FSB direktoru Minskdə: Onu Rusiya Müdafiə Nazirliyinin yetkililəri də müşayiət edib?
19-08-2020, 11:32
188

FSB direktoru Minskdə: Onu Rusiya Müdafiə Nazirliyinin yetkililəri də müşayiət edib?

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksadr Bortnikov Belarusa gedib.
 
Gündəlik Bakı xəbər verir ki, Rusiyanın baş çekistinin bu səfəri rəsmən bəyan edilməsə də, media qurumlarına sızdırılan bəzi məlumatlar belə düşünməyə əsas verir.
 
FlightRadar (“Uçuş radarı”) xidmətinin məlumatına görə, dünən səhər saatlarında Minsk hava limanına 64523 bort nömrəli  RA-214  markalı təyyarə enib. RBC-nin məlumatına görə, bu layner FSB aviasiyasına aiddir və qurumun direktoru Aleksandr Bortnikovun səfərləri üçün istifadə olunur.
 
Maraqlıdır ki, bundan əvvəl xüsusi rabitə sistemilə təchiz edilmiş Rusiya Hava — Kosmik Qüvvələrinə aid 2 TU-134 PKS təyyarəsinin də Rusiyadan Belarusa uçduğu xəbər verilirdi. Onlardan ən azı biri SSRİ Ali partiya rəhbərliyinin, daha sonra isə Rusiya Müdafiə Nazirliyinin rəhbər heyətinin daşınması üçün istifadə olunurdu.

 
Bu məlumatlar sosial şəbəkələrdə Aleksandr Lukaşenkonun ölkədən qaçışı və ya Vladimir Putinlə görüşmək üçün Moskvaya yola salınması barədə şayiələrin dolaşmasına yol açsa da, Belarus lideri bunu təkzib etmişdi.
 
FSB-yə və Rusiya Müdafiə Nazirliyinə aid 3 təyyarənin eyni gündə Minskə getməsi daha fərqli səbəblərdən də qaynaqlana bilər. Belə ki, dünən Rusiya prezidenti Vladimir Putin Avropa liderləriylə telefon danışıqları aparmış və Belarusa mümkün xarici müdaxilələrə dözməyəcəyini bildirmişdi. Mümkündür ki, Kreml həqiqətən də bu təhlükəni real hesab etdiyindən öz hərbi və təhlükəsizlik orqanlarının rəhbərlərini “ön cəbhə”yə göndərməyə qərar verib. Sözügedən uçuşların məlum telefon danışıqlarından əvvəl baş tutması da bu ehtimalı gücləndirir. (Ovqat.com)

Oxşar xəbərlər

Rusiya sərhədini qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı SAXLANILDI
Rus əsgərləri Belarusa daxil oldu
Putin şoka düşüb: Bu günün Belarusu sentyabrın Rusiyasıdır
Navalnı təyyarə ilə Omskdan Almaniyaya aparılıb
Havada koronavirusu müəyyən etmək mümkün olacaq
Lukaşenko ilə Putin arasındakı telefon danışığının təfərrüatı məlum olub - Yenilənib
Rusiya daha üç ölkəyə uçuşları bərpa edir
Rusiyadan Ermənistana daha bir hərbi dəstək - Yeni Su-30SM qırıcıları verir
"Belarusda Rusiya qüvvələrinə ehtiyac yoxdur" - Putin
Putin Lukaşenko ilə görüşməyə tələsmir
S-300 komplekslərinin işə yaramadığı açıqlandı
Bu gün 700-ə yaxın Rusiya vətəndaşı Azərbaycandan təxliyyə olunacaq
Azərbaycanla Rusiya arasında uçuşların bərpası gözlənilir
“Belarusa qoşun göndərməyə ehtiyac yoxdur” – Putin
Vaksin hazırdır - Rusiya RƏSMƏN AÇIQLADI
Rusiyanın böyük rabitə şirkətinə azərbaycanlı rəhbərlik edəcək
Minskdə 100 minlərlə insan etiraza qalxdı- Lukaşenko Putinə zəng vurdu + Video
Lukaşenko Belarusdakı vəziyyəti Putinlə müzakirə etmək niyyətindədir
Rusiya Ermənistana əlavə Su-30CM verməyə hazırlaşır
Litva Belarusa nota verdi
Rusiyanın son model raketləri bütün dünyanı lərzəyə gətirdi
Putin nəhəng kosmodromu Ərdoğana niyə təklif etdi?
Rusiya koronavirusa qarşı vaksinin ilk fotosunu yaydı
“Sergey Şoyqu bu gün Azərbaycana gəlməzdən əvvəl Ermənistanın Müdafiə naziri ilə danışıb” - Politoloq
Təyyarə maskasız sərnişinə görə təcili eniş etdi
Rusiyadan peyvənd alan ilk bu ölkə olacaq
Azərbaycan Rusiyaya məxsus təyyarələri hava məkanına buraxmadı - VİDEO
Rusiya Ermənistana silahları bu yolla verib - Foto
Roqozinlə Mask mübahisə etdi: Kosmos "davası"
Rusiyada koronavirusa qarşı peyvəndin istehsalına başlanılıb