Lukaşenko ilə Putin arasındakı telefon danışığının təfərrüatı məlum olub - Yenilənib
15-08-2020, 15:51
415

Lukaşenko ilə Putin arasındakı telefon danışığının təfərrüatı məlum olub - Yenilənib

“Əsas odur ki, bu problemlərdən aramızdakı əməkdaşlığa zərər vurmaq istəyən destruktiv qüvvələr istifadə etməsin”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko söyləyib.
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti hər iki tərəfin qardaş Rusiya və Belarus xalqlarının maraqlarına cavab verən müttəfiq münasibətlərinin gücləndirilməsinə meyilli olduğunu bildiriblər.
***
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədəki vəziyyəti Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etməyi planlaşdırdığını deyib.
APA-nın “Belta” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Aleksandr Lukaşenko bildirib.
“Hazırda faktiki olaraq Belarusa qarşı təcavüz ssenarisi həyata keçirilir. Bu gün Belarusun müdafiə olunması - ən azı bizim bütün məkanın, İttifaq dövlətinin müdafiə olunması deməkdir və digərlərinə nümunədir. Çünki ölkədə baş verənlər bütün İttifaq dövlətinin ərazisini əhatə edir. Əgər belaruslar tab gətirməsə, dalğa oralara da keçəcək”, - deyə o vurğulayıb.
A. Lukaşenko "rəngli inqilab" ssenarisi ilə ölkəsinə qarşı xarici təcavüzün getdikcə artdığını söyləyib: “Nə baş verdiyini görürük. Bizi dinc aksiya və nümayişlərlə yuxuya vermək lazım deyil".
Belarus Prezidenti əlavə edib ki, günün sonuna qədər Müdafiə Nazirliyinin Strateji İdarəetmə Mərkəzində respublikadakı vəziyyəti müzakirə edəcək.
A, Lukaşenko nümayişçilərin əksəriyyətinin hadisələrin əsl mahiyyətini başa düşmədiyini bildirib. "Bunu bu aksiyaları əlaqələndirən və yönəldənlər başa düşürlər", - deyə Lukaşenko vurğulayıb.
O qeyd edib ki, qanunsuz aksiyaların təşkilatçıları ictimai rəyə təsir göstərmək üçün xüsusi ssenarilər əsasında uydurma görüntülər hazırlayır, saxta xəbərlər yayırlar.

Oxşar xəbərlər

Lukaşenko Belarusdakı vəziyyəti Putinlə müzakirə etmək niyyətindədir
Rusiyadan peyvənd alan ilk bu ölkə olacaq
Lukaşenko Qərbi Belarusdakı aksiyaları maliyyələşdirməkdə ittiham edib
Lukaşenko: “Təkrar seçkilər keçirilməyəcək”
Minskdə 100 minlərlə insan etiraza qalxdı- Lukaşenko Putinə zəng vurdu + Video
“Belarusa qoşun göndərməyə ehtiyac yoxdur” – Putin
Lukaşenko Polşanın Belarusun Qrodno vilayətini ilhaq etmək istədiyini bəyan edib
"Belarusda Rusiya qüvvələrinə ehtiyac yoxdur" - Putin
Lukaşenko bu səbəbə görə müəllimləri işdən çıxarır
Lukaşenko koronavirusa meydan oxumaqda davam edir - Hamını Qələbə paradına dəvət etdi
Belarusda hökumət istefa verdi
Putin Avropa İttifaqı Şurasının rəhbəri ilə danışıb
Putin Avropa liderlərinə Belarusu əldən verməyəcəyini açıq şəkildə bildirib
Lukaşenko ABŞ və Avropanı ittiham edib
Putin Lukaşenko ilə görüşməyə tələsmir
FSB direktoru Minskdə: Onu Rusiya Müdafiə Nazirliyinin yetkililəri də müşayiət edib?
Lukaşenko hakimiyyəti hansı şərtlə təhvil verəcəyini açıqladı
Lukaşenkonu zavodda “Çıx get!” şüarları ilə qarşıladılar - Video
Fransa prezidenti Lukaşenko əlehinə aksiyaları dəstəklədi
Lukaşenko: “Mən sağam və xaricə getməmişəm”
"Konstitusiyanı dəyişməyə, hakimiyyəti bölməyə hazıram" - Lukaşenko
Lukaşenko təcili Təhlükəsizlik Şurasının iclasını çağırdı
Putin Neyanyahu ilə danışdı
Qonşu ölkədə vətəndaşlığın alınması qaydası sadələşdirildi
Ərdoğanla Putin telefonla danışıb
Ləğv prosesində olan “Atabank”, “NBCBank” və “AGBank”da bloklanan əmanətlərin qaytarılmasına başlanılıb.  Bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.  Fonddan bildirilib ki, yaxın günlərdə qaytarılan əmanətlərin həcmi ilə bağlı ic
Avropa İttifaqı “qara siyahı” hazırlayır - Belarusa sanksiyalar tətbiq olunacaq
Putin Ağabəy Əsgərova medal verdi
Putinin “ikinci SSRİ”-ni qurmaq niyyəti – Kremlin planları ilə geosiyasi reallıqlar üst-üstə düşürmü?
Lukaşenkodan Qarabağ təklifi: Həll edək!