Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
17-06-2020, 22:30
501

Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzvü, keçmiş icra başçısı Musa Musayev 2005-ci ildə keçirilən parlament seçkilərindəki məğlubiyyətinin səbəblərinin açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Musa Musayev 8 saylı Binəqədi seçki dairəsindən YAP-ın namizədi olmasına və exit-poll-a qalib elan edilməsinə baxmayaraq, qutudan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev çıxıb. YAP-ın qurucu üzvü bildirib ki, hələ namizədliyini irəli sürəndə Binəqidinin o vaxtkı icra başçısı Alı Qocayevlə görüşüb. İcra başçısı Musa Musayevə bildirib ki, Ramiz Mehdiyev onun deputat seçilməsinin əleyhinədir. Eyni sözləri keçmiş spiker Oqtay Əsədov da bildirib.

Musa Musayevin sözlərinə görə, Naftalanın icra başçısı təyin ediləndə Ramiz Mehdiyevlə görüşərkən bu məsələ barədə danışıb. O, isə deyilənləri təkzib edib.

O zaman ictimai-siyasi mühitdə də gedən müzakirələrdə də Musa Musayevin deputat seçilməməsi Ramiz Mehdiyev faktou ilə əlaqələndirilirdi. Bu iddia “Azərbaycan”qəzetində həmin vaxt Bakının icra başçısı olan Hacıbala Abutalıbovun tənqid olunması, Musa Musayevin isə Milli Məclisdə onu müdafiə etməsindən doğurdu. Hacıbala Abutalıbovla Ramiz Mehdiyevin münasibətlərinin ürəkaçan olmadığı barədə həmin dövrdə çox yazılıb. Rəsmi nəşr olan “Azərbaycan” qəzetində Bakı merinin sərt tənqidi də Ramiz Mehdiyevin aktivinə yazılmışdı.

Həmin ərəfədə “Yeni Azərbaycan” qəzetində Hacıbala Abutalıbovun müdafisəinə həs olunmuş məqalə dərc olundu. Həmin vaxt YAP-ın rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Musa Musayevin əmisi oğlu Alqış Musayev idi.

Məhz bu qalmaqaldan sonra hakim partiyanın qurulmasında iştirak edən, mərhum Heydər Əliyevin ən çətin günlərində onun yanında olan Musa Musayevin Milli Məclisdən kənarda qalması hansısa güclü əlin işi olmalı idi. Ki, bu əlin Ramiz Mehdiyev olduğu bildirilirdi.

Hacıbala Abıtalıbovla bağlı qalmaqal təkcə Musa Musayevin deyil, Alqış Musayevin də “qara siyahı”ya düşməsinə səbəb oldu. O, 2008-ci ilə qədər postunu qoruya bilsə də, nəhayət, “Yeni Azərbaycan” qəzetinin rəhbərliyindən getməyə məcbur oldu. Hər iki şəxs YAP-da da xeyli dərəcədə sıxışdırılıdı.

Oxşar xəbərlər

Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb - FOTO
“Ramiz Mehdiyev partiyaya necə gəldi heç bilmədik” – Maksim Musayev sirləri açır...
Ramiz Mehdiyev təkzib etdi
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Əli İnsanov Ramiz Mehdiyevlə əlaqəsindən danışdı - "...birgə siyasi fəaliyyətimiz ola bilməz"
Musa Qasımlı Sabir Rüstəmxanlıya “miskin” dedi
“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?
“Bəlkə də Əli İnsanovla Ramiz Mehdiyev artıq bir yerdədir”
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı
"Aydan-arı, sudan-durusansa, yayımla toyun geniş videosunu..." - Mehdiyevin kürəkəninə sərt irad
Salyanda pambıq zavodunun həyətində Rəsulzadənin heykəlinin qapalı qalmasına Ramiz Mehdiyev səbəb olub- İttiham...
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
"Ramiz, insanları hədələmək əvəzinə?  bu xalqdan üzr istə, bəlkə səni bağışlayalar…” “Bax, gör, bu rayondakı  yeganə uşaq bağçasını nə təhər viranə qoymusan- İZİ-TOZU DA QALMAYIB?..”
“Ramiz Mehdiyev dövlətə meydan oxuyursa ...” - Abid Şərifov
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video
Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi
Ehsan Zahidovdan Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı açıqlama
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
İcra başçısı məhkəməyə verildi
Deputat icra başçılarını tənqid etdi
“Necə getməyim toya, axı mən kişiyəm” – Siyavuş Novruzov
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Razim  Məmmədovun  MARİANNA-sı…-RAMİZ MEHDİYEVİN ''KRIŞALIQ'' ETDİYİ KEÇMİŞ İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR.....
Bu da Təranə və Musanın Ermitaja oxşayan villası
"Əli İnsanov dedi ki, bu işlərin başında Ramiz Mehdiyev dayanır" - 15 ilin sirri
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
Yasamalın icra başçısı obyektlərdən pul yığdırır? - Sahibkar pul vermədiyinə görə obyekti dağıdılıb...