Avropa parlamentinin prezidenti Lukaşenkonu zorakılıqdan çəkinməyə çağırıb
13-08-2020, 18:12
245

Avropa parlamentinin prezidenti Lukaşenkonu zorakılıqdan çəkinməyə çağırıb

Avropa parlamentinin prezidenti David Sassoli Belarus Prezidenti Aleksandr Lukaşenkonu zorakılıqdan çəkinməyə çağırıb.
APA-nın xəbərinə görə, bu barədə D. Sassoli “Twitter”də bildirib.
“Mən prezident Lukaşenkoya müraciət edərək onu zorakılığı dayandırmağa və saxlananları dərhal azad etməyə çağırıram. Belarus xalqının etiraz etmək hüququ var. Dövlət orqanları tərəfindən qəddar güc tətbiq edilməsinin beynəlxalq hüquqa görə nəticələri də olmalıdır”, - deyə, D. Sassoli qeyd edib.
Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb. Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar artıq 4 gündür davam edir. 7000-dək etirazçının saxlanıldığı, 2 nəfərin toqquşmalarda həlak olduğu, yüzlərlə insanın yaralandığı bildirilir.
Seçkidə A. Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskya təhlükəsizliyi ilə əlaqədar Belarusu tərk edib, o, hazırda Litvadadır.

Oxşar xəbərlər

Lukaşenkonu zavodda “Çıx get!” şüarları ilə qarşıladılar - Video
Belarus MSK seçkilərin yekun nəticələrini açıqlayıb
Lukaşenkonun rəqibi vətəndaşlara müraciət etdi
Co Bayden Lukaşenkonu zorakılıqdan vaz keçməyə çağırdı - “Seçkilər saxtalaşıdırılıb”
Fransa prezidenti Lukaşenko əlehinə aksiyaları dəstəklədi
Lukaşenko hakimiyyəti hansı şərtlə təhvil verəcəyini açıqladı
Belarusda aksiyalarda saxlanılan şəxsləri sərbəst buraxıblar
Putin Lukaşenko ilə görüşməyə tələsmir
Merkel Belarusda vətəndaşlara qarşı olan zorakılığı pisləyib
Avropa İttifaqı “qara siyahı” hazırlayır - Belarusa sanksiyalar tətbiq olunacaq
Lukaşenko Qərbi Belarusdakı aksiyaları maliyyələşdirməkdə ittiham edib
Belarusda hökumət istefa verdi
Minskdə 100 minlərlə insan etiraza qalxdı- Lukaşenko Putinə zəng vurdu + Video
Lukaşenko: “Mən sağam və xaricə getməmişəm”
Belarusdakı kütləvi iğtişaşların koordinatorları saxlanıldı
Tixanovskaya Avropanı seçkilərin nəticələrini tanımamağa
“İlon Mask, Lukaşenkonu Marsa apar!” - Belarus xalqının qeyri-adi istefa şüarı...
Rusiyadan peyvənd alan ilk bu ölkə olacaq
Lukaşenkoya ultimatum - “Ya yeni seçkilər, ya da sanksiya!"
“"Belarusa rəhbərlik etməyə hazıram” - Tixanovskaya əhaliyə müraciət etdi
Belarusda minqilərdə nə qədər insan iştirak erdib? - Memar dəqiq rəqəmlər açıqladı
Lukaşenko: “Təkrar seçkilər keçirilməyəcək”
Belarusun “Janna Darkı”: "Milli lider olmağa hazıram” – Videomüraciət
Lukaşenko ilə Putin arasındakı telefon danışığının təfərrüatı məlum olub - Yenilənib
“Sietl daxili terrorçular tərəfindən ələ keçirilib”
“Putin qorxur ki, Lukaşenkonun devrilməsi...”
Belarus üçün “Ermənistan modeli”: Keçmiş xarici işlər naziri Avropa İttifaqı rəsmilərinə xəbərdarlıqlar edir
Avropa İttifaqı liderləri Belarusla bağlı konfrans keçirəcəklər
Lukaşenko bu səbəbə görə müəllimləri işdən çıxarır
Lukaşenko ABŞ və Avropanı ittiham edib