Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...
14-08-2020, 15:07
209

Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun şübhəli şəxs qismində tutulması ölkənin siyasi gündəmində bomba effekti yaradıb. 
Gündəlik Bakı xatırladır ki, o, Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxsləri barəsində başlanan cinayət işi üzrə istintaqa cəlb edilib. Rəsmi məlumatda qeyd edilir ki, maliyyə yoxlamaları zamanı Eldar Həsənovun xeyli miqdarda büdcə vəsaitini təyinatı üzrə istifadə etməməsi və digər qanun pozuntuları törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində səfir şübhəli şəxs qismində tutulub.
Eldar Həsənov diplomatik fəaliyyətdən əvvəl Azərbaycanın Baş prokuroru vəzifəsində çalışıb. O bu vəzifəyə 1995-ci ildə təyin olunub, 2000-ci ildə istefaya göndərilib. Eldar Həsənov Baş prokuror olduğu müddətdə daim intriqalarla gündəmə gəlib. Onun birinci müavini İsa Nəcəfov və müavini Xanlar Vəliyevlə çəkişmələri barədə mediada çox yazılıb. Adıçəkilən şəxslər arasında ziddiyyətlər o həddə çatıb ki, hətta mərhum Prezident Heydər Əliyev buna görə hər üç şəxsi tutduğu vəzifədən azad edib. Bununla bağlı xüsusi müşavirə keçirib və Baş Prokurorluğun rəhbərliyi arasındakı ziddiyyətlərdən danışıb. 
Eldar Həsənov həm də Daxili İşlər Nazirliyinin (DİN) İstintaq İdarəsinin keçmiş rəisi Nizami Qocayevi həbs etməklə yadda qalıb. Bu məsələ də Eldar Həsənovun hakimiyyətdəki rəqiblərinə zərbə vurmaq kontekstində şərh edilir. 
Keçmiş Baş prokuroru ambisiyalı şəxs kimi xarakterizə edənlər hesab edir ki, onun tutulması da əslində iddiaları ilə bağlı ola bilər. Hətta Eldar Həsənovun müxalifətlə işbirliyində olması barədə fikirlər səsləndirlir. Doğrudur, bu iddiada olanlar ortaya tutarlı arqument qoya bilmirlər. Onlar yalnız keçmiş Baş prokurorun iddialı şəxs olduğunu önə çəkərək bu nəticəyə gəliblər. Bununla belə, ictimai-siyasi seqmentdə belə qənaət yaranıb ki, Eldar Həsənovun həbsi hakimiyyətə qarşı mübarizə aparan “görünməz qüvvələr”in deşifrə olunması prosesinin başlanğıcıdır. Ehtimal edilir ki, keçmiş Baş prokurorun ardınca daha bir neçə nəfər həbs edilə bilər.

Oxşar xəbərlər

Eldar Həsənovun necə saxlandığı açıqlandı
Eldar Həsənov apellyasiya şikayəti verib
Eldar Həsənovun dostu olan keçmiş deputat saxlanılıb? - Açıqlama
“Bir neçə vəzifəli şəxsin həbs olunması an məsələsidir”
Eldar Həsənovun həbsi: “Səbəb daha dərindir”
Eldar Həsənov Bakıda istintaqa cəlb olundu
"Eldar Həsənov həbs edilən sonuncu səfir olmayacaq"
Eldar Həsənovun hüquqlarını vəkil Adil İsmayılov müdafiə edəcək
Eks-nazir Eldar Həsənovun həbsini şərh etdi - Hədəf göstərdi
Azərbaycan XİN-də bir ailədən 3 diplomat: İki səfir, bir rəis müavini
Eldar Həsənovun həbsinin səbəbi – sərvət, təsir və ambisiyalardır
Eldar Həsənov səfir vəzifəsindən
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
“O məmurlar Rusiyanın tapşırıqlarına əməl etmək məcburiyyətində qalıblar” – Fəzail Ağamalı
Səfirlərin “yarpaq tökümü” - Elmira Axundova da geri çağırılacaq
Diplomatik sahədə “təmizləmə” davam edir - Həsənov qardaşlarını nə gözləyir?
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Rusiya Azərbaycanda çevriliş etmək istəyib: Ramiz Mehdiyev və Eldar Həsənov... - Açıqlama
Səfirlərlə bağlı əməliyyat davam edəcək: Sırada kim var?
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
Eldar Həsənov, Əli Həsənov, Abbas Abbasov, “Quska” və...daha kimlər? - Sensasion şəbəkə
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Baş nazirin sabiq birinci müavini Abbas Abbsov saxlanıldı
Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Qonşusunu öldürən şəxs saxlanıldı
Deputat Fəttah Heydərovun yerinə keçmək istəyir - İDDİA
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Bakıda moteldə arvadını öldürən şəxs barəsində qərar verildi