Paşinyan BBC-də özünü biabır etdi
14-08-2020, 16:04
227

Paşinyan BBC-də özünü biabır etdi

Ermənistanın Baş Naziri Nikol Paşinyan BBC telekanalında yayımlanan “HardTalk” verilişinin qonağı olub. 
Qafqazinfo” xəbər verir ki, verilişdə Paşinyan aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi suallara cavab verərkən çətin anlar yaşayıb.
Belə ki, aparıcının “Siz son münaqişəni Azərbaycanın başladığını iddia edirsiniz, qarşı tərəf isə əksini deyir, bu verilişdə bunu aydınlaşdıra bilməyəcəyik. Ancaq aydın olan odur ki, siz buna qədər vəziyyəti gərginləşdirən bir sıra təxribat xarakterli addımlar atmısınız. Məsələn, niyə ötən ilin avqustunda siz Stepanakertə (Xankəndi -red.) səfər edib çıxışınızda “Artsax Ermənistandır” demisiniz? Bu, açıq aşkar Azərbaycana qarşı təxribat idi" sualına cavabda erməni Baş Nazir yayınmağa çalışıb.
 
“Mən ona görə “Artsax Ermənistandır” demişəm ki, Dağlıq Qarabağda min illər boyu ermənilər məskunlaşıb və Artsax adı minilliklərlə tarixə sahibdir".
Aparıcı Ermənistan Baş Nazirinin sözünü kəsərək "Biz sizin tarixinizin minilliklərini indi araşdıra bilmərik, edə biləcəyimiz bu günün reallıqlarına baxmaqdır. BMT Baş Assambleyasının münaqişə ilə bağlı 4 qətnaməsi, hansı ki, işğal olunmuş Azərbaycan torpaqlarından bütün Ermənistan hərbi qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edir, pozmusunuz. Beynəlxalq hüquqa görə sizin qüvvələr işğal həyata keçirir və siz ora gedib bu ərazilərin sizə aid olduğunu elan edirsiniz. Aydındır ki, siz sülh qurucusu deyilsiniz" deyə bildirib.
Paşinyan bundan sonra guya Azərbaycanın münaqişə başlayanda ermənilərə qarşı etnik təmizlənmə həyata keçirmək istədiyini və münaqişənin buna görə başladığını iddia edib.
Aparıcı Sakur Ermənistan Baş Nazirinin hakimiyyətə gəlməzdən öncə sülhə nail olacağı ilə bağlı verdiyi vədlərə necə əməl edəcəyini soruşub: “Sizin hökumətiniz Ermənistandan Dağlıqa Qarabağa yol çəkməyə hazırlaşır. Bu yol isə Azərbaycanın ərazisindən keçir. Brüsseldə Qafqaz üzrə siyasətdə ixtisaslaşan bir sıra Avropa parlamentariləri bu planı nəzərdən keçirib və onu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib, həmçinin bunun simvolik olaraq Qarabağın qanunsuz işğalını möhkəmləndirəcəyini bildiriblər. Siz bu yol tikintisini dayandıracaqsınız?”
Paşinyan isə bu sualdan yenə də yayınmağa çalışıb və yolu Ermənistan hökumətinin tikmədiyini bildirib.
S.Sakur bir daha münaqişədə Ermənistanın mövqeyinin sülhyönümlü olmamasına toxunub: “Dağlıq Qarabağ məsələsində Ermənistanın millətçi mövqeyində və sizin həyata keçirdiyiniz strategiyada əhəmiyyətli sülh elementləri yoxdur. Siz elə sələfləriniz kimisiniz, heç də fərqli görünmürsünüz, Ermənistan xalqı üçün bu vacib məsələdə sizin fərqli bir yanaşma gətirdiyinizi necə göstərmək olar?”
Erməni hökumətinin rəhbəri bu suala cavab verərkən guya Ermənistanın millətçilik mövqeyindən çıxış etmədiyini bildirib.
Daha sonra aparıcı qeyd edib: “Siz hakimiyyətə gəlməzdən əvvəl jurnalist və hüquq-müdafiəçisi kimi fəaliyyət göstərmisiniz. Və siz, hətta siyasi məhbus kimi həbs dönəmi də keçirmisiniz. Siz insan hüquqlarının qeydinə qalırsınız. Mənə maraqlıdır. Öz sələflərinizdən fərqli olduğunuzu göstərmək üçün Azərbaycana müraciət edərək keçmişdə, xüsusilə 80-ci illərin axırı və 90-cı illərin əvvəlində Ermənistan hərbi qüvvələrinin Dağlıq Qarabağ ərazisində insan hüquq pozuntuları, müharibə cinayətlər törətdiyini etiraf etməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəçilər bu cinayətləri siyahılaşdırıblar, onlara görə üzr istəməyə hazırsınızmı?”
Paşinyan bu sualdan da yayınmağa çalışdıqda jurnalist yenidən sualı təkrarlayıb: “Mən sadəcə bilmək istərdim ki, siz məsuliyyəti üzərinizə götürüb Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu, çox sadədir. Bəli, ya xeyr?”
Paşinyanın yenə sualdan yayındığını görən jurnalist onun sözünü kəsərək “Aydındır, siz üzr istəməyəcəksiniz”,- deyə cavab verib.

Oxşar xəbərlər

Riçard Kirakosyan: “Heç kim və heç nə Azərbaycana təzyiq göstərmək iqtidarında deyil”
Nikol Paşinyan yaşadığı mənzili satır
"Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün..."
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
Aparıcı canlı efirdə çətin anlar yaşadı: “Bağışlayın...”
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
Xankəndində azərbaycanlılara qarşı törədilən terrordan 32 il ötür
Paşinyan və ailə üzvləri koronavirusa yoluxdu
İlham Əliyev Paşinyanla görüşdü: Qarabağ müzakirəsi...
Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır - FOTOFAKT
Arvadını Azərbaycanda müharibə aparmağa göndərən Paşinyan nəyi etiraf etdi?
Paşinyan istefaya gedən məmurların yerinə namizədlərini açıqladı
Ermənistanda daxili siyasi böhran və Qarabağ münaqişəsi
“Başımı itirmişəm, nə edəcəyimi bilmirəm” – Ölmüş erməni əsgərin anası fəryad edir
Paşinyan xilasına çalışır: "Qarabağ kartı" ilə
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - Əli Həsənov
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
“Azərbaycan özünü alçaltmayacaq”
“Başqa plan mövcud deyil!” - MÜSAHİBƏ
“Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır” - ŞƏRH
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
ABŞ-dakı konsulumuz Paşinyanı belə qarşıladı
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
Paşinyan əzilir: Ermənistan hakimiyyətinə yeni təhdid - ŞƏRH
Putin İrəvana əliboş gəlmir: Nələr olacaq?
Əliyev-Paşinyan görüşü olacaq? – Mnatsakanyan açıqladı
Avropadan Bakıya müharibə üçün “yaşıl işıq”
Paşinyan cəbhədə növbəti təxribata əl ata bilər - GƏLİŞMƏ
Azərbaycana qarşı növbəti erməni-yunan TƏXRİBATI: - “Kiprə təcili nota verilməlidir”