“Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib
7-10-2019, 02:00
10 263

“Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib.
Bakisesi.com xəbər verir ki, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə milli sərhəd mühafizəsi strategiyasının uğurla realizə edilməsi, dövlət sərhədlərinin mühafizəsi məsələlərinə Ali Baş Komandan səviyyəsində böyük önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmlənməsini, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılmasını, yeni istifadəyə verilən sərhəd zastavasının da məhz bu ali diqqətin növbəti təzahürü olduğunu qeyd edib.
Azərbaycan-Gürcüstan dövlət sərhədinin hər zaman dostluq və strateji tərəfdaşlıq sərhədi olması, Gürcüstan sərhədçiləri ilə qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəli inkişafı xüsusi vurğulanıb.
Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşməklə böyük coğrafi sahəni əhatə edən “Keşikçi qala” sərhəd zastavasının qədim Alban tarixinin yadigarı olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşməsi, burada xidmət aparan sərhədçilərin dövlət sərhədini mühafizə etməklə yanaşı, həm də tarixi-memarlıq abidələrimizin, xalqımızın milli-mədəni irsinin keşiyində dayanmaları qeyd edilib.
Dövlət sərhədlərinin etibarlı mühafizəsi üçün yerli əhalinin, Ağstafa rayonunun icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının mühüm dəstəyi xüsusi qeyd olunub, həm dost Gürcüstan ilə, həm də düşmənlə həmsərhəd olan Ağstafa rayonunun rəhbərliyinə və ictimaiyyətinə sərhədçilərə göstərdikləri hərtərəfli köməkliyə görə minnətdarlıq ifadə edilib.
Tədbirdə iştirak edən Ağstafa rayon İcra Hakimiyyətinin başcısı Nizaməddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.
Tədbir iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə yaxından tanış olublar. Sərhəd zastavasında şəxsi heyət tərəfindən xidməti fəaliyyətin yüksək səviyyədə həyata keçirilməsi üçün müasir tələblərə cavab verən yataqxana, yeməkxana, хüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydançası, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi, hamam-camaşırxana və digər tikililər sərhədçilərin istifаdəsinə verilib.

Oxşar xəbərlər

Düşmənlə təmas xəttində 89 müasir sərhəd məntəqəsi istifadəyə verilib
Sərhəddə "Keşikçi qala"mız var
Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb
Elçin Quliyev istefaya göndərilən generala vəzifə verdi
Sərhəddə içərisində narkotik vasitələr olan bağlama aşkarlandı
General: "9 tondan çox narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb"
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
Qazax-Ağstafa ərazisində postlarımız 1500-1700 metr irəli çəkilib
Elçin Quliyev Tovuz döyüşlərindən danışdı
DSX və DİN-dən birgə ƏMƏLİYYAT
DSX: Düşmənin daha bir təxribatının qarşısı alındı
DTX-nın həbs etdiyi generalın yerinə o təyin olunub - Foto
"Yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar alınır" - DSX rəisi
Sərhəddə TƏXRİBAT: Düşmənin diversiya qrupları...
Rusiya sərhədini qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı SAXLANILDI
Erməni diversiya qrupu təxribat törətdi
Məhkəmə DTX əməliyyatı ilə tutulan generalla bağlı qərar verdi
Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir - Şahin Ələsgərov
Dəniz kənarından 2 ədəd mina tapıldı
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
DSX-nin rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanılıb
Azərbaycan Qazaxıstana nota verdi
Cənubi Koreya ilə KXDR-nın sərhədində atışma olub
Gömrük əməkdaşları üçün seminar keçirilir
Əbülfəs Qarayevdən sonra növbə ONUNDUR? - İDDİA
“Düşmən təxribatına baxmayaraq işimə davam edəcəm” - Şəhid ekskavato­rçumuz
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
DTX 3 rayonda əməliyyat keçirir - Rəislər saxlanıldı
Düşmən Qazax rayonunun kəndlərini atəşə tutub
FHN əməkdaşlarının hüquqları artırılır