Ərdoğan: “Bir kərə yüksələn bayraq bir daha enməz”
15-10-2019, 00:30
10 298

Ərdoğan: “Bir kərə yüksələn bayraq bir daha enməz”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını və Ərəb Dövlətlər Liqasını tənqid edib.
Gundelik-Baki.com xəbər verir ki, Türkiyə Prezidenti Bakıda keçirilən Dünya Türk İş Şurasının iclasında çıxışı zamanı bildirib ki, türk dünyası terror təhdidlərinə daha çox məruz qalıb: “Vətəndaşlarımız İŞİD-dən FETÖ-yə, PKK-dan “əl-Qaidə”yə qədər dünyanın ən alçaq terror təşkilatlarının qurbanı olub”.
Onun sözlərinə görə, Suriyanın şimalını PKK-nın qolu olan PYD/YPG və İŞİD terror təşkilatlarından təmizləmək və öz həqiqi sahiblərinə qaytarmaq başlıca vəzifədir: “Atdığımız addımdan vaz keçməyəcəyik, nə deyirsiniz deyin. Yeganə məqsədimiz bölgəni PYD/YPG və İŞİD-dən təmizləməkdir”. 
Ərdoğan Tel Abyadda YPG terror təşkilatının İŞİD-çiləri azad etdiyi həbsxanadan terrorçubaşı Abdullah Öcalanın fotosunun tapıldığını da bildirib.
Türkiyə Prezidenti baş verənlərlə bağlı Ərəb Dövlətləri Liqasını tənqid edib: “Ərəb Dövlətləri Liqası Suriyanı təşkilatdan çıxartmışdı. İndi isə məlum hərbi əməliyyatlar başlayandan sonra Suriyanı yenidən Ərəb Dövlətləri Liqasına üzv etmək istəyirlər”.
Türkiyənin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın şimalında hərbi əməliyyatları davam etdirdiyini xatırladan Ərdoğan deyib ki, Avropa İttifaqı verdiyi vədlərə əməl etməyib: “Suriyalı qaçqınlara görə, Avropa İttifaqı 6 milyard məbləğində dəstək verməli idi. İndiyə kimi cəmi 3 milyard avro miqdarında vəsait verilib. Lakin biz 40 milyard dollar məbləğində vəsait xərcləmişik. Lazım gəlsə, yenə xərcləyəcəyik. Bu günə kimi verdikləri sözlərin heç birini yerinə yetirmədilər. Türkiyə səbrinin sonuna gəlib. Fədakarlığımızın qiymətini bilmədilər. Biz başladığımız işi mütləq bitirəcəyik. Mərhum Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi “Bir kərə yüksələn bayraq, bir daha enməz!”.

Oxşar xəbərlər

Ərdoğan: "750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub"
Türk ordusu 30 kilometr irəlilədi: Hədəf məhv edildi
“Bir az qırağa durun” – Ərdoğandan sərt çıxış
İŞİD yenidən baş qaldırdı – 15 Suriya döyüşçüsü həlak oldu
Tramp: "PKK İŞİD-dən təhlükəlidir"
Ərdoğan elan etdi, Türkiyə rəsmən MÜHARİBƏYƏ BAŞLADI
Ərdoğan Avropanı hədələdi: Bir daha işğal desəniz…
Türkiyənin “Sülh bulağı” əməliyyatından ilk görüntülər
Ərdoğan ABŞ-a gedir: Çantada nələr var? - Ən kritik görüş...
“İstədiklərimizi aldıq” - Çavuşoğlu detalları açıqladı
Ərdoğandan təcili toplantı
Nazarbayev Bakıda fəxri sədr seçiləcək
Suriyanın 109 km ərazisi terrorçulardan azad edilib - Ərdoğan
Ərdoğan Səudiyyə və Misiri “topa tutdu”
Hərəkətə keçməyimiz an məsələsidir - Ərdoğan sərt danışdı
Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Ərdoğan Trampın məktubunu zibil qutusuna atdı
Türkiyə Ordusu Suriyada daha bir yaşayış məntəqəsini terrorçulardan təmizlədi
Ərdoğan Əsədlə dostluq əlaqələrinin pozulmasından DANIŞDI: "Tövsiyyə verdim, qulaq asmadı"
Ərdoğan yenidən Rusiyaya gedəcək
Ərdoğan danışdı, onlar güldülər
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Türkiyə Prezidenti BU TARİXDƏ ABŞ-a səfər edəcək
ABŞ-da skandal görüş – Terrorçuları qəbul etdilər, üstəlik…
Ərdoğanın bu hərəkəti gündəm oldu
Türkiyə iri qaz yatağı tapdı
Merkel Ərdoğana zəng vurdu - “Hücumu dərhal dayandırın”
7 kənd azad edildi, 100-dən artıq terrorçu öldürüldü, türk ordusu...
Ərdoğan sərt və güclü bir liderdir
Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 128 hərbçi saxlanılıb