Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
14-08-2020, 13:28
139

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb.
Bəyanatda deyilir:
"Ermənistan KİV-lərində bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin qondarma “strukturlarının” Xankəndindən Şuşaya köçürüləcəyi haqqında məlumat yayılıb.
Şuşa Azərbaycan üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik bir şəhərdir və onun əsasının qoyulmasının 270 illiyi ərəfəsində işğalçı Ermənistanın növbəti təxribat cəhdini pisləyirik.
Biz belə təxribatların dəfələrlə şahidi olmuşuq. Bir müddət öncə Şuşanın Yuxarı Gövhər Ağa Məscidinin arxitekturasının təhrif edilərək “İran məscidi”, rus kilsəsinin təhrif olunaraq “erməni kilsəsi” kimi qələmə verilməsi də bu qəbildən olan təxribatlardan idi.
Bundan başqa, Ermənistan rəhbərliyi bir neçə ay əvvəl Şuşada qondarma “inaqurasiya” şousu təşkil etmişdi.
Mütəmadi xarakter almış belə addımlar münaqişənin tənzimlənməsinə mane olmaqdan başqa heç nəyə xidmət etmir və beynəlxalq ictimaiyyət tərəfindən kəskin surətdə qınanmalıdır.
Ermənistanın bu kimi təxribatçı və azğın əməlləri heç vaxt bizim öz ata-baba yurdlarımıza qayıtmaq əzmimizi qıra bilməyəcək.
Dağlıq Qarabağın etnik təmizləməyə məruz qalmış azərbaycanlı icması torpaqlarımıza qayıdaraq Azərbaycan Respublikasının suverenliyinin təcəssümü olan qurumları təşkil edəcək".

Oxşar xəbərlər

“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
XİN: Ermənistanın təhrikedici cəhdləri ilə bağlı həmsədrlər məlumatlandırılıb
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
İcma Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yaydı
Şuşasız 28 il: Xəyanət, qeyri-bərabər döyüş və hiylə
Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələyib
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
Akopyan “sülh nağılı”nı unutdu, “silaha sarılır”... - TƏHLİL
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
Fərhad Bədəlbəyli: "Məni telekanalların veriliş siyasəti çox narahat edir"
"Sorosçular" Qarabağda Rusiyaya qarşı - Klanda YENİ PARÇALANMA
Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə siyasətini bir daha sübut edir
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
Kəlbəcər və Laçın qaytarılır? – 4 il əvvəlki sazişin icrası niyə yarım qalıb?
Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ
“Başqa plan mövcud deyil!” - MÜSAHİBƏ
Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər
Azərbaycana qarşı növbəti erməni-yunan TƏXRİBATI: - “Kiprə təcili nota verilməlidir”
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Paşinyan BBC-də özünü biabır etdi
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov