“Dövlət bilir!” - Putinlə Ərdoğan yenə hakimiyyətdə qalacaqlar...”
24-08-2020, 11:53
206

“Dövlət bilir!” - Putinlə Ərdoğan yenə hakimiyyətdə qalacaqlar...”

Hazırda Avropa və Asiyanın qovuşma sərhədləri boyunca və eləcə də Aralıq dənizinin şərq hissəsində geostrateji mövqelər uğrunda ciddi mübarizə gedir.
Bu regionda böyük güclər tərəfindən istifadə edilən Yunanıstan, Ermənistan və sair bu kimi kiçik və ələbaxım dövlətlərin ortalığa salınmasına tarixdə hər zaman rast gəlinib. Sözügedən geostrateji məkana tarixi nöqteyi-nəzərdən yanaşsaq, onda görərik ki, buralar son 300 ildir iki böyük qüvvə - Osmanlı ilə Rusiya imperiyalarının maraq dairəsi uğrundakı mücadilə meydanı olub. Və uzun müddət ərzində Qərb dünyası bu qarşıdurmadan öz xeyrinə çox məharətlə istifadə edib.
İndi ilk baxışda elə görünə bilər ki, köhnə geosiyasi çəkişmənin yeni dövrü başlayır. Amma keçmişin acı təcrübəsini yaşamış Rusiya və Türkiyə əski səhvləri təkrarlamamaq üçün ehtiyatlı və daha tədbirli davranırlar. Əgər onlar öz potensial imkanları ilə maraqlarının sərhədələrini düzgün uzlaşdırsalar, bundan hər iki tərəf qazanclı çıxar.
Gündəlik Bakı xəbər verir ki, Türkiyənin “Milliyet” qəzetinin yazarı Güneli Cıvaoğlunun “Dövlət bilir” başlıqlı məqaləsində bu məsələnin praktik tərəflərinə toxunulur. Həmin məqaləni qısa ixtisarla diqqətinizə çatdırırıq: “Dövlətlər arasında münasibətlər barəsində bir mühüm soz var: ”İnsanlar bir-birilərinin niyyətini bilməsələr də, dövlətlər bilir”. Ona görə də dövlətlərin atdıqları addımların hansı məna daşıdığını NATO kimi beynəlxalq təşkilatlar, dövlət institutları bilirlər. Əgər dövlətin məmurları səriştəsiz, institutlarının yaddaşı təhrif olunmayıbsa və zəhərlənməyibsə, onda bu sözün qiyməti daha da yüksəlir.
Uzun illərdir ki, beynəlxalq arenada yer tutan liderlər və siyasətçilərin də bu cür “oyunduyma” qabiliyyətinə diqqət çəkmələrini istərdim.
Nəhayət, xüsusilə qeyd etmək lazımdır ki, rəhbərlik etdiyi ölkənin potensialını düzgün dəyərləndirən, bunu zəka və təcrübəsilə optimal səviyyədə saxlamaq bacarığına malik olan liderlərin ustalığı və müdrikliyi xarici siyasətdə mühüm amildir. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin telefon danışıqlarına bu faktorlar prizmasından baxmaq lazımdır. Liderlərdən biri ölkəsini 18, digəri isə 19 ildir ki, idarə edir. Belə görünür ki, onlar yenə də hakimiyyətdə qalacaqlar. Təcrübələri sayəsində hər iki lider anlayır ki, iki ölkənin bir-biriylə toqquşmasının ağır nəticələri ola bilər. Daxili siyasət səbəbindən müxtəlif avantüralara getməyin mənasız olması da bəllidir.
Gəlin ümumi mənzərəni təsvir edək:
1. NATO-nun Balkanlarda, Qara dənizdə, Qafqazda və Şərqi Avropada genişlənmə siyasəti nəinki Rusiyanı, həmçinin Türkiyəni də əhatəyə almağa hədəflənib. Ermənistanın Azərbayacana qarşı hərəkətə gətirilməsinə də bu kontekstdən yanaşmaq lazımdır. 12 iyulda ermənilərin ağır silahlarla hücum etdiyi Tovuz ərazisindən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, həmçinin TANAP-ın başlanğıcı olan Cənubi Qafqaz qaz kəməri keçir. Bütün bunların hamısı Türkiyə və Azərbaycanın müştərək layihələridir. Hücuma keçən Ermənistanın arxasında ABŞ, erməni diasporu dayanıb. Bəs, daha arxada nə dayanır?
2. ABŞ Yunanıstanda, Krit və digər adalarda, Cənubi Kiprdə hərbi bazalar qurur. Beləliklə, Amerika bir tərəfdən Suriyada baza quraraq Aralıq dənizində yerləşən Rusiyaya qarşı havadan və dənizdən təzyiq göstərir, digər yandan isə Türkiyəni təhdid edir: ”Hərbi bazalarımı sənin ərazilərinə doğru sürüşdürürəm!...”
3. Suriyadakı su və neftlə zəngin torpaqlarda PKK/PYD-nin dayaq nöqtələri yaratmasının arxasında ABŞ və Qərb dayanır. Rusiya və Türkiyə müxtəlif səpgidə çıxış etsələr də, amma Suriyanın torpaq bütövlüyünün qorunması siyasətini yürüdürlər.
4. ABŞ-ın dəstəyi ilə Şərqi Aralıq dənizinin Cənubi Kipr, Livan, Misir, Suriya, İsrail arasında bölüşdürülməsi ssenarisi Rusiya və Türkiyənin maraqlarına ziddir.
5. Ortalıqda ABŞ-ın Liviyadakı enerji resurslarını zəbt etmək məqsədilə Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinə göstərdiyi dəstək və Rusiyanın “Vaqner” özəl hərbi qruplaşmasının general Həftərin yanında döyüşməsi kimi bir vəziyyət var. Türkiyə və Rusiya Liviyada bir-birinə qarşıdırmı? Deyəsən, bu mənzərə dəyişir. “Vaqner” döyüşçüləri buradakı döyüşlərdən çəkilirlər. Əl-Vatiyyə bazasının bombalanması kimi əsas hücumlar isə amerikalıların piyada fiqurları (Fars körfəzi ölkələri) tərəfindən həyata keçirilir.
6. Rusiya Türkiyəyə “S-400” Hava Hücumundan Müdafiə sistemləri sataraq NATO-nun içində bir dəlik açdı. ”S-400” sistemləri səssizcə hazır vəziyyətə gətirildi, amma döyüş mövqeyinə çıxarılmadı. Hələlik ABŞ elə səviyyədə təzyiq göstərmir ki, Türkiyə “S-400” sistemini döyüş mövqeyinə gətirsin.
Əgər onlar radalara yaxalanmayan “F-35” qırıcılarını Yunanıstana verərsə, onda “S-400” raketlərinin ikinci partiyasının Türkiyəyə satılmasının və bu sistemlərin müştərək istehsalının yolu açılacaq. Başqa tərəfdən isə Türkiyə “F-35” qırıcılarının Rusiya analoqunu almaq məcburiyyətində qalacaq. Beləliklə də NATO-nun cənubi-şərq qanadı Rusiyanın xeyrinə dağılacaq. (AzPolitika)

Oxşar xəbərlər

Türkiyə bu ölkəyə ordu yeridir və Su-57 alır?
Putin nəhəng kosmodromu Ərdoğana niyə təklif etdi?
“Böyük Türkiyə” necə qurula bilər?..
Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir
Türk ordusu girdi: Bu ölkələr fürsət gözləyir... – İsti şərh
Ərdoğan Trampla söhbətdə Aralıq dənizindəki gərginlikdən danışdı
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
İlham Əliyevin Putinə zənginin əsas səbəbi nə idi? – “Təxribatlar bir-bir onun diqqətinə çatdırılıb...”
Lukaşenko ABŞ və Avropanı ittiham edib
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
Sergey Markov: "Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi"
“The EurAsian Times” nəşri Rusiyanın Ermənistana silah təchizatı ilə bağlı Azərbaycanın narahatlığından yazıb
“Təsəvvür edin ki, Qarabağ münaqişəsi yoxdur. O zaman Rusiyanın regionda rolu nədən ibarət olardı?...”
Ərdoğan ABŞ-a gedir: Çantada nələr var? - Ən kritik görüş...
Belarus üçün “Ermənistan modeli”: Keçmiş xarici işlər naziri Avropa İttifaqı rəsmilərinə xəbərdarlıqlar edir
Rusiyalı ekspert: Qoşulmama Hərəkatı qlobal problemlər fonunda beynəlxalq əməkdaşlıq üçün vacib məkana çevrilir
Azərbaycana lazım olan ittifaq artıq var: bu, Türkiyə və İsraillə ittifaqdır - Ərəstun Oruclu
Pandemiyanın yaratdığı fürsət: “Separatçılar zərərsizləşdirilə bilər”
“Azərbaycan üçün Aİ maraqlı deyil və mən bunu başa düşürəm”
Soçidə Putinlə Ərdoğanın görüşü başladı
Xırdalan dairəsi yaxınlığındakı dəmir yolu körpüsü sökülür - FOTOLAR
FSB direktoru Minskdə: Onu Rusiya Müdafiə Nazirliyinin yetkililəri də müşayiət edib?
Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Sensasiya: 140 milyon il əvvəl yoxa çıxmış qitə tapıldı – Əfsanə deyilmiş
“Putin qorxur ki, Lukaşenkonun devrilməsi...”
Ərdoğan-Putin görüşündən əvvəl kritik gəlişmə: Tramp qərarı dəyişdi
Avropadan Bakıya müharibə üçün “yaşıl işıq”
Kremlə növbəti hədə: Qəzəb, yoxsa "seçki manevri"?
Vahid Əhmədov: “Parlamentdə də “5-ci kolon”un nümayəndələri var”
Ərdoğan: “Bir kərə yüksələn bayraq bir daha enməz”