Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
12-10-2019, 16:00
10 248

Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”

Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmələrin komandirləri və digər məsul zabitlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, müşavirədə çıxış edən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Soçidə keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi "Qarabağ - tarixi, əzəli Azərbaycan torpağıdır.
Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" fikrinin Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi ilə qarşılandığını və ordumuz qarşısında yeni tapşırıqlar qoyduğunu xüsusi vurğulayıb. Nazir bildirib ki, bu tapşırıqlar Azərbaycan Ordusunun, xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin artırılması, onların daha müasir, güclü silah və hərbi texnika ilə təchizatı, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad olunmasına yönəlmiş təlim və tədbirlərin gücləndirilmiş qaydada keçirilməsi və bu istiqamətdə bir sıra digər mühüm məsələlərin həll edilməsindən ibarətdir.
Son dövrdə cəbhə xəttində yaranmış əməliyyat şəraitini təhlil edən Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal olunmuş ərazilərdə mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis-istehkam işlərinin aparılması cəhdlərinin, eyni zamanda düşmənin snayper və pilotsuz uçuş aparatlarının fəaliyyətinin sərt şəkildə qarşısının alınması məqsədilə adekvat tədbirlərin görülməsini əmr edib.
Müdafiə naziri bütün hərbi hissə və bölmələrdə silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi prosesinin lazımi səviyyədə aparılması və vaxtında yekunlaşdırılması, dağlıq ərazidə yerləşən bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət yetirilməsi, həmçinin hərbi xidmətə çağırılmış gənc əsgərlərin qəbulunun mütəşəkkil qaydada həyata keçirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.
Müdafiə naziri döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlimlərin, praktiki məşğələlərin, çöl çıxışlarının səmərəliliyinin daha da artırılmasına diqqəti yönəldib. Nazir çətin və dağlıq şəraitdə yerləşən döyüş mövqelərinə aparan yolların təmir edilməsi, eləcə də yeni yolların salınması sahəsində həyata keçirilən işləri yüksək qiymətləndirərək bunların davam etdirilməsinin vacibliyini qeyd edib.
Müşavirənin sonunda Müdafiə naziri oktyabr ayınının axırlarında Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasının yüksək səviyyədə təşkil edilməsi məqsədilə hazırlıq və təşkilati işlərin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Oxşar xəbərlər

İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak etdi
Hulusi Akar Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Nazir cəbhəboyu zonada: tapşırıqlar verdi
Prezident İlham Əliyev: "Dağlıq Qarabağla bağlı həqiqəti elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin"
Zakir Həsənov Çinə gedəcək
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Ordumuz tanklardan və toplardan atəş açdı, döyüş təyyarələri və helikopterlər zərbələr endirdi
"Tankçılarımız artıq öz məharətlərini göstərib" - Zakir Həsənov
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - Əli Həsənov
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər
Fərhad Bədəlbəyli: "Məni telekanalların veriliş siyasəti çox narahat edir"
 Zakir Həsənov NATO admiralı ilə görüşdü
Zakir Həsənov Moskvada səfərdədir
“Qarabağın mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz”
Sergey Şoyqu Azərbaycana gəldi
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Əli Əhmədov: ""Qarabağ Azərbaycandır!" Hərəkatı yaratmalıyıq"
NATO admiralı Azərbaycana təşəkkür etdi
Generallar ön cəbhədə əsgərlərlə görüşüblər - Foto
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
Prezident şəhid generalın və polkovnikin ailələrinə başsağlığı verib
Müdafiə naziri Zakir Həsənov gənclərlə görüşdü
“Sergey Şoyqu bu gün Azərbaycana gəlməzdən əvvəl Ermənistanın Müdafiə naziri ilə danışıb” - Politoloq
Liviyada yeni ordu qurulur: Zabitləri Türkiyədən, təcrübəsi Azərbaycandan, pulu Qətərdən