Eldar Həsənovun necə saxlandığı açıqlandı
21-08-2020, 10:55
166

Eldar Həsənovun necə saxlandığı açıqlandı

Vəkil Adil İsmayılov Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun necə saxlanması barədə açıqlama verib.
Onun sözlərinə görə, E.Həsənov 13 avqust 2020-ci il tarixdə səhər saat 9 radələrində evindən çıxaraq XİN-ə yeni nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən DTX əməkdaşları tərəfindən saxlanılıb və oraya gətirilib: “Bundan sonra onun arzusu ilə məni dəvət ediblər və müdafiəçi kimi işdə iştirak etməyə buraxılmışam” – deyə vəkil bildirib.
Qeyd edək ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.
Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.
Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Oxşar xəbərlər

Eldar Həsənov apellyasiya şikayəti verib
Eldar Həsənovun hüquqlarını vəkil Adil İsmayılov müdafiə edəcək
Eldar Həsənovun dostu olan keçmiş deputat saxlanılıb? - Açıqlama
"Eldar Həsənovun sağlıq durumu yaxşı deyil" - Qardaşından AÇIQLAMA
Eks-nazir Eldar Həsənovun həbsini şərh etdi - Hədəf göstərdi
Eldar Həsənovun həbsi: “Səbəb daha dərindir”
Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...
Eldar Həsənov Bakıda istintaqa cəlb olundu
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Eldar Həsənov səfir vəzifəsindən
“Bir neçə vəzifəli şəxsin həbs olunması an məsələsidir”
Həbs dalğası Naxçıvana keçdi - vəzifəli şəxs həbs olundu
Keçmiş nazir dövlətə vurduğu ziyanı ödədi - Azərbaycanda BİR İLK
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
Məhkəmə DTX əməliyyatı ilə tutulan generalla bağlı qərar verdi
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
XİN-in həbs edilən şöbə müdiri məhkəməyə müraciət etdi
"Eldar Həsənov həbs edilən sonuncu səfir olmayacaq"
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
Səfirlərin “yarpaq tökümü” - Elmira Axundova da geri çağırılacaq
Ermənistanda sabiq nazir müavini də daxil olmaqla, 12 nəfər həbs edildi
Rəhim Qazıyev ev dustaqlığına buraxılıb
Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi
Bakıda vəkil intihar etdi
Məhkəmə həbsdə olan sabiq icra başçısı barədə qərar verdi - Yenilənib
Səfirlərlə bağlı əməliyyat davam edəcək: Sırada kim var?
Eldar Həsənovun həbsinin səbəbi – sərvət, təsir və ambisiyalardır