ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
18-08-2020, 15:48
313

ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Avqustun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Cisco International Limited şirkətinin direktoru Ramil Eyyubovla görüşüb. Gündəlik Bakı xəbər verir ki, təhsil sahəsində informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətini qeyd edən rektror M.Babanlı ADNSU-nin İT-nin tətbiqi baxımından ölkənin qabaqcıl universitetlərindən biri olduğunu bildirib. O son 5 ildə universitetdə ixtisaslı mütəxəssislərin hazırlanmasında elmi potensialla yanaşı, müasir texnoloji nailiyyətlərdən də istifadə olunduğunu qeyd edib. Rektor bu sahədə dünyanın qabaqcılı ölkələrinin təcrübəsinin ADNSU-da tətbiq olunduğunu, bəzi çatışmazlıqlara  baxmayaraq universitetin bu istiqamətdə artıq müsbət nəticələr əldə etdiyini söyləyib. 
Cisco International Limited şirkətinin direktoru Ramil Eyyubov ADNSU ilə əməkdaşlıqda maraqlı olduqların bildirib. O, İT sahəsində kifayət qədər uğur qazanmış dünyaca məşhur Cisco International Limited Şirkətinin yeni proqramları ilə təhsil sahəsində uğur qazandığını qeyd edib.
Müzakirələrin nəticəsi olaraq tərəflər Cisco Şəbəkə Akademiyasının informasiya texnologiyalarının əsasları, proqramlaşdırma dilləri, əşyaların interneti, linux əməliyyat sistemi və digər müvafiq kurslarının universitetin tədris proqramına tətbiq edilməsinə dair razılığa gəliblər. Sonda ADNSU ilə Cisco International Limited şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Oxşar xəbərlər

Nüfuzlu universitetin nümayəndəsi ADU-da - Foto
AzTU ilə Macarıstanın Debresen Universiteti əməkdaşlıq edəcək
Deputat Ülvi Quliyevin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT
ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı
AzMİU-da beynəlxalq konfrans öz işinə başladı
AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib
“Məktəblər və universitetlər açılmayacaq” - İlham Əliyev
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanla Çin müştərək aqrar-sənaye kompleksi yaradacaq
Azərbaycanlı qadın "Coca-Cola" şirkətinə baş direktor təyin edilib
Kamal Abdulla təqaüd proqramını müzakirə etdi
ADU-da Konfutsi institutları günü qeyd olundu
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video
“Ənənəvi təhsilin bərpası COVİD 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər” - Ədalət Muradov
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
Gömrük generalının oğlunun İngiltərədəki şirkətləri - Fotolar
“Universitetlərin açılması yoluxma sayını 4 dəfə artıra bilər” - Rektor
Azərbaycanda "General Motors" avtomobilləri yığılacaq
Baş metroçunun milyonçu oğlu... - Londonda qurulan biznes imperiyası
Abşeronda müəllimlər günü qeyd edilib
Elektrik qatarlarında ödənişlə bağlı yenilik
20 sentyabr “Neftçilər günü”dür - VİDEO
SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat
“Yeni təyin olunan rektorlar arasında ciddi rəqabət gedir” - Deputat
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
SOCAR, yoxsa  Xıncov kəndinin uşaqları-RÖVNƏQ ABDULLAYEVİN ''SOCAR'' BİZNESİ
"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür
Prezidentdən neftin ucuzlaşması ilə bağlı AÇIQLAMA
“Günay Sığorta”da yeni TƏYİNAT