İcra başçısı karantin qaydalarını belə pozdu - FOTO
13-06-2020, 00:28
506

İcra başçısı karantin qaydalarını belə pozdu - FOTO

Prezident İlham Əliyev bir neçə gün əvvəl modul tipli xəstəxanaların açılışında koronavirus pandemiyası dövründə tibbi maskadan istifadənin zərurətindən danışaraq qapalı məkanlarda bu qaydaya riayət edilməsinin mütləq olduğunu bildirdi. Eyni zamanda tibbi maskadan istifadə etməklə bu məsələdə istisna olmadığını nümayiş etdirdi. Bundan sonra vətəndaşlar arasında tibbi maskadan istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artdı. Hər kəs başa düşdü ki, qayda yalnız onlar üçün deyil. Lakin buna baxmayaraq, bəzi məmurlar bu qaydaya riayət etmir.
Bu sırada Neftçala rayon İcra hakimiyyətinin başçısı Mirhəsən Seyidov və “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidovu göstərmək olar.
KONKRET.az Neftçala Rayon İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, iyunun 11-də rayonunun su təchizatının yaxşılaşdırılması ilə bağlı hazırlanan yeni layihənin təqdimatı keçirilib. Mərasim icra hakimiyyətinin binasında baş tutub. Tədbirdən yayılan fotolardan görünür ki, Seymur Seyidov və Mirhəsən Seyidov qapalı məkanda olsalar da, digər iştirakçılardan fərqli olaraq tibbi maskadan istifadə etməyiblər.
İddia olunar ki, onlar söhbət etdikləri üçün tibbi maska taxmayıblar. Amma hər halda Seymur Seyidovla Mirhəsən Seyidov eyni vaxtda danışmayıblar. Biri danışanda digəri dinləyib. Bundan başqa, masanın üstündə tibbi maskanın olmadığı diqqət çəkir. Yəni, əgər adıçəkilən şəxslər söhbət zamanı tibbi maskanı çıxarıblarsa, yəqin ki, onun masanın üzərinə qoyardılar.
Başqa bir məqam isə tədbirdə iştirak edənlərin sayı ilə bağlıdır. Koronavirus pandemiyası dövründə bu tip tədbirlərdə 10 nəfərdən artıq insan iştirak etməməlidir. Amma bu tədbirə 14 nəfər qatılıb.


Oxşar xəbərlər

Neftçalanın gənc başçısı sakinlərlə yola getmir
Gənc icra başçısı baş redaktoru cərimələtdi
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Prezidentdən sahibkarlara mane olan məmurlara XƏBƏRDARLIQ
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq - BNA
Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
Qəzənfər Ağayev hökumətdən küsüb? – İddia
“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız" - İlham Əliyev
İcra başçısı məhkəməyə verildi
Prezident iki rayona icra başçısı təyin etdi - Sərəncam
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Saatlıya təyin olunan icra başçısı kimdir?
Seymur Orucovun ingiliscə çıxışı İTV-də ələ salındı
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
Ağdam Rayon Təhsil Şöbəsinin Müdirəsi Karantin Rejmin Pozdu Nişan Və Toy Mərasimi Keçirib – FOTO
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Azərbaycanda daha bir vəzifəli şəxs qızına nişan mərasimi keçirdi - VİDEO
Eldar Əzizov koronavirusa görə Bakı meriyasına təcili yardım çağırdı - Foto
İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM