“Azərbaycan balanslaşdırılmış siyasət yürütmür” - Deputat
17-08-2020, 15:40
193

“Azərbaycan balanslaşdırılmış siyasət yürütmür” - Deputat

Cavid Osmanov: “Rusiya Ermənistana silah göndərməklə Tovuz təxribatının arxasında özünün dayandığını göstərdi”
Avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. İlham Əliyev Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib.
Dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə belə narazılıq tonunda danışması, iradlarını bildirməsi ölkə ictimaiyyətinin də, siyasi müşahidəçilərin də diqqətindən yayınmayıb. Buna paralel olaraq Azərbaycan-Türkiyə münasibətlərinin daha da sıxlaşması, qarşılıqlı səfərlər gündəmin əsas siyasi müzakirə mövzusudur. Və təbii olaraq sual yaranır: Rusiya ilə münasibətlərə yenidən baxmalıyıqmı, artıq balanslaşdırılmış siyasətə dəyişiklik etməyə ehtiyac varmı?
Mövzu ətrafında AYNA-ya açıqlama verən Milli Məclis üzvü Cavid Osmanovun sözlərinə görə, bu gün balanslaşdırılmış siyasətdən söhbət gedə bilməz: “Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev balanslaşdırılmış siyasət yox, müstəqil siyasət aparır. Buna əsasən də avqustun ayının 12-də ölkə başçısının Vladimir Putinə zəng edərək, Azərbaycan ictimaiyyətində haqlı olaraq narazılıq doğuran iradları ona çatdırması, məhz ölkə Prezidentinin siyasi iradəsinin nəticəsidir”.

“Bildiyiniz kimi, iyulun 12-də Ermənistanın separatçı hərbi rəhbərliyinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan dərhal sonra, iyulun 16-na qədər Rusiyanın Ermənistana, təxminən 400 min ton civarında hərbi silah-sursat göndərməsi ilə bağlı məlumatlar aşkarlandı və bu məlumatlar da haqlı olaraq ölkə ictimaiyyəti arasında narazılıq doğurdu. Məhz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə cavabdeh olan qurumun - ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin işğalçı ölkəyə silah göndərməsi – Moskvanın işğalçı ölkəni dəstəkləməsinin bariz nümunəsidir”, - Osmanov deyib.
Deputat bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin fəaliyyətsizliyi və Rusiyanın işğalçı ölkəyə silah göndərməsi təxribatın arxasında məhz Rusiyanın olduğunu göstərir: “ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrinin, xüsusən də Fransanın siyasi baxımdan Ermənistana hər zaman dəstək verdiyini hər kəs bilir. Ona görə də Minsk Qrupunun bu tərkibdə qalması qəbuledilməzdir. Əgər, bu qurum yenidən formalaşcaqsa, o zaman tamamilə fərqli formatda formalaşdırılmalı və Azərbaycanın ən yaxın müttəfiqi, qardaş ölkə Türkiyə də həmsədr ölkə kimi orada yer almalıdır”.
Müsahibimiz Rusiyanın Ermənistana hərbi texnika göndərməsinin beynəlxalq hüquq normalarına da zidd olduğunu əlavə edib: “Məhz buna görə ölkə Prezidenti bütün milli məsələlərdə olduğu kimi, bu məsələdə də narazılığını bildirdi və bu narazılığı Rusiya vasitəsi ilə nümayiş etdirdi. Lakin bu, Rusiya ilə bağlı birinci məsələ deyil. Hələ 1997-ci ildə Rusiya Dövlət Dumasının Təhlükəsizlik komitəsinin sədri belə bir məsələ qaldırmış və ümumilli lider Heydər Əliyev buna qarşı reksiya vermişdi. Hər şeyə rəğmən, məsələnin yaxın vaxtlarda müsbət həllini tapacağna inanırıq. Təxribata əl atan istənilən ölkə isə öz hüquqi cəzasını alacaq”.

Oxşar xəbərlər

İlham Əliyevin Putinə zənginin əsas səbəbi nə idi? – “Təxribatlar bir-bir onun diqqətinə çatdırılıb...”
“The EurAsian Times” nəşri Rusiyanın Ermənistana silah təchizatı ilə bağlı Azərbaycanın narahatlığından yazıb
"Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub” - Ceyhun Bayramov
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
İlham Əliyev Putinə zəng edib
İlham Əliyev Putinə başsağlığı verdi
İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
Prezidentin köməkçisi: “Ermənistana “İl-76” təyyarələri gəlməkdə davam edir”
Rusiya Ermənistana silahları bu yolla verib - Foto
Türkiyə həmsədr olmalıdırmı və “dostlar” niyə belə etdilər? - Təhlil
Tixanovskaya Putinə müraciət etdi
Rusiyanın Ermənistana silah daşımasının məqsədləri nədir... - GƏLİŞMƏ
Türkiyə televiziyaları: Rusiya Ermənistanı müharibəyə hazırlayır - Video
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Prezident şəhid generalın və polkovnikin ailələrinə başsağlığı verib
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
"Azərbaycan torpaqlarının işğal faktının arxasındakı real güc Rusiyadır" - Samir Əsədli
“Sergey Şoyqu bu gün Azərbaycana gəlməzdən əvvəl Ermənistanın Müdafiə naziri ilə danışıb” - Politoloq
“Suriyaya 450 hərbçisini göndərməsi İrəvana ağır başa gəlməlidir” - GƏLİŞMƏ
Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər
XİN ordumuzun şəhid verməsi ilə bağlı açıqlama yaydı
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
Elçin Quliyev Tovuz döyüşlərindən danışdı
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Putin Avropa liderlərinə Belarusu əldən verməyəcəyini açıq şəkildə bildirib
Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ
Putin və Ərdoğan Azərbaycanla Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
“Azərbaycan ordusu çox ayıq-sayıqlıq göstərdi” – Millət vəkili
Rusiyadan peyvənd alan ilk bu ölkə olacaq