Co Bayden Lukaşenkonu zorakılıqdan vaz keçməyə çağırdı - “Seçkilər saxtalaşıdırılıb”
13-08-2020, 11:04
143

Co Bayden Lukaşenkonu zorakılıqdan vaz keçməyə çağırdı - “Seçkilər saxtalaşıdırılıb”

ABŞ prezidentliyinə namizəd Cozef Bayden Belarusda baş verən hadisələrə münasibət bildirib.
C. Bayden etiraz aksiyaları keçirən Belarus xalqına dəstək verib və seçkilərdə saxtakarlığa yol verildiyini vurğulayıb:“Prezident Aleksandr Lukaşenkonun 26 illik avtoritar rejimi dövründə sistemli repressiyalardan sonra Belarus xalqı tələb edir ki, onun səsi eşidilsin”.
Demokratların namizədi Lukaşenko rejiminin interneti söndürdüyünü, etirazçıları və müstəqil jurnalistləri həbs etdiyini, xarici müşahidəçilərin ağzını yummağa cəhd göstərdiyini söyləyib. Onun sözlərinə görə, bu, heç də öz qələbəsinə arxayın olan liderin davranışları deyil: “Bu hadisələri sənədləşdirmiş mərd vətəndaşların – jurnalistlərin, aktivistlərin və adi insanların sayəsində biz rejim tərəfindən demokratiyaya hücumlar haqda məlumatlıyıq. Mən bütün siyasi məhbusların azadlığa buraxılmasına barədə çağırışları dəstəkləyirəm. Mən Lukaşenkonu etiraz aksiyaları iştirakçılarının hüquqlarına hörmət göstərməyə və zorakılıqdan vaz keçməyə çağırıram”.
Bayden sonda vəd edib ki, hakimiyyətə gələrsə, onun administrasiyası demokratik prinsiplər və insan haqlarının müdafiəsindən heç vaxt yayınmayacaq, vahid cəbhə halında çıxış etmək üçün öz demokratik müttəfiqləri və tərəfdaşları ilə birlikdə hərəkət edəcək.
Avropa Birliyinin icra orqanı – Avropa Komissiyası da Belarus seçkilərinin xalqın iradəsini əks etdirməsinə şübhə edir. Bunu AB-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib. O qeyd edib ki, yerli müstəqil müşahidəçilərin məlumatları rəsmi nəticələrdən şübhə duymağa əsas verir. P. Stano vəziyyətin təhlilindən sonra yeni sanksiyaların tətbiqini istisna etməyib. Bu məsələ AB ölkələri xarici işlər nazirlərinin 27-28 avqust tarixlərində Berlində keçiriləcək görüşündə müzakirə olunacaq. (AzPolitika.info)

Oxşar xəbərlər

Co Bayden 70 milyon ABŞ dolları ianə toplayıb
Bayden ABŞ prezidentliyinə namizəd olmağa razılıq verib
Avropa parlamentinin prezidenti Lukaşenkonu zorakılıqdan çəkinməyə çağırıb
Baydendən Tramp haqda şok sözlər: Məni və ailəmi…
Lukaşenko: “Təkrar seçkilər keçirilməyəcək”
Bayden rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiqləndi
Lukaşenko ilə Putin arasındakı telefon danışığının təfərrüatı məlum olub - Yenilənib
Lukaşenkonu zavodda “Çıx get!” şüarları ilə qarşıladılar - Video
“Putin qorxur ki, Lukaşenkonun devrilməsi...”
Lukaşenkonun rəqibi vətəndaşlara müraciət etdi
Fransa prezidenti Lukaşenko əlehinə aksiyaları dəstəklədi
“İlon Mask, Lukaşenkonu Marsa apar!” - Belarus xalqının qeyri-adi istefa şüarı...
Belarusda hökumət istefa verdi
Lukaşenko Belarusdakı vəziyyəti Putinlə müzakirə etmək niyyətindədir
Lukaşenko Qərbi Belarusdakı aksiyaları maliyyələşdirməkdə ittiham edib
Minskdə 100 minlərlə insan etiraza qalxdı- Lukaşenko Putinə zəng vurdu + Video
Putin şoka düşüb: Bu günün Belarusu sentyabrın Rusiyasıdır
Lukaşenko hakimiyyəti hansı şərtlə təhvil verəcəyini açıqladı
Belarusda minqilərdə nə qədər insan iştirak erdib? - Memar dəqiq rəqəmlər açıqladı
Belarus MSK seçkilərin yekun nəticələrini açıqlayıb
Lukaşenko: “Mən sağam və xaricə getməmişəm”
Ankaranın Bayden narahatlığı:Demokrat namizəd türk siyasətçilərində qəzəb doğurub
Lukaşenko təcili Təhlükəsizlik Şurasının iclasını çağırdı
Tixanovskaya Avropanı seçkilərin nəticələrini tanımamağa
"Belarusda Rusiya qüvvələrinə ehtiyac yoxdur" - Putin
Lukaşenko Polşanın Belarusun Qrodno vilayətini ilhaq etmək istədiyini bəyan edib
Avropa İttifaqı “qara siyahı” hazırlayır - Belarusa sanksiyalar tətbiq olunacaq
Rusiyadan peyvənd alan ilk bu ölkə olacaq
Lukaşenkoya ultimatum - “Ya yeni seçkilər, ya da sanksiya!"
Donald Trampın prezidentliyə namizədliyi təsdiqləndi