Milli Məclisin deputatlarına tapança verilib?
5-09-2020, 10:33
404

Milli Məclisin deputatlarına tapança verilib?

Milli Məclisin deputatının statusu haqqında” Qanunda qeyd edilib ki, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər.
Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.
Qaydalara görə, Azərbaycan Milli Məclisinin deputatları xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah – tapança ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edlimiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunuraq, təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu da nəzərə alır.
Deputatlara iclas zalına silahla daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.
Maraqlıdır, Milli Məclis deputatların hazırda silahı varmı? Onlar hüquqlarından istifadə edib tapança almaqdan ötrü DİN-ə müraciət ediblərmi?
“Report”un əməkdaşı bu suallarla parlamentin bir neçə deputatına müraciət edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Report”a açıqlamasında bildirib ki, qanunvericiliyə görə deputatlar səlahiyyətləri dövründə silah gəzdirmək və ondan təyinatı üzrə istifadə etmək hüququna malikdir:
“Bu qanun qəbul edildikdən sonra deputatların hər birinə silah paylanılmışdı. Ancaq sonradan hansısa bir səbəbə görə bu hal növbəti çağırışlar dövründə təkrar olunmadı. Əksinə, verilən silahlar DİN tərəfindən deputatlardan geri alındı. İndiyə qədər də DİN tərəfindən silah deputatlara paylanılmayıb”.
Deputat silahının olmadığını deyib:
“Hələlik silah almaqdan ötrü DİN-ə müraciət etmək fikrim yoxdur. Əgər ciddi bir ehtiyac yaranarsa bununla bağlı DİN-ə müraciət edərəm. Ümidvaram ki, onlar da qanunvericiliyə uyğun olaraq məni silahla təmin edə bilər”.

Oxşar xəbərlər

Qanunsuz silah gəzdirən keçmiş məhkum yaxalandı
Goranboyda xeyli sayda silah-sursat tapıldı
Xızıda sürücü polisləri silahla hədələdi
“Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”
Nəsimi rayonunda silahlı şəxs saxlanıldı
Bu 5 ölkə Türkiyəyə silah satışını dayandırdı
Ermənistan rus silahlarından imtina edir? – Tonoyandan şok açıqlama
“65 yaş məhdudiyyəti təqaüdçülərə aid edilməlidir, işləyənlərə yox”
Dövlət qurumlarından balıq tutanlara xəbərdarlıq
İTV Paşayevanı efirə çağırdı, Cəbrayılova söz atdı
AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq – SƏRƏNCAM
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir
Silah gəzdirən şəxs saxlanıldı
Adam öldürmək üçün avtomat aldı
Deputat açıqladı: “Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər”
Milli Məclisdə yer DAVASI - Deputat cəzalandırıldı
30 cinayətin üstü "isti izlər"lə açıldı
“Şəkili Sayka” tutuldu - Video
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
“Minlərlə kilometr məsafədən gəlib hegemonluq edənlər...”
Avtobuslarda gediş haqqı artırılır? – Tarif Şurası açıqladı
Deputat: "Kommunal xərclər sıfırlansın və kreditlər dondurulsun"
Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
"Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub” - Ceyhun Bayramov
Avtomobili olanlara BƏD XƏBƏR: bu rüsum 50 FAİZ ARTIRILIR
DİN-də əməliyyat: 13 cinayətin üstü “isti izlər”lə açıldı
Neft erası başa çatır: “Azərbaycan üçün çətin dönəm…” - TƏHLİL
Milli Məclisin deputatları yenidən tətilə çıxdılar
"Yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar alınır" - DSX rəisi