Səlim Müslümovun dayısı ittiham olunur... - Keçmiş başçının başı ağrıya bilər...
12-06-2020, 19:00
224

Səlim Müslümovun dayısı ittiham olunur... - Keçmiş başçının başı ağrıya bilər...

Xatırladaq ki, Ağsu rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ənvər Seyidəliyevin qanunsuz əməlləri barədə ölkə mətbuatında konkret faktlarla dolu çoxlu silsilə yazılar dərc olunubdur. Bundan başqa, rayon sakinləri və sahibkarlar da icra başçısının qanunsuz hərəkətləri ilə bağlı ölkə başçısı İlham Əliyevə çoxsaylı şikayətlər göndərdiyindən ötən ilin sentyabrında dövlət başçısı onu vəzifəsindən azad etdi.
Aktualxeber.az saytında da biz onun barəsində bir neçə dəfə tənqidi məqalələr dərc etmişdik. Həmin yazılarda Ənvər Seyidəliyev haqda ölkə başçısına və digər qurumlara şikayət məktubu göndərən bir xanımın problemini də qaldırmışdıq. Belə ki, Salyan rayonu, Salyan şəhəri Ə. Quliyev küçəsi ev 1 mənzil 61-də qeydiyyatda olan Mahmudova Fatimə Seyidağa qızının həmin şikayətdə iddia etdiyinə görə jurnalist kimi 2013-cü ildə Ağsu rayonuna xidməti işlərlə əlaqədar ezam olunubmuş. Həmin vaxtdan başlayaraq RİH başçısı Ənvər Seyidəliyevlə yaxşı münasibətləri yaranıb. İcra başçısı onu bir neçə dəfə rayonda olan tədbirlərə və açılışlara dəvət edibmiş. Bir neçə aydan sonra isə Ənvər Seyidəliyev Bakıya gələrək 9-cu mikrorayon ərazisində yerləşən restoranlardan birində həmin xanıma sevğı etirafı belə edibmiş. Şikayətçi xanım dəfələrlə ona bir övladının olduğunu və həyat yoldaşı bunu bilərsə çox pis nəticələnəcəyini desə də, Ə. Seyidəliyev ondan əl çəkməyib. Dəfələrlə onun yaşadığı ünvana hədiyyələr göndər Ə. Seyidəliyevin bu hərəkətlərindən sonra ailəsi dağılan xanım, subay olduğuna və uşağını təkbaşına saxlaya bilməyəcəyini göüb onun təklifi ilə razılaşıb. Onlar kəbinlə evləniblər və Ə. Seyidəliyev hər həftə rayondan Bakıya gələndə öz ailəsi kimi gəlib F. Mahmudovanın yanında qalmağa başlayıb. Xanımın etibarını qazanan icra başçısı onun 2015-ci ildə “Şərur” MTK-ya məxsus binada olan, atasının aldığı 3 otaqlı mənzili 78 min manata satdırıb. Mənzilin pulunu xaricdən zəng edərək hər ikisinin ortaq tanışları olan Nadir adlı şəxsə verməyini bildirib. Xanımı əmin edib ki, narahat olma, qayıdandan sonra üstünü düzəldib daha komfortlu başqa bir mənzil alacaq. Bu hadisədən bir müddət sonra Ə. Seyidəliyev 6 min manat pulu Rüstəm adlı şəxslə F. Mahmudovaya göndərib. Yerdə qalan 72 min manatı hələ də verməyən Ə. Seyidəliyev şikayətçi xanımın uşağıyla 2016-cı ildən bəri kirayələrdə və çox acınacağlı vəziyyətdə yaşamasana bais olubdur. Valideynlərinin hər ikisinin də Qarabağ döyüşlərinin iştirakçısı və veteranları olduğunu qeyd edən F. Mahmudova dövlət başçısından və əlaqədar qurumlardan günahkarın cəzalandırılmasını və ona dəyən maddi ziyanın ödənilməsi üçün öz köməkliklərini göstərmələrini xahiş edirdi.
Bu gün həmin xanım yenidən ərizə ilə redaksiyamıza müraciət edərək bildirir ki, bizim məqaləmizdən sonra Ənvər Seyidəliyev özünə yaxın adamlar vasitəsilə ona bir dəfə 600 manat və sonra da 1500 manat pul göndərərək şikayətçi olmamasını, hər ay borcundan 5.000 manat verəcəyini vəd etmişdir. Lakin həmin vaxtdan 9 ay keçməsinə baxmayaraq bu günə kimi ona əlavə pul ödəməyən keçmiş icra başçısı vədinə əməl etmək belə istəmir. Ailə durumu ağır olan şikayətçi xanım əlaqədar orqanlardan ona köməklik etmələrini istəyir.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Oxşar xəbərlər

Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
35854 başlıq qoyun ferması və 300 minlik Range Roveri olan icra başçısı da həbs oluna bilər
Nizaminin başçısı Arif Qasımovun vəzifəsindən azad olunacağı və həbs ediləcəyi iddia olunur
Sabunçunun icra başçısı operativ qərargahın qoyduğu qaydaları pozur - Video
İcra başçısı məhkəməyə verildi
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
İcra başçısı haqda ŞOK İDDİA: dağı satın aldı - FOTO
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
Gədəbəyin icra başçısı İTTİHAM OLUNUR... - VİDEO-müraciət
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
600 minlik tenderdən imtina edib 1.8 milyonluğunu qazandı
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
Arif Qasımovun qovulmasının sirri açılır: "Qara Kassa" Ramin Əhmədov kimdir? - Fotolar
Saatlıya təyin olunan icra başçısı kimdir?
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin görünməyən izləri
Nabranda sahibkarlar imdad diləyir- obyektlər buldozerlə uçurulur
Nizami rayon İcra başçısı Arif Qasımov vəzifədən gedir?
Qəzənfər Ağayev hökumətdən küsüb? – İddia
Yeni icra başçısı İTV-nin əməkdaşı olub
Salyanda pambıq zavodunun həyətində Rəsulzadənin heykəlinin qapalı qalmasına Ramiz Mehdiyev səbəb olub- İttiham...
Dövlət başçısının tələblərinə bu rayonda əhəmiyyət verilmir- İbrahim Mustafayev nə iş görür bilən yoxdur