Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
17-07-2020, 18:10
423

Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi istiqamətində konkret addımlar atılır.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə iyulun 16-da Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, eləcə də nazirliyin idarə rəisləri general-mayor Rasim Əliyev, general-mayor Rasim Babayev və digər zabitlər Qəbələ rayonunda şəhid general-mayor Polad Həşimovun və Bakı şəhərində şəhid polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər.
Hər iki ailənin qayğıları ilə maraqlanan Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri bir daha Ali Baş Komandanın və Müdafiə nazirinin  başsağlıqlarını şəhid ailələrinə çatdıraraq, Prezident İlham Əliyev tərəfindən onlar üçün ayrılan mənzillərin sertifikatlarını ailələrə təqdim ediblər.
Söhbət zamanı şəhid general-mayor P. Həşimovun və polkovnik İ. Mirzəyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində də addımlar atılacaqdır.

Oxşar xəbərlər

Prezident şəhid generalın və polkovnikin ailələrinə başsağlığı verib
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Zakir Həsənov Çinə gedəcək
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
Hulusi Akar Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
General-mayor vəzifədən azad olunub.
İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi
Kərəm Mustafayev general-polkovnik oldu — SƏRƏNCAM
Tovuz döyüşlərində şəhid olan hərbçimizin evi təmir edildi - FOTO
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
"Tankçılarımız artıq öz məharətlərini göstərib" - Zakir Həsənov
Nazir cəbhəboyu zonada: tapşırıqlar verdi
“Şəhid ailələrinin heç bir şeyə ehtiyacı yoxdur”
MN Tibb Baş İdarəsinin rəisi  Rəşad Behbudovdur yoxsa Elxan İbrahimov?
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
Generallar ön cəbhədə əsgərlərlə görüşüblər - Foto
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
Zakir Həsənov generalı vəzifəsindən azad etdi
Hulusi Akar Liviyaya səfər edib
Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər
Vilayət Eyvazov Yaşar Əliyevin oğluna yeni vəzifə verdi
Suriyada türk əsgəri şəhid oldu
"Otur aşağı...səndən general olmaz"  cənab Xəqani Cəbrayılov-Xəqani Cəbrayılov yoxsa Cəbrayıl Xəqaniyev?-VİDEO
“Düşmən təxribatına baxmayaraq işimə davam edəcəm” - Şəhid ekskavato­rçumuz
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Seyfulla Əzimov general-leytenant oldu - SƏRƏNCAM
 Zakir Həsənov NATO admiralı ilə görüşdü
Novruz Aslanov şəhidimizin məzarını ziyarət etdi - FOTO