Əli Əhmədov: "YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib"
5-10-2019, 15:30
10 253

Əli Əhmədov: "YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib"

Belə bir kursların təşkil edilməsi gənclər üçün faydalıdır. Məqsəd ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının gənc fəal üzvləri kursları keçərək öz siyasi biliklərini və dünyagörüşlərini genişləndirsinlər, siyasi təcrübə əldə etsinlər və Azərbaycanın ictimai-siyasi həyatında daha yaxından iştirak etmək üçün lazım olan vərdişləri qazanmış olsunlar.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov "Azərbaycan Respublikasının siyasi sisteminin yaranması və formalaşmasında Yeni Azərbaycan Partiyasının yeri və rolu" istiqaməti üzrə təşkil olunan kursda çıxışı zamanı deyib.
Əli Əhmədov bildirib ki, partiyamızın sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib. O qeyd edib ki, partiya üzvlərinin 40 faizi gənclərdən ibarətdir və bu, böyük siyasi gücdür. Gənclərin YAP-ın sıralarına axını onların öz gələcək siyasi talelərini Heydər Əliyev ideyalarına bağlaması, Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi ilə əlaqədardır:
"Siz Yeni Azərbaycan Partiyasının gənc və fəal üzvlərisiniz. Partiyamızın həm bugünkü fəaliyyətində, həm də gələcək inkişafında sizin rolunuzu xüsusi vurğulamaq istəyirəm. Biz istəyirik ki, siz gənc nəsil olaraq inkişaf edəsiniz. Gələcəkdə partiyanın funksiyalarının həyata keçirilməsində daha yaxından iştirak etmək imkanınız olsun. Həm də bütövlükdə, Azərbaycanın ictimai-siyasi həyatında geniş şəkildə iştirak edəsiniz. Bunun üçün də zəruri vərdişlərə ehtiyac var. Xüsusilə siyasi biliklər artırılmalıdır. Dünyanın hər yerində siyasi partiyaların nəzdində bu cür kurslar mövcuddur. Kursların yaranmasında məqsəd siyasi partiyaların vasitəsilə bütövlükdə cəmiyyətin siyasi həyatı üçün təcrübəli gənc siyasətçilərin formalaşmasından ibarətdir. Bizim də məqsədimiz budur".

Oxşar xəbərlər

Partiyaların hesabat vermələri üçün nəzərdə tutulan müddət başa çatır
Ülvi Mehdiyev: ""ASAN Xidmət"də 22 minə yaxın gənc könüllülük məktəbi keçib"
Məzahir Pənahov yola salınır: Sayılı günlər qaldı
“Bəzi marginal qüvvələr hələ də destruktiv və məkrli siyasi xətlərini davam etdirməkdədir”
“AXC-Müsavatın yaratdığı anarxiya Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı”
Azərbaycanda 10 partiya bir araya gələ bilmədi - Səbəb koronavirusdur, yoxsa...
Elmlər Akademiyasının qarşısında aksiya keçiriləcək - Mehdiyevin istefası və həbsi tələb olunacaq
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
MSK ilə bağlı yenilik GÖZLƏNİLİR
"Hakim partiya kadr islahatlarından kənarda qalmayıb” – YAP katibi aydınlıq gətirdi
Əli Əhmədov: "Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub"
Azərbaycanlı adıyla qeydiyyatdan keçən çoxlu ermənilər var" - Müdafiə naziri
Müdafiə naziri Zakir Həsənov gənclərlə görüşdü
Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: “Əminəm ki, belə də olacaq”
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
Əli Əhmədov: ""Qarabağ Azərbaycandır!" Hərəkatı yaratmalıyıq"
Müxalif partiyalardan toparlanma qərarı...
YAP-a dönük çıxan MƏMURLAR...
Əli Həsənov: “Söyüş və təhqirdən istifadə edənlərə müxalifət demək olmaz”
MSK-ya yeni üzv təyin edildi
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
Ağdaşlı gənclərin iştirakı ilə onlayn görüş keçirildi - FOTOLAR
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvü Prezident İlham Əliyevə məktub göndərib
Əli Həsənov bu vəzifələri icra edəcək
Əli Kərimlinin qəzəbinin pərdəarxası…
Sahibə Qafarova yüksək bal toplayan abituriyentlərlə görüşdü - Foto
Gənclər bu dəfə Mübariz Qurbanlı ilə görüşdü
Azərbaycanda bu partiyanın adı dəyişdirildi