Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"
20-09-2019, 13:30
244

Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"

"Əsrin müqaviləsi"nin imzalanması Ulu öndər Heydər Əliyevin müstəsna xidməti idi və müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu. Biz bu müqaviləni haqlı olaraq müstəqilliyimizin qarantı olan tarixi layihə adlandırırıq. O zamankı şərtlər və ölkəmizdə, o cümlədən dünyada baş verən prosesləri nəzərə alsaq, Ulu Öndərin nə qədər böyük və tarixi əhəmiyyətli bir nailiyyətə imza atdığını daha yaxşı dərk edərik.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Sahibə Qafarova deyib. Deputat bildirib ki, "Əsrin müqaviləsi" ilə qoyulan təməl Azərbaycanın firavan gələcəyini təmin etdi: "Məhz yeni neft strategiyasının uğurla reallaşdırılması və bunun ardınca atılan digər addımlar nəticəsində Azərbaycanda siyasi-ictimai sabitlik təmin olundu, əldə olunan gəlirlər genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsinə imkan verdi. Eyni zamanda, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ölkəmizin uğurlu inteqrasiyası məsələləri də qısa zamanda həllini tapdı".
S.Qafarovanın sözlərinə görə, "Əsrin müqaviləsi"nin iqtisadi əhəmiyyəti ilə yanaşı, onun ölkəmizə qazandırdığı siyasi üstünlüklər də olduqca qiymətlidir. Bu müqavilə ondan sonrakı mərhələdə Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri regional və qitə miqyasında əməkdaşlığın dərinləşməsinə mühüm töfhələr verdi: ""Əsrin müqaviləsi" və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Sosial sahədə həyata keçirilən tədbirlər, ölkəmizdə pensiya və müavinətlərin, əməkhaqların, təqaüdlərin artırılması, təhsil və səhiyyə ocaqlarının tikilməsi, yol nəqliyyat infrastrukturunun genişlənməsi və bu qəbildən olan çoxşaxəli tədbirlər sosial sahədə əsaslı canlanma yaratdı".
Millət vəkili, həmçinin qeyd edib ki, "Əsrin müqaviləsi" ilə əsası qoyulan yeni enerji strategiyasının reallaşdırılması sayəsində şaxələndirilmiş nəql marşrutlarına nail olması da strateji önəm daşıyır: "1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2002-ci ildə "Əsrin müqaviləsi"ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə adlandırdığı əsas neft kəməri - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. 2005-ci il mayın 25-də Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasiminin keçirilməsi ilə Azərbaycan əfsanəni gerçəkliyə çevirərək qısa müstəqillik tarixində daha bir möhtəşəm uğura imza atdı. Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir".
S.Qafarova Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşan "Cənub Qaz Dəhlizi"nin də ölkəmizin inkişaf tarixində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək: "Bu isə bu gün 25 illiyini qeyd etdiyimiz "Əsrin müqaviləsi" ilə əsası qoyulan Azərbaycanın uğurlu enerji siyasətinin Ulu öndər Heydər Əliyevin həm bugünkü, həm də sabahkı nəsillər qarşısında tarixi xidməti olduğunu təsdiq edir. Ümummilli lider Heydər Əliyevin neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycanın dinamik inkişafı uğurla davam edir, ölkəmizin beynəlxalq mövqeləri güclənir. Bu gün Azərbaycan gələcəyə doğru inamla və qətiyyətlə adıımlayan qüdrətli dövlətdir".
Qeyd edək ki, 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsinə dair "Əsrin müqaviləsi" imzalanıb.

Oxşar xəbərlər

Əli Əhmədov: "Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub"
“AXC-Müsavatın yaratdığı anarxiya Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı”
"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür
Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı durumu açıqladı
Milli mətbuatın yaranmasından 145 il ötür
Xoşbəxt Yusifzadə: "Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatı var"
Mixail Qusman: “Bu, Heydər Əliyevin tarixi addımı idi” – MÜSAHİBƏ
Prezident açıqladı: Bundan sonra neft gəlirləri...
Bitərəf millət vəkillərinin iştirakı ilə onlayn iclası keçirilib
Əli Əhmədov: "YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib"
Tanınmış diplomat Daşqın Şikarov Mehriban Əliyevanı təbrik etdi
Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
Universitetdə toplantı
“Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”
Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
ARDNF-a indiyədək 155 mlrd. dollara yaxın vəsait daxil olub
“Bu gün bütün sahələrdə islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir”
Əli Həsənov: "Ən şərəfli peşə sahibi-müəllim!"
Sahibə Qafarovadan Milli Məclisin otaqları ilə bağlı SƏRƏNCAM
Deputat: "Əli Əsədovun yeni Baş Nazir vəzifəsinə təyin edilməsi yerində verilən qərardır"
Hikmət Babaoğlu: "Azərbaycan mediası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəkləyir"
İlham Əliyev Neftçilər Günü ilə bağlı mərasimdə
"Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir"
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
"AXC çox böyük dövlət olub" - deputat
Elmar Məmmədyarov çağırış etdi
Gömrük əməkdaşları üçün seminar keçirilir
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb