İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
25-08-2020, 16:46
216

İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."

"Ordu Oyunlarının təşəbbüskarı Rusiyadır və əsas yarışlar da Rusiya ərazisində keçirilir. Bizim tankçılar tank biatlonunda iştirak edirlər. Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır. Bu məsələlər bizim dövlətlərarası münasibətlərimizin çox geniş gündəliyinin tərkib hissəsidir".
Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidentİlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
"Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik. Sabah Azərbaycanın Xarici İşlər nazirinin Rusiya Federasiyasına rəsmi səfəri başlanır. Əminəm ki, xarici siyasət idarələrinin rəhbərləri arasında aparılacaq müzakirələr faydalı olacaq. Onlar münasibətlərimizdə yaranmış dinamikanı, habelə əlaqələrimizin inkişaf perspektivlərini müzakirə edəcəklər. Bir sözlə, dialoq gedir və şadam ki, siz yenə bizə gəlmisiniz. Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm", - dövlət başçısı əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
Putin Neyanyahu ilə danışdı
İlham Əliyev Putinə zəng edib
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
"Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub” - Ceyhun Bayramov
İlham Əliyev Putinə başsağlığı verdi
Lavrov Putinin mesajını çatdırdı: Hər zaman yanınızdayıq
FSB direktoru Minskdə: Onu Rusiya Müdafiə Nazirliyinin yetkililəri də müşayiət edib?
“The EurAsian Times” nəşri Rusiyanın Ermənistana silah təchizatı ilə bağlı Azərbaycanın narahatlığından yazıb
Lukaşenko ilə Putin arasındakı telefon danışığının təfərrüatı məlum olub - Yenilənib
İlham Əliyev Mun Hini qəbul etdi
Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiyaya getdi
Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü olub - Yenilənib
Rusiyanın hərbi gəmiləri Bakıya gəldi - Video
İlham Əliyevin Putinə zənginin əsas səbəbi nə idi? – “Təxribatlar bir-bir onun diqqətinə çatdırılıb...”
Ərdoğanla Putin telefonla danışıb
Putin Avropa liderlərinə Belarusu əldən verməyəcəyini açıq şəkildə bildirib
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
Sergey Şoyqu Azərbaycana gəldi
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü
Netanyahu Putinə zəng etdi
Hikmət Hacıyev: “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir”
Sergey Markov: "Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi"
Putin Mehriban Əliyevanı təbrik etdi
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
Prezident İlham Əliyev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib
Soçidə Putinlə Ərdoğanın görüşü başladı