanov mənə dedi ki, sözügedən yaylaq icra başçısı tərəfindən Qaraşov Nofəl Bahadur oğluna məlum qiymətə satılıb. Bu, yuxarının göstərişidir və bizi buraxa bilməz.”
Z.Atayev yazır ki, başçı müavininin özbaşınalığı nəticəsində həmin vaxt köçdə olan nəvəsi ağır yol qəzasına düşüb: “İcra başçısının müavini bizi saatlarla gözlətdi. Köç avtomobilində 7-si azyaşlı uşaq olmaqla 14 nəfər səhər saat 6:00-dan saat 16:00-ya kimi ac-yalavac qızmar günəşin altında saxladıldı. Hələ bu azmış kimi, həmin vaxt azyaşlı nəvəm Atayev Yusif Nurlan oğlunu avtomobil vuraraq, ona ağır bədən xəsarəti yetirdi. Hazırda baş verən yol qəzası ilə bağlı Daşkəsən Rayon Polis Şöbəsində cinayət işi qaldırılaraq istintaq aparılır. Lakin əslində, həmin yol-nəqliyyat hadisəsinin bir başa baiskarı icra başçısının “yaylaq biznesi”nə baxan müavini Namiq Sülüeymanovdur.
Hansı qanunda yazılıb ki, icra başçısı müavininin köç maşınlarını saatlarla saxladıb, insanlara işgəncə vermək hüququ var? Bu, Daşkəsəndə baş verən ilk belə hal deyil. Bu rayonda özündənrazı, korrupsiyaya qurşanmış icra başçısı Əhəd Abıyevin “mükəmməl idarəetməsi” sayəsində məmur özbaşınalığı ən pik həddə çatıb.”
Sonda ölkə Prezidentinə və Baş prokurora üz tutan şikayətçi ümumilikdə Daşkəsəndəki idarəçiliyin araşdırılmasına ehtiyac olduğunu bildirir: “Cənab Prezident, digər rayonlarda olduğu kimi, Daşkəsən İcra Hakimiyyətinə də “dur” deməyin vaxtı deyilmi? Mən mətubat vasitəsilə Baş Prokuror Kamran Əliyevdən xahiş edirəm, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanovun qanunsuz hərəkətlərinin araşdırılmasına göstəriş verəsiniz. Həmin gün baş vermiş yol-nəqliyyat hadisəsinin bir başa günahkarı bizi saatlarla orada saxlatdıran Namiq Süleymanovdur.”

Oxşar xəbərlər

Başçı ilə müavini Daşkəsəndə yolkəsənlik edir...
Abiyevin yaylaqlarda qurduğu postlar,  yaxud Fatı dur, Fatı otur”
Abıyev 190 minlik" Lexus LX 570"-dən imtina edib “NAZ Lifan” aldı
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı — ŞOK SİYAHI
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
35854 başlıq qoyun ferması və 300 minlik Range Roveri olan icra başçısı da həbs oluna bilər
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Qəbələ icra hakimiyyəti aksiya məsələsinə aydınlıq gətirdi - VİDEO
Xalq Əhəd  Əbiyevi  belə  TƏRƏNNÜM  edir- “Gözün aydın, Daşkəsən, Saa gəldi Başkəsən”.
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Boksçu imicini əməkçi obrazına dəyişən Abıyev-FOTO
Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
Əhəd Abıyev koronavirusa yoluxub? — AÇIQLAMA
İcra başçısı məhkəməyə verildi
Yasamalın icra başçısı obyektlərdən pul yığdırır? - Sahibkar pul vermədiyinə görə obyekti dağıdılıb...
Neftçalanın gənc başçısı sakinlərlə yola getmir
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - Video
Gənc icra başçısı baş redaktoru cərimələtdi
İcra başçısı özünə birinci müavin təyin etdi
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
“İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”
İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video
Kürdəmirin İcra Hakimiyyətindəki əməliyyatın görüntüləri - Video