Siyavuş Novruzov Bakıdakı ermənilərin izinə düşüb
21-08-2020, 10:36
183

Siyavuş Novruzov Bakıdakı ermənilərin izinə düşüb

Komitə sədri: “Araşdırdım ki, bu adamın anası ermənidir, xalası məhkəmələrin birində işləyir, hakimdir”
Azərbaycanda ”beşinci kolon", təbii ki, var və bu, məni də narahat edir".  Milli Məclisin komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov bunu “Yeni Müsavat”a açıqlamasında söylədi.
Hakim partiyanın təmsilçisi qeyd etdi ki, hazırda o, mühüm bir məsələ ilə bağlı araşdırmalar aparır: “Uzun illərdir deyilir ki, Azərbaycan paytaxtında 30 mindən artıq erməni yaşayır.  Birinin arvadı, birinin qaynanası, digərinin nənəsi ermənidir. Bu gün sosial şəbəkələrdə anti-dövlət, antixalq, antimillət fikirlər yayan, xalqı aşağılayan fikirlərin böyük əksəriyyəti həmin adamlara məxsusdur”.  S.Novruzov qeyd edib ki, söhbət çox ciddi təhlükədən gedir: “Bunlar artıq ölkəmizin altında olan bir bombadır. Həmin şəxslər həm ayrı-ayrı dairələrə informasiya ötürür, həm bu və ya digər şəkildə dövlət strukturlarına soxulmaq, orda fəaliyyət göstərmək istəyir və fəaliyyət göstərənlər də var. Xaricdə oturan, ”sapı özümüzdən olan baltalar" ki var, onların əksəriyyətini yoxlasan, qanında erməni qarışığı olduğu aydınlaşar".
Komitə sədri hesab edir ki, bunlarla mübarizə və  həmin şəxsləri ifşa hər kəsin işi olmalıdır: “Hər bir vətəndaş bunlarla mübarizə aparmalıdır”.  S.Novruzov  dedi ki, hələ illər öncə Bakıda 30 min erməninin yaşadığı məlum idi: “İndi onların övladları, nəvə-nəticələri var, familiyalarını dəyişiblər, yaşayırlar. Bu yaxınlarda Sabunçu rayonunda bir nəfər mənim çıxışımla əlaqədar status yazmışdı. Dedim mən bu adamı tanımıram, bu da məni tanımır, axı, bu, kimdir, nəçidir? Onunla bağlı ciddi araşdırma apardım. Araşdırdım ki, bu adamın anası ermənidir. Xalası məhkəmələrin birində işləyir, hakimdir. Familiyasını dəyişib, bir dənə Elyenora adını saxlayıb, artıq kimliyi bəllidir. Onun mənimlə mübarizədə məqsədi mənimlə mübarizə deyildi, erməni-Azərbaycan münasibətidir”.
S.Novruzov bildirdi ki, hələlik Bakıdakı ermənilər bizimlə sosial şəbəkələrdə döyüşürlər: “Hələ ki, üzə çıxa bilmirlər. Amma mən hesab edirəm ki, onlarla çox ciddi şəkildə mübarizə aparmaq lazımdır. İndi doğrudan da hüquq-mühafizə orqanları çox gözəl işləyir, təhlükəsizlik xidməti yerindədir və yüksək səviyyədə fəaliyyət göstərir, Daxili İşlər Nazirliyi, digər strukturlar hər biri. Amma bu qurumlara dəstək lazımdır. Təkcə həmin qurumların fəaliyyəti ilə kifayətlənmək olmaz, vətəndaşlarımızın hər biri belə ünsürlərə qarşı mübarizə aparmalıdır. Məsələn, Gəncədə qonşudurlar, bilir ki, qonşu ermənidir. Baba deyir ki, qonşunun nənəsi ermənidir. Bunları bilirlər və ifşa etmək, ortaya çıxartmaq lazımdır.
YAP-çı deputat əlavə etdi ki, ayrı-ayrı dövlət qurumlarında da müvafiq araşdırmalar aparmaq lazımdır: “Araşdırma aparıb tapa bilərik ki, dövlət qurumlarında kimdir informasiyaları ötürən, bu işlərlə məşğul olan. İstər Bakıda, istər rayonda, istər kənddə yaşayan belə adamların əsl-kökünün kimliyi araşdırılmalıdır. Ən azı onun yeddi arxa dönənini tanıyanlar var. O baxımdan da vətəndaşların üzərinə dövlətçiliyin qorunmasında mühüm vəzifələr düşür”.

Oxşar xəbərlər

Siyavuş Novruzov YAP-ın qərargahını TƏRK ETDİ
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Siyavuş Novruzov: “Əli Kərimli gəlsin ona ərzaq yardımı edək” – VİDEO
Siyavuş Novruzovla bağlı YAP-dan açıqlama
Siyavuş Novruzovu kim əvəz edəcək? – Ad açıqlandı
Siyavuş Novruzov İSTEFA VERDİ
Aydın Hüseynov Novruzovun digər vəzifəsini də tutacaq?
Siyavuş Novruzov Milli Məclisdə hesabat verdi
Siyavuş Novruzovun istefası qəbul edildi RƏSMİ
“Aldanmaq adamı məsuliyyətdən azad etmir” - Elman Nəsirov
Siyavuş Novruzov bir müddətliyə “qeybə çəkilib” - zənglərə cavab vermir
Siyavuş Novruzov: “Özümü yaxşı hiss etmirəm”
Siyavuş Novruzovun boş qalan yerinə İlham Əliyev təqdimat verəcək - Açıqlama
Siyavuş Novruzov da Tofiq Yaqublunun azad edilməsini istəyir
Siyavuş Novruzov “Bu şəhərdə”nin parodiyasından DANIŞDI
“Beşinci kolon” korrupsionerləri müdafiə edir”
“Necə getməyim toya, axı mən kişiyəm” – Siyavuş Novruzov
Ehsan Zahidovdan Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı açıqlama
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
Siyavuş Novruzovdan sosial şəbəkələrlə bağlı TƏKLİF
“Prezident ona qapını göstərdi ki, özünü idarə edə bilmirsənsə...” – Siyavuş Novruzov
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?
Ombudsman 82 min manata avtomobil aldı
Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurub
Həftəmizin Siyavuşu... - Etibar Cəbrayıloğlu yazır
YAP-ın "qocaman" üzvləri - Yaşı 70-dən çox olanlar
Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır
Yas mərasimləri ilə bağlı qadağalar karantindən sonra yüngülləşdiriləcək?
“Azərbaycan xain və düşmənlərə qarşı amansız mübarizə aparır” - Tahir Mirkişili