Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
7-10-2019, 18:00
6 710

Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya dövlətinin və xalqının tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları bu yaxınlarda keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının əhəmiyyətinə toxunaraq, Soçidə ölkə başçıları arasında aparılan danışıqların strateji tərəfdaşlığa əsaslanan ikitərəfli dostluq münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Söhbət zamanı Prezident İlham Əliyev və Prezident Vladimir Putin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Putin Mehriban Əliyevanı təbrik etdi
İlham Əliyev Putinə zəng edib
Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak etdi
Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
İlham Əliyev Moldova Prezidentini təbrik etdi
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
İlham Əliyev Putinə başsağlığı verdi
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
Azərbaycan Prezidenti braziliyalı həmkarına məktub göndərib
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Prezident İlham Əliyev Braziliya Prezidentini təbrik edib
Prezident İlham Əliyev dövlət başçılarının "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşündə iştirak edib
İlham Əliyev iki həmkarına təbrik məktubu göndərdi
Putin Neyanyahu ilə danışdı
Prezident İlham Əliyev İspaniya kralını təbrik edib
İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
“Azərbaycan balanslaşdırılmış siyasət yürütmür” - Deputat
Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Prezident İlham Əliyev Aydın Süleymanlını təbrik etdi
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib
Prezident Anatoli Torkunovu təbrik etdi
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video
Tanınmış diplomat Daşqın Şikarov Mehriban Əliyevanı təbrik etdi
İlham Əliyev Paşinyanla görüşdü: Qarabağ müzakirəsi...
Lukaşenko ilə Putin arasındakı telefon danışığının təfərrüatı məlum olub - Yenilənib