“Təsəvvür edin ki, Qarabağ münaqişəsi yoxdur. O zaman Rusiyanın regionda rolu nədən ibarət olardı?...”
18-08-2020, 11:17
204

“Təsəvvür edin ki, Qarabağ münaqişəsi yoxdur. O zaman Rusiyanın regionda rolu nədən ibarət olardı?...”

Rusiyalı politoloq, ərəbşünas, "Sivilizasiyalar dialoqu" institutunun elmi araşdırmalar rəhbəri Aleksey Malaşenko hesab edir ki, Qarabağ münaqişəsi heç vaxt həllini tapmayacaq, əbədi münaqişə kimi qalacaq. Çünki bu münaqişə həll edilsəydi o zaman Rusiyanın Ermənistana və Azərbaycana heç bir təsir imkanı qalmazdı, regionda rolu zəifləyərdi.
Virtualaz.org xəbər verir ki, Malaşenko bu haqda “Exo Moskva” radiosunun “Xüsusi mövqe” proqramında Azərbaycan-Ermənistan sərhədində iyul ayında baş vermiş toqquşmaları şərh edərkən danışıb.
Aparıcı İrina Vorobyova soruşub:

-Biz hamımız Azərbaycanla Ermənistan arasında növbəti kəskinləşməni müşahidə etdik. Və indi artıq, səhv etmirəmsə, hər şey sakitləşib. Lakin siz müsahibələrinizdən birində demisiniz ki, bu münaqişə əbədi davam edəcək. Nəyə görə belədir?
A.Malaşenko:
-Mən öz sözlərimdən imtina etmirəm. Bu, əbədi münaqişədir.
İ.Vorobyova:
-Axı nəyə görə?
A.Malaşenko:
-Çünki bu münaqişədən heç yana qaçmaq mümkün deyil. Ona görə ki, hansı həll yolları ola bilər. Üç həll. Qarabağ-müstəqil dövlətdir. Heç kim bununla razılaşmayacaq. Qarabağ-Ermənistanın tərkib hissəsidir, Ermənistan özü də buna razılaşmayacaq. Qarabağ-Azərbaycanın tərkib hissəsidir, Ermənistan yenə razılaşmayacaq. Sizin hansısa başqa variantlarınız var? Yoxdur.
Malaşenko hesab edir ki, Qarabağ Ermənistan üçün qulpsuz çemodan kimidir. Hansı ki, daşımaq çox narahatdır. Üstəlik Qarabağ siyasi istebleşmenti Ermənistana böyük təsirlərə malikdir.

“Və biz bunu çox yaxşı izlədiik ki, Qarabağdan çıxanlar ümumən erməni siyasətində necə dominatlıq edirlər. Bu isə heç kimə lazım deyil. Və sonra, bağışlayın məni, bu dünyanın qalan hissəsində necə qəbul ediləcək? İlhaq? Bu işə yaramır. Ona görə də münaqişə həmişə olacaq və hesab edirəm ki, nəsillər buna vərdiş edəcək”,-jurnalist deyib.
Aparıcı regional oyunçuların, o cümlədən Türkiyə və Rusiyanın münaqişədəki rolu haqda soruşub. Malaşenko qeyd edib ki, Türkiyə Azərbaycanı dəstəkləyəcək. Bu, birgə manevrlər və s. formada baş verəcək.
“Bəs sonra nə olsun? Qarabağı geri alacaqlar? Rusiya isə-təsəvvür edin ki, bu münaqişə yoxdur. Sadəcə olaraq yoxdur. O baş verməyib. Və o zaman Rusiyanın orada rolu nədən ibarət olacaq? İndi isə Rusiya əbədi vasitəçidir. Uşaqlar, lazım deyil, dinc dayanın, lazım deyil. Və gəlin biz bu silahları sizə verək. Bu bizim iştirakımızdır. Harada münaqişə var-biz oradayıq. Və ümumiyyətlə, biz orada nələrisə yoluna qoyuruq. Və biz də gözəl başa düşürük, hamı da bunu başa düşür ki, Rusiya orada barışdırmır. Biz münaqişəni necəsə olsa yoluna qoya, dayandıra bilmərik. Ona görə də kədərlidir ki, insanlar həlak olur və həlak olacaq. Və qarşılıqlı nifrət hökm sürəcək”,-A.Malaşenko deyib.

Oxşar xəbərlər

Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
Ermənistanda daxili siyasi böhran və Qarabağ münaqişəsi
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
Pandemiyanın yaratdığı fürsət: “Separatçılar zərərsizləşdirilə bilər”
Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ
Dilqəm Əsgərov və Şahbaz Quliyevdən XƏBƏR VAR
“Başqa plan mövcud deyil!” - MÜSAHİBƏ
Rusiyadan Ermənistana daha bir hərbi dəstək - Yeni Su-30SM qırıcıları verir
Paşinyan BBC-də özünü biabır etdi
Moskvaya müharibələri əvvəlki kimi idarə etmək çətin olacaq... - TƏHLİL
Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri
“Qarabağı ancaq bu iki yolla qaytarmaq olar” – Şok müsahibə
Riçard Kirakosyan: “Heç kim və heç nə Azərbaycana təzyiq göstərmək iqtidarında deyil”
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
Müharibə başlasa... - Ermənistanda daş üstdə daş qalmayacaq
Avropadan Bakıya müharibə üçün “yaşıl işıq”
Türkiyədən Ermənistana daha bir sərt mesaj
Prezident İlham Əliyev: "Dağlıq Qarabağla bağlı həqiqəti elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin"
Putin və Ərdoğan Azərbaycanla Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
"Qoy müstəqilliyimiz əbədi olsun!" - Mehriban Əliyeva
“Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
“Sergey Şoyqu bu gün Azərbaycana gəlməzdən əvvəl Ermənistanın Müdafiə naziri ilə danışıb” - Politoloq
Paytaxt Bakıdan başqa şəhərə köçürülür? – Deputatdan açıqlama
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
Sergey Markov: "Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi"
“Moyes mənim üçün ata kimi idi”
Akopyan “sülh nağılı”nı unutdu, “silaha sarılır”... - TƏHLİL