Eks-nazir Eldar Həsənovun həbsini şərh etdi - Hədəf göstərdi
14-08-2020, 15:11
153

Eks-nazir Eldar Həsənovun həbsini şərh etdi - Hədəf göstərdi

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov  həbs edilib. Buna səbəb sabiq səfir tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, bir müddət əvvəl Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyev yeni xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən xaricdəki diplomatlarımızın ciddi nöqsanlar həyata keçirtdiyini diqqətə çatdırıb.
Maraqlıdır, Eldar Həsənovun həbsinin davamı ola bilərmi?
Mövzu  barədə Modern.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovm  həbs məsələsinin digər məsələlərə də şamil olunmasını istəmidiyini bildirib:
“Heç də demək olmaz ki, burada  koordiasiya mövcuddur. Hesab edirəm ki, hər kəs öz işinə cavabdeh olmalıdır. Təbii ki, xaricdəki bəzi səfirliklərdəki nöqsanlar barəsində mənim də xəbərim var. Təkcə maliyyə məsələləri ilə yox, digər məsələlərlə də bağlı nöqsanlar mövcuddur. Bu, ictimiayyətə də bəlli olan məsələdir. Cənab prezident tərəfindən də tənqidi fikirlər səslənib. Bunlar xüsusi məlumatlardır”.
Sabiq xarici işlər naziri bəzi iş üslublarında şübhə doğurduğunu istisna etməyib:
“Bəzi proseslərin baş verdiyi hiss olunurdu.  Bu da xaricdən idarə olunan hallar idi. O qənaətdəyəm ki, bu cür hadisələrin başında keçmiş xarici işlər naziri dururdu. Ona yaxın qruplaşma vardı. Təbii ki, bu məsələlərlə peşəkarlar daha ciddi məşğul olacaqlar”.
Tofiq Zülfüqarov diplomat kimi Azərbaycanı təmsilçilik baxımından ünvanan sualı belə cavablandırıb:
“Bu sual ətrafında geniş fikir söyləmək istəmirəm. Diplomatiya xidməti bir növ hərbi xidmətə bənzər xüsusi bir fəaliyyətdir. Vətən üçün lazım olsa,  gedib səngərdə də döyüşə bilərəm. Buna hazıram. Sadəcə, gəlin, burada kiminsə şəxsi karyerası məsələsini müzakirə etməyək”

Oxşar xəbərlər

Eldar Həsənovun necə saxlandığı açıqlandı
Eldar Həsənov apellyasiya şikayəti verib
Eldar Həsənovun dostu olan keçmiş deputat saxlanılıb? - Açıqlama
Eldar Həsənovun həbsi: “Səbəb daha dərindir”
DTX nazir müavinini belə tutdu - VİDEO
Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...
DTX Əbülfəs Qarayevin müavinini saxladı - FOTO
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..
XİN-in Konsulluq İdarəsinin rəisi vəzifəsinə yeni təyinat - Foto
XİN-də əməliyyat keçirilir - DTX məlumat yaydı
DTX generalı belə saxlayıb - VİDEO
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
"Eldar Həsənov həbs edilən sonuncu səfir olmayacaq"
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Ramiz Həsənov yalançı nazir müavinidir, yoxsa sabiq naziri “rasxod”a verir?
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
“Bir neçə vəzifəli şəxsin həbs olunması an məsələsidir”
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
Səfirlərin “yarpaq tökümü” - Elmira Axundova da geri çağırılacaq
Eldar Həsənov Bakıda istintaqa cəlb olundu
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Eldar Həsənovun hüquqlarını vəkil Adil İsmayılov müdafiə edəcək
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb