İlham Əliyev Mun Hini qəbul etdi
16-10-2019, 15:30
7 406

İlham Əliyev Mun Hini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Gundelik-Baki.com  xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:
- Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, sizin səfəriniz iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Bizim əlaqələrimiz uğurla inkişaf edir və şadam ki, Koreya-Azərbaycan əlaqələri yeni pilləyə qalxıb. Siyasi əlaqələrimiz yüksək səviyyədədir və sizin səfəriniz bunu bir daha təsdiqləyir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər həyata keçirilmişdir. Əlbəttə ki, iqtisadi sahədə əməkdaşlıq daha da geniş vüsət alır. Azərbaycanda 70-ə yaxın Koreya şirkəti rəsmi qeydiyyatdan keçib. Bir neçə Koreya şirkəti Azərbaycanda müxtəlif infrastruktur və inşaat layihələrində iştirak edir. Bakı şəhərində yeni tikilmiş, arxitektura baxımından cəlbedici olan bəzi binaların memarlıq dizaynı Koreya şirkətləri tərəfindən təmin edilmişdir. Ümumiyyətlə, biz istəyirik ki, qarşılıqlı investisiya qoyuluşu daha geniş vüsət alsın. Azərbaycan sizin ölkəyə yarım milyard dollara yaxın sərmayə qoyub. Bizim Dövlət Neft Fondumuz Koreyada daşınmaz əmlaka sərmayə qoyub və əminəm ki, gələcək illərdə qarşılıqlı sərmayə qoyuluşu daha geniş vüsət alacaq.
Şadam ki, Koreyadan Azərbaycana gələn turistlərin də sayı artır. Bildiyiniz kimi, Koreya vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq olunur və onlar elektron vizanı bir neçə gün ərzində alıb Azərbaycana gələ bilərlər. Bilirəm, koreyalılar xarici ölkələrə səfər etməyə çox həvəslidirlər və ümid edirəm ki, Azərbaycan onlar üçün çox maraqlı bir yer ola bilər.
Əlbəttə, parlamentlərarası əlaqələrə xüsusi diqqət yetirilir. Şadam ki, bu gün sizin rəhbərliyinizlə yüksəksəviyyəli nümayəndə heyəti bizim qonağımızdır. Səfər zamanı həm parlamentlərarası əlaqələr müzakirə ediləcək və bununla bərabər gündəlikdə duran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Əminəm ki, səfəriniz uğurlu olacaq, bir daha xoş gəlmisiniz.
Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq deyib:
- Çox sağ olun, cənab Prezident, Sizinlə görüşdüyümə görə çox şadam və çox şərəf hissi duyuram. Mən bilirəm, xəbərdaram ki, Siz nə qədər məşğulsunuz və belə bir vaxtda bizə görüş üçün vaxt ayırmısınız. Bildiyimə görə, Siz oktyabr ayında Rusiyada olmusunuz, Gürcüstanın Baş Naziri Azərbaycana səfərə gəlib və dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Azərbaycanda keçirilib. Mənə çox maraqlıdır, Sizin bu tükənməz enerjiniz haradan gəlir? Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Macarıstan və başqa bir ölkə, sadəcə, müşahidəçidir, üzv deyil. Mən düşünürəm ki, bizim də təşkilata müşahidəçi kimi üzv ola bilmək imkanımız var. Ola bilərikmi?
Prezident İlham Əliyev: Çox yaxşı olar. Mən elə bu məsələni sizinlə müzakirə etmək istərdim.
Milli Assambleyanın sədri Mun Hi-sanq: Çox istərdim həyata keçsin.
Prezident İlham Əliyev: Ona görə, əgər belədirsə, onda gərək səfər zamanı bu məsələ müzakirə olunsun. Gələn il Türkiyədə keçiriləcək növbəti zirvə görüşündə Koreya əgər müşahidəçi qismində iştirak edərsə, biz çox məmnun olarıq. Macarıstan müşahidəçi kimi bizim tədbirlərdə artıq ikinci dəfədir ki, iştirak edir. Bu, onu göstərir ki, bu təşkilat yeni üzvləri, müşahidəçi qismində iştirak edən yeni ölkələri qəbul etməyə çox böyük maraq göstərir. Dünənki zirvə görüşündə həm qarşılıqlı siyasi dəstək göstərildi, eyni zamanda, iqtisadi sahədə bir çox önəmli layihələr müzakirə olundu. Ona görə xahiş edirəm, siz bu məsələni ciddi müzakirə edəsiniz və ümidvaram ki, nəticələr yaxşı olacaq.
Milli Assambleyanın sədri Mun Hi-sanq: Mən əminəm ki, uğurlu nəticə əldə olunacaq. Çünki Ural-Altay mədəniyyətinə daxil olan xalqlar həmişə ailəyə çox böyük önəm verib, böyükləri hər zaman özlərindən yüksəkdə tutublar. Buna görə də inanıram ki, biz eyni mədəniyyətə daxilik və bu əməkdaşlığımız uğurla nəticələnəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
Prezident İlham Əliyev İsveçrənin Kantonlar Şurasının sədrini qəbul edib
Kim Çen Inn müavinini Bakıya göndərdi
Prezident İlham Əliyev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib
İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib
Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
Cənubi Koreya ilə KXDR-nın sərhədində atışma olub
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
İlham Əliyev əfqanıstanlı həmkarına məktub göndərdi
İlham Əliyev üç ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul etdi
Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
İlham Əliyev Moldova Prezidentini təbrik etdi
İlham Əliyev ölkə iqtisadiyyatının vəziyyətindən DANIŞDI
“İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır” - Prezident
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video
"Mən vətəndaşlardan minlərlə məktub alıram" - İlham Əliyev
“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız" - İlham Əliyev
Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı durumu açıqladı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər
İlham Əliyev yeni baş prokuroru videoformatda qəbul etdi - FOTO
Prezident Saleh Məmmədovu qəbul etdi
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: “Əminəm ki, belə də olacaq”
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev