Ombudsmanın nümayəndələri həbsdə olan AXCP üzvlərinə baş çəkib
14-08-2020, 14:28
157

Ombudsmanın nümayəndələri həbsdə olan AXCP üzvlərinə baş çəkib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və İxtisaslaşmış Müalicə Müəssisəsinə Milli Preventiv Qrupun üzvləri əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirib.
Ombudsman Aparatından Musavat.com-a verilən məlumata görə, başçəkmələr BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmaqla, saxlanılma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyətinin yerində araşdırılması məqsədini daşıyıb.
Bakı İstintaq Təcridxanasına başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxs, o cümlədən Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov, Telman Seyfullayev, Seymur Əhmədov, İsmayıl Həsənov, Fərid Abadov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev konfidensial qaydada qəbul olunub və onların müraciətləri dinlənilib.
İxtisaslaşmış Müalicə Müəssisəsinə başçəkmə çərçivəsində isə burada saxlanılan Mehdi İbrahimov, Nicad İbrahim, Nicat Əlizadə, Məhəmməd İmanlı və Vüqar Vəliyev də konfidensial qaydada qəbul olunub, müraciətləri dinlənilib.
Qəbullar zamanı adıçəkilən təqsirləndirilən şəxslər müəssisədə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyiblər. Barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hər birinə hüquqi məsləhətlər verilib.
Qəbul edilmiş şəxslərdən yalnız Mehdi İbrahimov barəsində aparılan istintaqın gedişindən narazılığını əsas göstərərək yemək qəbulundan imtina edəcəyini bildirib, eyni zamanda, səhhətindən şikayətlənib.
Qeyd olunmalıdır ki, tövsiyə əsasında müəssisədə tibbi xidmətin əlçatanlığı təmin edilməklə 24 saat ərzində həkim nəzarəti təşkil olunub, psixoloq konsultasiyaları da aparılır.
Görüş keçirilmiş şəxslərə hüquqları və müvafiq qanunvericiliyin tələbləri izah edilib.
Başçəkmələr zamanı saxlama şəraiti ilə bağlı bəzi əlavə məsələlər və onların təminatı adı çəkilən müəssisələrin rəhbərliyi qarşısında qaldırılıb. Habelə Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Oxşar xəbərlər

Ombudsman əməkdaşları Fuad Qəhrəmanlı və Məmməd İbrahimlə görüşdü
Ombudsman Tofiq Yaqubluya baş çəkib
Ombudsmandan qəfil yoxlama: Həkim çatışmazlığı aşkarlandı
Ombudsman Aparatı: Səbinə Əliyeva öz fəaliyyətini davam etdirir
Ombudsman 82 min manata avtomobil aldı
DİM Ombudsmanın məktubuna cavab verib
Ombudsman Bərdədə 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürdü
Ombudsman Məleykə Abbaszadəyə müraciət etdi
"Ombudsmana şans verilməsini istərdim" - Çingiz Qənizadə
Ombudsmandan 82 minlik avtomobillə bağlı – Rəsmi açıqlama
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video
Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurub
Elvin İsayevin məhkəməsi başlayır
Rusiyada həbsdə olan 2 nəfər Azərbaycana ekstradisiya olundu
Mehdiyevin nəvəsinin toyunda oynayan Ombudsmanın geyiminin gözqamaşdıran qiyməti
Uşaq hüquqları aylığına start verilir
Cəzaçəkmə müəssisəsinə çörəyin içində narkotik keçirməyə cəhd edildi
Ombudsmanın nümayəndələri Tofiq Yaqubluya baş çəkdi
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
DTX-nın həbs etdiyi rəisi o əvəzlədi - Nazirlikdə yeni təyinat (FOTO)
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
Deputat açıqladı: “Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər”
Qanunvericilikdə “əlil” anlayışı başqa sözlərlə əvəz olunacaq
DTX generalı belə saxlayıb - VİDEO
Milli Məclisin yeni fəaliyyət istiqaməti müəyyənləşir
Nazirdən dərslərlə bağlı daha bir ƏMR
Dağıstanda saxlanılan azərbaycanlılarla bağlı RƏSMİ AÇIQLAMA
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
“Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsi müzakirədən çıxarılıb
Bakıda saxta içki bəlası: Üç nəfərin ölümünə səbəb olan şəxslər hakim qarşısında